Bütün dərc olunanlar:

Akrofobiya da çox geniş yayılmış qorxu formalarındandır. Bu yüksəklikdən şiddətli dərəcədə qorxmaq anlamına gəlir.Hündürlükdən hamı ehtiyyat edir. Yüksəklikdə olan birinin narahatçılıq keçirməsi normal bir haldır. Ancaq burada müzakirə mövzusu bu qorxunun həddi aşmış formasıdır. Belə ki, akrofobiyalı insanlar, hətta yüksək olmayan hündürlükdən belə qorxurlar və hündür məkanlarda qərar tapan zaman güclü fizoloji və psixoloji gərginlik yaşayırlar. Bu zaman onlarda ürək döyüntülərin artması, təngnəfəslik, ağızın quruması, nitqin çətinləşməsi, titrəmə, tərləmə, ürəkbulanma, başgicəllənmə kimi hallar müşahidə olunur. Belə hallarda onlar hündür yerləri nəyin bahasına olursa olsun tərk etmək istəyirlər. Akrofobiyalı insanlarda bu tutma, hətta hündürlüyə qalxmadıqları zaman, sadəcə hündürlüyü təsəvvür etdikdə, yaxud hündürlüyə baxmaqla və ya hündür məkanların yanından keçən zaman belə baş verə bilər.

  Akrofobiyalı insanlar yüksək məkanlarda qərar tapan zaman daha çox öz hərəkətlərinə nəzarət edə bilmiyəcəklərindən qorxurlar. Yüksəklikdə duran zaman onlarda güclü formada aşağı tullanma, yaxud büdrəyərək yıxılacaqları hissi yaranır. Bəzən də yüksək məkanın özünün uçacağından narahat olurlar. Belə hallarda onlar özlərini təmamilə aciz və müdafiəsiz hiss edirlər. Yüksəklikdə duran zaman onların ayaqları tutulur, bununla da onlar hərəkət etmə qabiliyyətlərini itirirlər. Bu zaman onlar yerə əyləşir, üzlərini əlləri ilə örtürlər. Belə hallar onlar üçün həyati təhlükə doğurur. Statistik məlumatlar göstərir ki, bir çox akrofobiyalı insanların ölümünə səbəb məhz onların özlərinə nəzarəti itirərək yüksəklikdən yerə düşmələri olmuşdur.

  Bu cür insanlar yüksək mərtəbələrdə yaşaya bilmirlər. Yüksək mərtəbədə yaşayan insanlara qonaq getməkdəndə çəkinirlər. Səyahət etmək istədikləri yerlərdən dağları, yüksək yerləri istisna edirlər.

  Bu qorxu bir çoxlarının təsəvvürünün əksinə olaraq, yalnız yüksəkliklə bağlı pis xatirələri olan, orada qorxulu hadisə yaşamış insanlarda yaranmır. Yüksəkliklə bağlı hər hansı bir qorxu halı yaşamamış insanlarda belə bu qorxunun yaranması mümkündür. Belə ki, bəzilərində akrofobiya sadəcə yüksəkliyə baxmaqla və ya yüksək məkanın təsəvvür edilməsi ilə yaranır. Bu təsəvvür zamanı şüuraltı olaraq təhlükənin yüksəkliklə əlaqələndirilməsi baş verir. Nəticədə də insan yüksəklikdən qorxmağa başlayır.

Yüksəklik qorxusundan azad olmaq üçün bu cür insanlarla psixoloji müşavirə keçirmək və özlərinə hakim olduqları təqdirdə yüksəkliyin heç də mütləq olaraq təhlükəli olmadığını onlara anlatmaq lazımdır.

Məqalə müəllifi:Qasımova Nigar(Narınc Könüllü qrupunun üzvü)

Azərbaycan Dövlət Pedaqoji Universiteti,”Məktəbəqədər təhsil,psixoloji xidmət, korreksiyaedici təlim fakültəsi”,4-cü kurs

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər