Stresdən qurtulmağın ilk maddəsi- Nəfəs texnikaları

Sənayeləşmiş, geniş cəmiyyətlərin ən önəmli problemi olan stres və həyəcan-təşviş pozuntusundan şikayət edən bir çox insan qabırğa və ya sinə nəfəsi alır. Sürətli nəfəs alma, ürək döyüntülərində artım kimi dəyişikliklər, “savaş” ya da “qaç” reaksiyası  bir bədənin daha çox oksigen və enerji daşınmasını asanlaşdırmaq üçün göstərdiyi stres reaksiyalarıdır. Məhz buna görə stres halını yüngülləşdirmək üçün […]

Şagirdlərin peşə seçimində valideyinlərin təsiri

İnsanlar peşə seçərkən onların qərarlarına təsir edəcək bir çox amillərlə qarşılaşırlar. Bu  amillər sırasına onun doğulduğu ailəsi, yaşadığı cəmiyyət, fərdi  xarakterik xüsusiyyətləri, maraq və meylləri, qabiliyyətləri də daxildir. Bəzi hallarda insanın peşə seçimi etməyində həyat şərtləri də rol oynayır. Ancaq peşəseçiminə təsir edən əsas faktorlardan biri məhz ailədir. Demək olar ki, bir çox uşaqlı ailələri […]

Sosial Fobiya

Fobiyalar həyəcan- təşviş pozuntusunun bir növü olub müxtəlif formalarda müşahidə olunur. Onlardan biri də geniş yayılmış sosial fobiyadır. Mürəxəssislər tərfindən tərtib olunmuş tərifə əsasən, sosiab fobiya fərdin başqaları tərəfindən mühakimə oıunacağı qayğısını daşıdığı ictimai mühitlərdə xəcalətli və ya rəzil olacağı mövzusunda diqqətə çarpan və davamlı qorxusunun olduğu təşviş pozuntusudur. Bu insanlar başqaları ilə birlikdə çalışmağı […]

Qısqanclıq təbii duyğudur,yoxsa xəstəlik

Qısqanclıq bir çox insanın həyatına təsir edən narahat edici duyğulardan biridir. Qısqanclıq, itirilmək istənməyən bir adamın ya da bir əlaqənin itiriləcəyi ya da təhdid altında olduğu qorxusuyla yaşanan  bir ruhi haldır. Qısqanclıqla birlikdə çox vaxt hirs, dəyərsizlik, bədbəxtlik, təklik və çarəsizlik kimi duyğular da yaşanar. Bu duyğulara dəyərsizlik və özünə inamsızlıq ilə əlaqədar düşüncələr yoldaşlıq […]

Peter Pan sindromu

Adından da məlum olduğu kimi “Peter Pan sindromu” James Matthew Barrienin yazdığı eyniadlı romanındakı böyüməyi rədd edib, həmişə uşaq qalmaq istəyən qəhrəmanın adından bəhrələnilib. İlk dəfə 1983 cü ildə psixoanalitik Dan Kiley tərəfindən işlədilən bu sindrom fərdi ictimai vəzifələrin və məsuliyyətlərin başlaması ilə ortaya çıxır və asasən 25-40 yaş arası kişilərdə daha çox rast gəlinir. […]

Rənglərlə terapiya

Bədbəxt olan insanlar mavi hiss edir, əsəbilər qırmızı görür… Rənglər xəstəlikləri sağaltma xüsusiyyətləri ilə də tanınır. Misirdə rənglər müalicə məqsədilə istifadə olunurdu. Məbədləri yaxşılaşdırmaq məqsədilə inşa edər və hər otağı başqa rənglə rəngləyirdilər. Çinlilər də 2000 il əvvəl rəng müalicəsini istifadə edirdilər.  Keçmiş əsrlərdə döyüşçülər daha qəzəbli və sərt görünmək üçün bədənlərini qara, qəhvəyi və […]

ASPERGER SİNDROMU

Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır. Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə […]

Uşaqlarımıza dayə seçərkən nələrə diqqət etməliyik?

Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir.      Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı […]

Gənc sənətçi: uşağınızın rəsmləri

Uşağınızın çəkdiyi şəkilləri sadə qaralamalar olaraq adlandıra bilərsiz. Amma məktəb öncəsində çəkdiyi rəsmlər, özünü ifadə etməsi üçün son dərəcə qiymətlidir. Uşağınızın etdiyi hər rəsm, gerçək bir “yaratma”dır. Məhz bu qaralamaları anlamanın yolları.  Əlinə keçirdiyi hər bir qələmlə, olar olmaz hər yerə apardığı bu qaralamaları dəyərini kiçiltməyin. Uşağınız, hələ özünü ifadə edə biləcək qədər yetərli bir […]

ONU GÖZLƏMƏK; HƏYƏCAN, SEVİNC, MARAQ, SƏBİRSİZLİK…(HAMİLƏLİK DÖVRÜNDƏ MÜŞAHİDƏ OLUNAN PSİXOLOJİ PROBLEMLƏR)

Hamiləlik dövrü, ana üçün həm fiziki, həm də psixoloji dəyişikliklərin yaşandığı mərhələdir. Ana ilə uşaq arasındakı münasibət qadının hamilə olduğunu öyrəndiyi andan etibarən başlayır. Buna görə də ananın hamiləlik dövrünü necə keçirməsi, uşağı hansı yolla dünyaya gətirməsi, ana ilə uşaq arasındakı emosional kontaktın formalaşmasına təsir göstərir. Analıq duyğusunun hiss edilməyə başladığı bu dönəm sosial və […]