Şizofreniya xəstələrinin psixoloji xüsusiyyətləri

E.Kretchmer zamanlarından şizofreniyanı şəxsin ən səciyyəvi hallarda introvertliklə, abstrakt düşüncəyə meyilliklə,emosional soyuqluqla və bu və ya digər üstünlük təşkil edən səylər və həvəslərin həyata keçirilməsinə mübtəalıqla birlikdə hisslərin göstərilməsində təmkinliklə səciyyələnən şizoid xarakteri ilə əlaqələndirirdilər. Şizofreniyanın gedişatının müxtəlif formalarını öyrənərək psixiatrlar xəstəliklərin premorbidinin xəstəliyin müxtəlif kliniki formalarında çox müxtəlif olduğu aşkar edilmiş xeyli ümumiləşdirilmiş xarakteristikalarından uzaqlaşmışlar.

Şizofreniya xəstələrinin xəstəlikdən əvvəlki şəxsi xüsusiyyətlərinin 7 növü var:

1)emosional sahədə yetişməmə və xəyalpərəstlik və fantaziyalara meyllilik xüsusiyyətlərinə malik hipertim şəxsiyyətlər,2)stenik şizoidlər,3)sensitiv şizoidlər,4)dissosiasiya edilmiş və ya mozaik şizoidlər 5)tez əsəbləşən şəxslər,6)”nümunəvi”şəxslər,defisitar şəxslər

Hipertim tipli şəxsin premorbid xarakteri şizofreniyanın tutmayaoxşar forması olan xəstələrdə təsvir edilib. Stenik şizoidlərə onun müxtəlif formalarında rast gəlinir. Sensitiv şizoidlər şizofreniyanın tutmaya oxşar formalarında,həm də bu xəstəliyin ləng gedişatında təsvir edilib.

Dissosiasiya edilmiş şizoidlər tipli şəxsin xarakteri ləng gedişatlı şizofreniyaya xasdır. Tez əsəbləşən tipli şəxslərə xəstəliyin müxtəlif formalarında rast gəlinir.”Nümunəvi”və defisitar şəxslərin növləri bəd xassəli gənc şizofreniyası formaları üçün xüsusilə səciyyəvidir.

Şizofreniya xəstələrinin psixologiyaya marağı bu xəstəlik zamanı psixi pozuntuların özünəməxsusluğu, xüsusilədə idrak proseslərinin qeyri adiliyi və paradoksallığı ilə fərqlənir. Əksər müəlliflər diqqəti xəstələrin yalnız idrak deyil,həm də bütün psixi fəaliyyət və davranışını səciyyələndirən dissosiasiyanın xüsusi formasına yönəldir.Belə ki,şizofreniya xəstələri intellektual fəaliyyətin mürəkkəb növlərini yerinə yetirə bilərlər, lakin sadə məsələlərin həllində adətən çətinliklərlə rastlaşırlar.Həmçinin onların hərəkət üsulları, meyillikləri və həvəsləri də çox vaxt paradoksal olur.

Psixoloji tədqiqatlar göstərmişdir ki,şizofreniya zamanı idrak fəaliyyətinin pozuntuları fəaliyyətin birbaşa duyğu əksindən,əyani qavrayışdan başlayaraq,onun bütün səviyyələrindən baş verir.Ətraf dünyanın müxtəlif xüsusiyyətləri sağlam insanlarla müqayisədə xəstələrdə bir qədər fərqli olur.Onlar diqqətlərini fərqli şəkildə “cəmləyirlər”, bu isə qavrama prosesinin effetivliyin və “faydalılığınının”azalmasına gətirir.Lakin bu zaman obrazın qavranılmasının “perseptiv dəqiqliyinin”artırəlması qeyd edilir.

Məqalə müəllifi:Nigar Qasımova(Narınc Könüllü qrupunun üzvü)

Azərbaycan Dövlət Pedaqoji Universiteti,”Məktəbəqədər təhsil,psixoloji xidmət, korreksiyaedici təlim fakültəsi”,4-cü kurs

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər