Mitomaniya insanlarda özləri söylədiyi yalana inanmaqdır. Bu cür xəstələr səhvlərini örtmək üçün tez-tez yalan söyləyirlər. Bir müddət sonra söylədikləri yalanlara özləri də inanmaya  başlayır. 16 yaşından etibarən özünü göstərməyə başlayan  bu xəstəlik  zamanı  insan öz beynində müəyyən şeylər qurur.Bir çox insanlar qarşısındakından qorxduğu üçün, özünü qorumaq üçün, baş verə biləcək mənfi vəziyyətdən mümkün qədər qaçmaq üçün yalan söyləyirlər.Mitomaniya isə bir ruhi problem olaraq qəbul edilir. Bu insanlar üçün yalan həyatlarının əvəz olunmaz hissəsinə çevrilmişdir.Onlar yalan danışmaq üçün heç bir plan qurmazlar. Bu yalanlara qarşısındakı insan inanırsa o bundan zövq almağa başlayır. Mitomaniya xəstələri diqqət cəlb etmək üçündə yalan söyləyərlər. Yalan danışmaq onların həyatlarında gündəlik davranışa çevrilir. Bu  şəxslərin söyləmiş olduqları yalanlar ortaya çıxanda özlərində günahkarlıq hissi duymazlar. Mitomanlar səssizliyə dözə bilmirlər. Olduqları yerlərdə yalan danışmağa başlayarlar. Bu insanlar həqiqi xoşbəxtliyi tuta bilmədiklərindən , iş və dost mühiti tez-tez dəyişir. Belə şəxslər heç vaxt yalanlarını düzəltməyə çalışmazlar. Eyni zamanda, bunlarda peşmançılıq mexanizmi işləmir. Əgər bu insanlar yalanlarından sonra peşman olurlarsa, o zaman bunlar  mitomaniya deyildirlər.

Mitomanlar hərəkətli  insanlardır.Bəzən çox yaxın və sevimli ola bilirlər. Ancaq, onun yalanlarını ortaya çıxardıqda aqressiv tərəflərini də  görə bilərik.

Mitomaniyalılar özlərində bir problem olduğunu düşünmədiyindən, müalicə olmaq istəməzlər. Bu baxımdan  onların xəstəliyini adətən, yaxınları ortaya çıxarır. Onları müalicə olunması üçün razı salmağa çalışırlar. Bunu edərkən onlarla  yumşaq davranmalı və diqqətli olmaq lazımdır. Müalicə zamanı psixoloqlar ilk növbədə onlara güvən aşılamalıdır ki, yaalan danışmağının səbəbini öyrənə bilsin.

Mitomaniyaya zəmin yaradan amillər :

– Şəxsiyyət pozuntusu

– Narsist pozuntular

– Uşaqlıqda istismara uğramaq və s.

Tərcümə etdi:Məcidli Aygün (Narınc Könüllü qrupunun üzvü

Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistrı,1-ci kurs

Leave a comment

Your email address will not be published.