Uşaqlarda hiperaktivlik və diqqət əksikliği.

Hiperaktivlik və diqqət əksikliyi  “hiper” yunan sözü olub “yüksək”, aktivas isə “hərəkət və hərəkətli” deməkdir.Hiperaktivlik sözü də bu iki sözün birləsməsindən əmələ gəlib və aktiv, hərəkətli davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Hiperaktivlik  və diqqət əksikliyi sindromunu ilk dəfə 1845-ci ildə doktor Henrix Hoffman təsvir etmişdir. O bunu 3 yaşlı oğlu üçün oxumağa kitab tapmayanda yazmağa başlamışdır.

    Hiperaktiv uşaqlar öz yerlərində çox fırlanırlar, əşyaları və paltarları dartışdırırlar, dəfələrlə yerlərindən qalxır və ətrafı dolanırlar, uzun müddət otura bilmirlər Hiperaktiv uşaqda daha çox nəzərə çarpan özünü sakit apara,lazım gəldikdə, məsələn, məktəbdə və yaxud nahar masası arxasında dinc otura bilməməsidir. Hiperaktivlik özünü müxtəlif şəraitdə büruzə verməlidir. Hiperaktiv uşaqlar cəmiyyətə gec adaptasiya olurlar. Belə tip uşaqlar 1-ci sinfə gedərkən daha çox gərginlik və diqqət problemi yaşayırlar. Hiperaktiv uşaqlar daim aktiv, impulsivdirlər və onların hərəkətləri hər zaman xaotikdir. Hiperaktiv uşaqlar hər şeylə maraqlanırlar, hər şeyə əl uzadır, baxır, fikir söyləyir və qaydalara tabe olmaq istəmirlər. Həmin uşaqlar həmişə səs-küylü və dəyişkən oyunlara meyil göstərirlər. Bir saniyə belə bir  yerdə dura bilməyən bu uşaqlar hətta qida qəbulu zamanı da sakit ola bilmirlər. Onların əlləri və ayaqları daim xaotik hərəkətdədir və siz hərəkətin istiqamətini və sürətini belə müəyyən etməyə bilərsiniz. Adətən məktəbdən qayıdarkən belə uşaqlar müəyyən əşyalarını itirdiyinin fərqinə vara bilərlər. Onlar ev tapşırıqlarının yerini adətən unudur, ad yadda saxlamada da problemlər yaşayırlar.

     Psixoloqlar, bildirir ki valideynlər hiperaktiv uşaqların boş zamanının olmaması üçün nizamlı bir qrafik təyin etməlidirlər: “Hiperaktiv uşaqlarda aqressiyanı, enerjini sərf etməyin ən gözəl üsulu üzgüçülük, taekvando ilə məşğul olmaqdır. Hiperaktiv uşaqlar gün ərzində bir saat belə boş qalmamalıdır. Gəzməli, parka getməli, açıq havada çox olmalıdır. Çünki onlarda diqqət yayınıqlığı olur. Oksigen belə uşaqlarda diqqət yayınıqlığını aradan qaldırmağın ən yaxşı üsuludur.

     Diqqət əksikliyi nədir?

Xəstəlik səviyyəsində olmayan, müəyyən ölçüdə diqqətsizlik uşaqlarda görülə bilən bir şeydir. Amma xəstəlik  səviyyəsində diqqət probləmləri də vardır. Bunlar diqqət çatışmazlığı və hiperaktivlik sindromu olaraq görülür. Prof.Dr.Sabiha Paktuna Keskin “Uşaqlarda diqqətsizlik  xəstəlik ölçüsündə olmayanı belə həyati və akademik problemlərə səbəb ola bilər” deyir.

   Uşaqlarda diqqət əksikliyi özünü necə göstərir?

   Bu cür uşaqlarda bir şey edilməsini istədikdə bunu etməkdə çətinlik çəkirlər. Məktəb dövründə uşaqla bağlı ananın “Mən bu vəziyyət ilə bacarmıram” şəklində bir düşüncəsi varsa, diqqət çatışmazlığı  ehtimalı mümkündür.Uşaq bir əşyayla çox az müddətdə oynuyur deyə diqqət çatışmamazlığı diaqnozu qoymamaq lazımdır. Diqqət əksikliği olan uşaqlar məktəbdə müəllim ilə problem  yaşıya bilərlər. Bunları həll etmək mümkündür. Edilməsi vacib bu uşaqların özəl bir vəziyyətlərinin olduğunu qəbul etmək ana atalarının və müəllimlərinin buna uyğun davranmasıdır. Uşaqlarda hiperaktivliklə əlaqədar diqqət dağınıqlığının səbəbləri tam bilinməsə də, onun nevroloji və genetic faktorlarla əlaqədar olduğu güman edilir.Uşaqlarda diqqət dağınıqlığının, diqqətin bir yerə toplana bilinməməsinin səbəbi bioloji pozğunluqlarla əlaqədardır. Belə uşaqların valideyinlərindən tez-tez aşağıdakı sözləri eşitmək olur:

  – Uşağımın fikri çox dağınıqdır, yaddaşı zəifdir, o hər şeyini itirir.

   – O adi bir işi axıra çatdıra bilmir.

  – O çox zəki bir uşaqdır, heç birimizin diqqətini çəkməyən şeylərə diqqət yetirir, amma dərslərini hazırlaya bilmir.

  Diqqət dağınıqlığı olunan uşaqların hamısında hiperaktivlik müşahidə edilmir. Bəzi hallarda müxtəlif sıxıntıları olan, özünə qapanıq uşaqlarda da diqqət dağınıqlğına rast gəlmək olur

    Belə uşaqlara dərsdə sakit oturmaq, qarşısındakının sözünə diqqətlə qulaq asmaq çətin olur.

Məqalə müəllifi:Abbasova Əminə (Narınc Könüllü qrupunun üzvü)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər