Praktikada uşaq yaşda olan dizartriyaya uşaq serebral iflicinin qalığı kimi baxılır, böyüklərdə isə klinik paraliclə əlaqələndirirlər. Dizartriya- tez-tez rast gəlinən nitq qüsurlarının bir qrupunun adıdır. O, bir neçə formaya malikdir ki, hərəsidə öz nevroloji və nitq simptomatikası ilə xarakterizə olunur. “Dizartriya” termini ilə nitqin tələffüz tərəfinin pozulmasını təmsil edirlər ki, bu halda da səs tələffüzü və səs axınının prosodik təşkili əziyyət çəkir.
Mərkəzi Sinir Sisteminin zədələnmə səviyyəsindən asılı olmayaraq dizartriya zamanı hər dəfə ekspressiv nitqyaranmanın funksional sisteminin tamlığı pozulur. Bu zaman səsin tonu, ucalığı və gücü tələffüzün ritmik intonasiya səviyyəsi nitq səslərinin fonetik çaları təhrif olunur ; ümumilikdə nitqin fonetik düzülüşü yalnış reallaşır.
Nitqin bu cür patologiyasını əsasən, periferik nitq apparatının əzələ innervasiyasının pozulması ilə əlaqələndirirlər ki, bunun nəticəsində Mərkəzi Sinir Sisteminin orqanik və funksional zədələnməsi ilə şərtləşən əzələ tonusunun neyromotor pozulması baş verir. Neyromotor pozulmalar nitqyaradıcı sistemin fəaliyyətinin patologiyasına səbəb olur.
Dizartriyanın öyrənilməsində hazırda bir əsas yanaşma mövcuddur : klinik (nevroloji), psixo-pedaqoji,neyropsixoloji, linqvistik.
Anamnestik məlumatların analizi zamanı loqoped mütləq hərəkət bacarıqlarının inkişafının əsas etaplarının bilgisinə, psixika və nitqin sensor funksiyasına önəm verməlidir ki, bu da Mərkəzi Sinir Sistemi pozulmalarının varlığının adekvat qiymətləndirməsinə imkan yaradır.
Dizartiyanın klinik formaları : bulbar dizartriya, qabıq altı dizartriya, beyincik dizartriyası, qabıq dizartriyası, psevdobulbar dizartriya və dizartriyanın sürtülmüş forması.Psevdovulbar dizartriyanın özü yüngül, orta və ağır dərəcəyə ayrılır ki, yüngül dərəcəsini də dizartriyanın sürtülmüş forması adlandırırlar. Dizartriyanın ağır forması anartriya adlanır, yəni tələffüz nitqinin mümkün olmaması.
Loqopedik muayinəyə fiziki eşitmənin vəziyyətinin analizi, fonematik qavramanın, nitq eşitməsinin, şəxsi nitqin nitq kontrolunun özəlliklərini , motivasiyanın, ünsiyyətə maraq, nitq kommunikasiyasının özəllikləri, dilin leksik və qrammatik vasitələrini anlama və istifadəsi. Uşaq nə qədər kiçikdirsə psixomotor və nitq inkişafının ümumi səviyyəsi bir o qədər aşağıdır, və diaqnostika zamanı motor və qeyri-nitq pozulmalarının analizinin də bir o qədər də çox mahiyyəti var.
Əsas mahiyyəti olan müayinə bölmələri: artikulyar və mimik motorika, səs tələffüzü, nitq tənəffüsü, nitqin prosodik tərəfinin durumu.
Ümumiyyətlə, dizartrik uşaqlar bir ayaq üstündə hoppanmaq, qayçı ilə kağız kəsmək, düymə bağlamaqda çətinlik çəkir, bəzən isə heç bacarmırlar. Həmçinin dizartriyanın ağır forması uşaq serebral iflici ilə bir başa əlaqəlidir. Tibbi müalicə ilə yanaşı loqoped-defektoloq tərəfindən aşağıdakı korreksiya işləri aparılır: səsin, kiçik motorikanın və nitq aparatı motorikasının inkişafı, fizioloji nəfəsin və nitq nəfəsinin formalaşması, səslərin korreksiyası və möhkəmləndirilməsi, həmçinin nitq kommunikasiyasının və ifadəli nitqin formalaşması üzərində işlər aparılır.
Uşaqlarda dizartriyanın yaranma səbəbləri müxtəlifdir; mərkəzi sinir siteminin orqanik zədələnməsi, hamilə vaxtı anada olan kəskin xroniki infeksiyalar, oksigen çatışmamazlığı, intoksikasiya, hamiləlik toksikozu, doğuş zamanı uşağın aldığı travmalar, qan uyğunsuzluğu və s.
Böyüklərdə dizartriyanın yaranma səbəblərinə insult, damar çatışmazlığını, baş beyin şişi və ya iltihabı, Alsheymer və Hantinqton xəstəliyini aid etmək olar. Çox az hallarda başın travması, dəm qazından boğulma hallarını nümunə göstərmək olar.
Loqoped-Defektoloq: Vəfa İsmayılova
Narınc Uşaq Psixologiya Mərkəzi, Gəncə filialı