Mənə görə həyatın mənası.

Həyatın mənası….Bir çox şeyin mənasını bilmədən yaşadığımız həyatda həyata anlam vermək…”Nə üçün yaşayıram?”. Mənə görə bu sualın cavabıdır həyatın mənası. Çox qəribədir, ən qəliz suallara cavab taparsan, bəzən bu suala verəcək tək bir cavabın olmaz. Ən çətin sualları anında cavablandırarsan, bu suala cavab vermək üçün isə illərlə düşünərsən. Sualın cavabını bir gün mütləq tapacaqsan. Hansı ki, o gün sənin özünü kəşf etdiyin gün olacaq. Özünü hədəflərinlə, məqsədlərinlə birgə kəşf etdiyin gün həyatın mənasını anlayacaqsan. Düşün ki, uzun bir yolla gedirsən, əgər həmin yolda nə üçün, hansı ünvana çatmaq üçün addımladığını bilmirsinsə, o zaman o yolun sənin üçün bir mənası yoxdur. Və yaxud düşün ki, mismarı çəkiclə boş bir yerə vurursan, əgər mismarı hara və niyə bərkitdiyini bilmirsənsə, sən çəkicin mahiyyətini necə açıqlaya bilərsən, ona necə anlam verə bilərsən..Əslində bunlar bəsit nümunələrdir, amma həyat təməli öncə bəsitlər üzərində qurulur. Sonra mürəkkəbləşir, hətta bəzən düyünlənir. Bəlkə də biz çətinləşdiririk…..

Hər kəs fərqli yanaşma ilə həyatın mənasını izah edə bilər. Axı həyat hər kəsə eyni hadisələri yaşatmır, hər kəsə  eyni yanaşmır ki, biz də onu eyni sözlərlə mənalandıraq. Kiminəsə görə pul, kiminəsə görə karyera, şöhrət, təmiz ad, xoşbəxt ailə və s. bu kimi məhfumlardır həyatın mənası. Mənə görə isə həyatın mənası mənim hədəflərimdir. Düşünürəm məni MƏN edən onlardır.  Hədəflərimə çatmaq üçün uzun bir yol gedəcəm, o yolda səhvlərim də olacaq, doğru seçimlərim də. Amma mənə həyatın mənasını anlamaqdaən çox  yardımçı olan etdiyim səhvlər olacaq. “Heç vaxt səhv etməkdən qoxma, sən mükəmməl deyilsən, ola da bilməzsən, sən İnsansan, düz yolla getmirsən, enişi-yoxuşu var bunun, sən həmişə rahat işlərin başında olmayacaqsan, asanı-çətini var bunun, həmişə üzün gülməyəcək ki, sevinci, kədəri var bunun. Əgər belədirsə, ağ-qara zolaqlar içərisində sən necə səhvsiz yaşaya bilərsən. Etdiyin səhvlərlə bir gün böyüdüyünü görəcəksən.Mütləq!” – bu fikirlə yaşayıram. Bununla özümü səhvlərə kökləmirəm, əksinə reallığı görməkdə özümə kömək edirəm. Və o yolun sonunda hədəflərimə çatacam.  Budur həyatın mənası mənəə görə. Mən böyüyürəm, mənimlə birgə böyüyən arzularım var. Hər gün onlar gerçəkləşsin deyə nələrsə edirəm. Demək ki, mənim sabahdan hansısa gözləntilərim var. Demək ki, boşuna yaşamıram.  Gələcək günləri maraqla gözləməm üçün hansısa səbəbim var. Məndən ötrü həyatın daşıdığı məna budur. İnsanın çatmaq istədəyi pilləni birdən fəth etməsi, mümkünsüzdür, mümkün olmuşsa belə, demək ki, öz gücünə olmayıb, o halda mənasızdır bu, çünki sən ondan əsla zövq almazsan. Həmişə düşünürəm ki, günün birində insan özü üçün yaxşıya doğru “hardaan-hara” deməlidir. Aşağı pillələrə baxdıqda bu gün qərar tutduğu yuxarı pilləni həqiqətən qazandığını düşünməlidir, aşağı pillələrdən əsla utanmamalıdır, əksinə qürur duymalıdır həmin ilk pillələrlə, o pillələrdəki zəhmətiylə..

Yaşayacaqsan. Nələrisə yaratmaq üçün yaşayacaqsan. Nələrisə gerçək etmək kimi məqsədlərin olacaq. Hər atdığın addımın boşuna olmadığını biləcəksən. Səni sabaha bağlayan arzuların olacaq. Bir gün onlar gerçəkləşsin deyə sən bu gün əlidən gələni edəcəksən. Sadəcə xəyal qurmayacaqsan, xəyalları gerçəkləşdirmək kimi bir imkanın olduğunu biləcəksən.  Bəzən yıxılacaqsan, amma olsun, ayaqların üstündə dim-dik durduğun anın qədrini biləcəksən, qalxdığında ətrafını dərk edəcəksən, dostunu düşmənini seçəcəksən. Bəzən özünün belə özünə bağışlamayacağın səhvlərin olacaq, amma sən hər dəfəsində  o səhvlərdən aldığın dərslərlə kamilləşəcəksən. Bir də ən önəmlisi bütün hisslərini səninlə ortaq yaşayan ailən olacaq, sən onlarla nəfəs alacaqsan. Bəzən həyatına elə bir insanlar qonaq olacaq ki, xoşbəxtliyi onların varlığında tapacaqsan. Beləcə yaşayacaqsan. Bütün bunlar sənin həyatının bir parçasıdır və həyatın mənası onlarda gizlidir.

İstənilən halda həyat mənasız deyil. Özündən böyük məna daşıyır HƏYAT….

                          Məqalə müəllifi:Sevinc Abuşova

  Narınc Uşaq Psixologiya Mərkəzi, Təhsil-tədqiqat şöbəsinin mütəxəssisi.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər