Hər gün fərqli mövzu, fərqli gündəm. Baş döndürən yeniliklər, içindən çıxılmaz problemlər, fəlakətlər. Müharibələr, seçilmələr, anlaşmalar, məğlubiyyətlər. Və bu nəhəng dəyişmələr qarşısında fərqinə varmadan sürətlə keçən zaman. Bugünün tarixi ilə sətirlərin yazılma tarixini nəzərdən keçirin. Siz də mənim kimi “Zaman necə də sürətlə gedir”, – deyəcəksiniz.
Əslində zaman məfhumu bəşər tarixiboyu insanların maraq dairəsində olmuş, bəzən müxtəlif şərhlərə tabe tutulmuş, bəzən də bir müəmma olaraq yadda qalmışdır.
Fəlsəfi yorumlarda zaman məfhumuna Eynşteynin məkana və hərəkətə bağlı izafi zaman düşüncəsindən Nyuton və Klarka gorə mütəq var olan zaman anlayışına, Leibniz və Kanta görə zehin kateqoriyasında təsəvvür edilən zaman qavramından Berson istituionizminə əsaslanan zaman idrakına qədər fərqli aspektlərdən toxunulmuşdur.
Qədim fəlsəfi düşüncələr arasında zaman məfhumunun ən dərin izahı Auqustinusa aitdir. “Əgər kimsə soruşmasa, bilirəm. Yox, birinə cavab verəcəksəm, bilmirəm”.
Osvald Spenqler də zamanı “Zaman bir növ tilsimdir. Sadəcə düşünərək əldə edilən bir kəşf və qavranlması çətin bir şeyi ifadə etmək üçün istifadə edilən bir kəlimədir” sözlərilə izah etməyə çalışır.
Hər kəsin fərqli prizmadan təhlil etdiyi zaman, həqiqətən “çətin tapmaca” halına gəlmişdir. Bu konteksdə söylənənlərin hamısı doğru olmadığı kimi, hamısına da səhv demək olmaz. Hətta doğru qəbul etdiklərimizdə belə müəyyən çatışmazlıqlar mövcuddur. Lakin bütün bunlar bir yana hər kəs tərəfindən qəbul edilən bir fakt var: insanların zaman mövzusunda həssas olmadıqları.
Məhz buna istinadən sözlərin ən gözəlini söyləyən Peyğəmbər Əfəndimiz (s.a.v) “İki nemət vardır ki, insanların çoxu bunların qiyməti haqqında aldanma içindədir: səhhət və zaman”, – buyurur.
Halbuki düşünsəniz, Yaradıcının insanlara bərabər olaraq payladığı tək şeyin zaman olduğunu görəcəksiniz. Əsla vaxtım yoxdur deməyin. Edisonun, Eynşteynin, Pasterin də günləri 24 saatdan ibarət idi.
Əslində, geri sayım doğulduğunuz andan etibarən başlamışdır. Hər kəsə günü 86400 saniyədən ibarət sərmayə verilmişdir. İstifadə etsəniz də, biganə yanaşsanız da, mütləq bitəcək bir sərmayə. Əldə etdikləriniz qiymətləndirdiklərinizlə ölçüləcək. Bəs, görəsən insanlar vaxtlarının nə qədərini qiymətləndirə bilirlər?
Həsən Bəsri Yazıcı “Həyatı gözəl və anlamlı yaşamaq” adlı kitabında insan ömrünün necə keçdiyini aşağıda verilmiş bir araşdırma ilə ortaya qoyur.
-70 il Həyat .
-20 il Yuxu
-16 il Təhsil almaq
- 4 il Yemək
- 4 il Səyahət etmək
- 5 il Şəxsi qulluq
- 3 il Kino, teatr,televizor
- 3 il Səyahət, telefon danışıqları
- 1 il İtmiş bir şeyin axtarılması 14 il Geriyə qalan zaman dilimi Qəribədir, geriyə sadəcə 14 il qalır – yetmiş illik ömrün 20%-i. Həyatımızın 20%-lik müddətində 80%-ni qazanırıq. Əgər bu zaman dilimini səmərəli istifadə edə bilsək, ömrümüzün 80%-ində müvəffəqiyyət bizi təqib edəcək. Lakin səmərəli istifadə prossesi o qədər də asan olmayacaq, yolboyu zaman tələləri ilə qarşılaşacaqsınız. Zaman Tələləri Zaman idarəetməsi sahəsində artıq məşhur bir termin var: zaman tələləri. Hörümçək toru kimi dünyanı saran və insanların böyük əksəriyyətini təsiri altına alan tələlər. Mücadilə etmək məcburiyyətindəsiniz. Çünki keçən dəqiqələr ömürdən gedir. Fateh Sultan Məhməd “Düşməni tanımaq möhtəməl təhlükələri əvvəlcədən önləməkdir”, – deyir. Deməli, müvəffəqiyyət naminə atılmış hər addımda yolumuzu kəsən və bizi bir düşmən kimi uğursuzluğa sürükləyən zaman tələlərini tanımalı və müvafiq tədbirləri əvvəlcədən almalıyıq. Bir ömürboyu qarşılaşdığımız zaman tələləri:
- Ertələmək, təxirə salmaq
- Televizor
- Boş vaxt keçirmək
- Mükəmməllik arayışı
- İşləri əhəmiyyətinə görə sıralamamaq
- Hər işi görməyə çalışmaq
- Plansızlıq
- Dəvətsiz qonaqlar
- Yuxu…