Dismorfofobiya insanın öz bədən quruluşundakı çatışmazlıqları kompleks etməsi və kompleksin onun normal həyatına təsir etməsidir.
Dismorfofobiyanın yeniyetməlik dövründə meydana çıxması insanlarda sağalmaz izlər qoyur. Bu zaman onlar ətrafdakıların tənəsindən utanırlar və bu onların psixikalarında çatışmazlıqların meydana gəlməsinə səbəb olur. Bəzən bu fobiyaya orta yaşlı adamlarda da rast gəlmək mümkün olur. Əksər hallarda dismorfofobiya depressiya və ya intiharlarla yekunlaşır. Statistikanin nəticələri özünə qəsd edənlərin əksəriyyətinin dismorfofobiuyadan əziyyət çəkdiyini təsdiq etmişdir.
Dismorfofobiyanın diaqnozunu qoymaq aşağıdakılara əsaslanır:
- xəstənin öz bədən quruluşuna və xəstəliklərinə qarşı patoloji kompleksləri olur
- bir və ya bir-neçə fiziki problemə qarşı diqqətin çox olur
- xəstə öz qüsurunu faciəyə çevirir
- xəstənin daima öz qüsurları barədə danışaraq ətrafdakıların diqqətini özünə cəlb etmək istəyir
- xəstənin fikrinin yanlız öz çatışmazlığının və ya eybəcərliyinin üstündə olması
Dismofofobiyanın əlamətləri müxtəlif cür ola bilir. Onlar aşağıdakılarla əlaqədar olur: - güzgü
- şəkillər
- uydurma fikirlər
- cəmiyytdən uzaqlaşma
- pərtlik
- diqqətin yanlız ö çayışmazlığına yönəlməsi
- öz deffektini düzəltməyə çalışmağa dirənmək
Dismorfofobiyadan əziyyət çəkən adamlar şəkillərinə və güzgüyə baxdıqları zaman intihar barədə düşünürlər. Əgər oların qüsurlarını düzətdirməyə pulları çatmırsa o zaman onlarda intihara cəhd halları baş verir. Bu səbəbdən də dismorfofobiyadan əziyyət çəkən xəstələri təcili müalicə etdirmək lazımdır. Xəstəliyin müalicəsi müxtəlif vasitələrlə aparılır. Adətən bu xəstəlikdən əziyyət çəkən adamların qüsurlarını plastik cərrhiyə yolu vasitəsilə müalicə etdikdə onlar başqa yerlərində qüsur axtarmağa başlayırlar. Ona görə də mütəxəssislər dismorfofobiyadan əziyyət çəkən xəstələri psixoloqların müalicə etməsi daha münasib sayılır. Kompleks müalicə isə daha yaxşı effekt verir. Bu zaman xəstə özünün bədənində qüsur olmadığını düşünür və özünü olduğu kimi qəbul edir.