Barmaq əmmə problemi adətən valideynlərdən, “barmağını əmir görəsən hər hansı problem var mı?”, barmaqlarını əmməsi dişlərinə zərər verə bilər mi?”, “Bu vərdişi nə vaxt tərgidər?” “Barmağını əmməməsi üçün nələr etməliyik,” kimi oxşar suallarla gəlir. Barmaq əmmə də dırnaq yemə, alt islatmaq, yalan danışmaq vərdiş və təhsillə bağlı problemlərdir.

   Dünyaya gəlmək ilə körpələr həyata uyğunlaşmaq və həyatlarını davam etdirmək üçün bəzi reflekslər gətirir. İlk bir il içində uşaqlar hər nə görsələr ağızlarına götürərlər. Eyni zamanda əmmək bəslənmədən də əlavə uşağa həzz verir. Sonrakı dövrlər də əmmə refleksi şüşə və əmzikdən sonra oyuncağa və ya barmağa yönələ bilər. Cox zaman uşaqlar baş barmaqlarını əmərlər (digər barmaqlarını da əmə bilərlər.) Yeni doğulmuşların hamısında görülən ,daha ana bətnində başlayan bir davranışdır.

    Doğumdan əvvəl ana bətnində başlayan əmmə 3-4 yaşına qədər davam edir və normal qarşılanır, ancaq 5-6 yaş ərəfəsində sona çatması gözlənilir. Bu müddətdən sonra dırnaq yemə vərdişləri ortaya çıxa  bilər. 3-4 yaşından əvvəl dırnaq yemə vərdişinin olmamasına baxmayaraq, nadir hallarda 15 aylıq kimi tez bir zamanda bu davranışa rast gəlilə bilər. Ayrıca dırnaq yemə ergenlik dövründə də ola bilər. Hər iki vərdişi sona çatdırmaq üçün çox gec olmadan müalicə etdirmək lazımdır. Bu yaş ərəfəsindən sonra davam edən barmaq əmmə və dırnaq yemə  davranışı psixoloji problemlərdən qaynaqlana bilər və bir mütəxəssis yardımı almasında fayda vardır.

  – Barmaq əmmə səbəbləri:

9 aydan etibarən, 1 yaşındakı uşaqların çoxu yuxu ilə barmaq əmmə arasında bir əlaqə qurarlar. Onlar yuxuya gedərkən barmaqlarını və ya hər hansı obyekti əmzik edirlər. Bu vərdiş aylarca davam edə bilər və 3 yaş ərəfəsində imtina etməsi üçün səy göstərilir. Yuxuya getdiyin də əlini ağzından çəkmək yetərlidir. Uşaqların dişinin çıxması ərəfəsində də barmaq əmə bilərlər. Uşaqlar çətinliklə qarşılaşdıqlarında, utandıqları və ya sıxıldıqları zamanda barmaq əmə bilərlər. Bəzi uşaqlarda özlərini ifadə edə bilmədikləri zamanlarda, özlərini güvənsiz hiss etdiklərində dırnaq yemə davranışlarını göstərirlər. Ana və ata arasında baş verən davalar,gərginliklər uşaqda barmaq əmməyə,dırnaq yeməyə gətirib çıxara bilər. 

 Əgər dırnaq yemə yetkinlik dövründə görülürsə, özləri öhdəsindən gələ bilməyən problemlər üzündən belə bir vərdiş yaradırlar.

  Barmaq əmmənin həll yolları:

-Əvvəlcə barmaq əmməyə nələrin səbəb ola biləcəğini araşdırmaq və bu problemi aradan qaldırmağa addımlar atılmalıdır.

-Unutmayın ki 3-4 yaşdan əvvəl barmaq əmmə inkişafın bir hissəsidir və narahat olmayın. Barmaq əmmədə alt islatma kimi yaşla birlikdə azalma göstərməkdədir.

– 4yaşdan sonra isə barmaq əmmənin və dırnaq yemənin sağlamlığına zərər verməsini asan bir dil də uşağa başa salmaq lazımdır.

Tərcümə etdi:Abbasova Əminə (Narınc Könüllü qrupunun üzvü)

Leave a comment

Your email address will not be published.