Koqnitiv davranışçı terapiya ilə vəsvəsədən azad olun

Obsessiv -kompulsiv pozuntu (OKP) daha çox vəsvəsə adı ilə tanınan narahatlığın məntiqsiz olduğu bildindiyi halda istənilmədən təkrar-təkrar ağıla gələn və zehindən uzaqlaşdırıla bilməyən düşüncələr (obsessiyalar) və bu düşüncələri zehindən uzaqlaşdırmaq ya da düşüncələrin verdiyi sıxıntını azaltmaq üçün təkrarlamaq məcburiyyətində hiss edilən hərəkətlərdir (kompulsivlər) .Demək olar ki, bir çox insanda hərdən məntiqsiz olan və onu narahat edən düşüncələr yaranır. Bununla belə obsessiv-kompulsiv pozuntuya səbəb olan həmin şəxsin bu düşüncələrlə əlaqəli rəyidir. OKP-də fərd bunu zehində lazım olan bir düşüncə olaraq görür,bu düşüncənin ortaya çıxmasından özünü məsuliyyətli hiss edir və bu düşüncənin ortaya çıxmasının özü ilə əlaqəli bir mənası olduğunu düşünür.Məsələn namaz qılarkən ağlından bir söyüş keçdikdə “Bunu ağlımdan keçirtdiyimə görə mən imansız biriyəm” deyə düşünür. Burada düşüncə və hərəkət bir-birinə qarışır və aradakı sərhəd yox olur. Bu andan sonra şəxs bu düşüncələrinə qarşı bir tədbir görməyə çalışır. Beləliklə qaçış davranışları (düşünməməyə çalışmaq) ya da təkraredici davranışlar(tövbə etmək) başlayır. Bu vəziyyət isə tam tərsinə həm obsessiyaların çoxalmasına səbəb olur,həm də obsessiyalara dair görülən tədbirlərin sıxlığı və sayı artır. Məsələn çirklənmək və xəstəliyə tutulmağa qarşı obsessiyası olan bir şəxs ilkin vaxtlarda sifon və unitaza toxunduqdan sonra əllərini 2 dəfə yuyarkən, bu say hamamda keçirtdiyi müddətdə get-gedə artır. Bir müddət sonra krana toxunduqdan sonra ən az 3 dəfə əlini yumağa və qapıları yaş dəsmal vasitəsi ilə açmağa başlayar.

Obsessiv -kompulsiv pozuntunun psixiatrik dərman müalicəsindən əlavə ən təsirli şəkildə müalicə olunduğu üsul KDT,yəni Konqnitiv Davranışcı Terapiyadır.Bunun səbəbi KDT-nin şəxsə funksional olmayan düşüncə,hiss və davranışları barəsində müəyyən bir fərqindəlik qazandırmaq və təkrarlanan , qaçmağa əsaslanan davranışları istiqamətlənmək əvəzinə obsessiv düşüncənin yaratdığı sıxıntıya dözməyə “öyrəşdirməkdir”dir.
Konqnitiv Davranışcı Terapiya da ilk addım psixoloji savaddır,yəni xəstəliyin konqnitiv modelinin problemini pasiyentə öyrətməkdir. “Bu düşüncə sizi narahat edir,çünki onun təhlükəli və zehninizə yer almamalı olan bir düşüncə olduğunu düşünürsüz. Amma əslində isə bu bir obsessiyadır və hər hansı bir mənası yoxdur.”Danışan şəxsin bu düşüncələrlə əlaqəli inancları,fərziyyələri ələ alınaraq fərqli ehtimallar danışılır. Bu düşüncələrin hər insanda müşahidə edildiyi, onları düşünməməyə çalışmaqla əksinə beyinə sıx gəlməsinə səbəb olduğu izah edilir. Düşüncə və davranışların fərqli şeylər olduğunun üstündə dayanılır. Hər hansı bir adama nəsə deyib,sonra “bunu düşünməməyə çalış” desəz həmin insan bu düşüncəni zehnindən uzaqlaşdırmağa çalışacaq, nəticədə o düşüncənin gəlməsi ehtimalı artacaqdır. Obsessiyaları təcrübə edən şəxs də o düşüncələri zehnindən uzaqlaşdırmağa çalışır,bununla belə düşüncələr təkrar-təkrar ağlına gəlməyə davam edir. KDT-də obsessiv-kompulsiv pozuntusu olan şəxsə düşüncələri sərbəst buraxmasını, gəlməsinin qarşısını almaq üçün heç nə etməməsini deyirik. İlk əvvəl sıxıntının olmasına baxmayaraq, müəyyən müddət ərzində bu sıxıntıya “öyrəşəcək” və “öyrəşdikcə də sıxıntı azalacaq”dır. Yoxsa qaçma davranışları etdiyi müddətdə sıxıntısı davam edəcək.

Daha sonra həmin şəxsdən seanslarda,həm də seans aralıqlarında obsessiyaları və kompulsiyaları müşahidə edərək siyahıya qeyd etməsi istənilir. Bu siyahıdan hər bir hərəkətlə obsessiya və kompulsiyanın yaratdığı sıxıntı müəyyənləşdirilir. Eyni zamanda bu təkrarlayıcı düşüncələrin üstündə işləyərək onların reallıqda ortaya çıxma ehtimalları və alternativ ehtimalları ələ alınır.

Danışan şəxs obsessiyalar və kompulsiyalarla əlaqəli funksional dəyərləndirmələr etməyə başladıqda öyrəşdirilmə və reaksiya verməyin qarşısını almağı əks etdirən davranışcı tapşırıqlar planlanır və tətbiq edilir. Öyrəşdirmə pasiyentin qorxuduğu vəziyyət və ya obyektlərə sistematik,nəzarətli şəkildə real həyati situasiyalarda və ya xəyalən məruz qalmasıdır. Reaksiyanın qarşısının alınması isə düşüncəyə məruz qalan zamanı qaçmaq davranışları və ya kompulsiv hərəkətlər edilməsinin qarşısının alınmasıdır. Məsələn evdən çıxmazdan əvvəl elektrik cərəyanını 15 dəfə yoxlayan bir şəxsə ilk əvvəl 15 dəfə əvəzinə 10 dəfə və get-gedə daha az yoxlaması deyilir. Planlanan şəkildə elektrik cərəyanını 10 dəfə yoxlayıb evdən çıxmağı tədricən 5 dəfə yoxlayıb çıxmağı sonra 2 dəfə yoxlayıb çıxmağı və 1 dəfə yoxlayıb çıxmaqla azaltmağına dair addımlar atılır. Burdakı məqsəd şəxsin vərdişinin qarşısı alanda aktivləşən obsessiyalarının yaratdığı sıxıntıya dözməsini təmin etməkdir. Hər atılan addımda sıxıntı səviyyəsi azaldıqca, növbəti addıma keçilir.

Müalicə müddətində ilk olaraq daha yüngül fərizyyə və inanclar(məsələn: Bu düşüncələr ağlıma gəldiyi üçün mən çox pis biriyəm), sonra isə daha dərinlərdəki xətalı inanclar(məsələn: Təmiz olmasam bəyənilməyəcəm Mükəmməl olmasam müvəffəqiyyətli ola bilməyəcəm.), və üst konqnitiv (metakonqnitiv) inanclar (məsələn: Vərdiş etdiyim davranışları etməsəm hər şey pisləşəcək, Ağlımda duaları təkrarlamasam imanımı və ağlımı itirəcəm) uyğun hala salınmaq üçün psixoterapevtin pasiyentlə birlikdə fəaliyyət göstərməsi lazımdır. Obsessiv -kompulsiv pozuntu təkrarlanan və fərqli obsessiv və kompulsiv əlamətlərlə yenidən ortaya çıxan psixiatrik narahatlıqdır. Bu əlamətlər şəxsin hissi dəyişkənliyi və stressi ilə yenidən aktivləşə bilər. Bu səbəbdən sağalma müddəti və qazanılanların qorunması üçün narahatlığın yenilənməsinin qarşısını alan metodların müalicəyə əlavə edilməsi lazımdır. Bu müddətin psixoterapevt və pasiyentin birlikdə müəyyənləşdirə biləcəkləri fasilələrlə davam edən, terapiya seanslarında planlaşdırılması və seanslar arasında da metodların tətbiq edilməsi vacibdir.

Tərcümə etdi: Nərmin Şahmarzadə. Bakı Dövlət Universiteti. “Sosial elmlər və Psixologiya” fakultəsi tələbəsi.

Redaktə etdi: Taleh Hüseynov. Bakı Dövlət Universiteti. “Hüquq” fakultəsi məzunu.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər