TƏTİLƏ ÇIXARKƏN UŞAQLARINIZIN PSİXOLOGİYASI POZULMASIN

Tətilə çıxan hər bir uşaq kimi sizin uşağınız da istirahət etmək, dostlarıyla görüşmək, oyunlar oynamaq və yay düşərgəsinə getmək istəyə bilər. Onun bu istəklərinin normal olduğunu, müvəffəqiyyətli uşaq kimi müvəffəqiyyətsiz uşağın da istirahət etməyə haqqı olduğunu unutmayın.

Həddən artıq reaksiya verməyin

Övladlarınıza məktəbdəki uğursuzluqları ilə əlaqədar həddən artıq reaksiya göstərməkdən çəkinin. İlk növbədə, onları anlamağa çalışın. Çünki, hər bir uşağın uğursuzluq səbəbi fərqli olduğu kimi, uğursuzluğun həlli yolları da fərqli ola bilər. Uşağınızı müşahidə edərək ən çox çətinlik çəkdiyi sahələri müəyyənləşdirməyə çalışın və bir mütəxəssisdən bu mövzuda kömək alın.

Tətil üçün plan qurun amma təhsili unutmayın

Uşağınız üçün tətil planı qurarkən tətilin sonlarına doğru və ya arada bir övladınızın təhsilində mövcud olan əskiklikləri aradan qaldırmaq üçün də hazırlıq planları qurun. Bunlarla uşağınızın əskiklik yaşadığı sahələri tamamlamağa çalışın. Ancaq bu plan uşağınızın bütün tətilini əlindən almasın.

Uşağınızın əskiklikləri varsa, onları qəbul edin

Bütün ana-atalar kimi sizin üçün də uşağınız təbii ki, bənzərsiz və təkdir. Bu gerçəyi heçkəs dəyişdirə bilməz. Lakin, hər uşaqda ola biləcəyi kimi sizin uşaqda da öyrənmə bacarıqlarında bəzi əskikliklər ola bilər. Məsələn, öyrənmə çətinliyi hansısa zehni çatışmazlıq olmadan da uşaqların uğursuz olmalarına səbəb ola bilər.

Uşağınızla vaxt keçirməyə diqqət yetirin

Uşağınızla çoxlu vaxt keçirməyə, onun ehtiyaclarına cavab verməyə və onu daha yaxından müşahidə etməyə diqqət yetirin. Hansı sahədə çətinlik çəkdiyini, diqqətini nə qədər saxlaya bildiyini, hansı dərsləri sevdiyini və ya sevmədiyini öyrənin.

Uşağınızı təqdir etməyi unutmayın

Uşaqlar sevildikləri və rəğbətləndirildiklərində sevinirlər. Bəli, hər uşaq özünün sevildiyini, bəyənildiyini, təqdir edildiyini, məktəbdəki uğurlarının onun sevilməsi üçün əsas ölçü olmadığını, ailəsinin hər zaman onun yanında olduğunu bilməyə ehtiyacı vardır. Bunu uşağınızdan əsirgəməyin və ona dəyərli olduğunu hiss etdirin.

Məktəb açılmadan siz təlim-tərbiyəyə başlayın

Əgər, uşaqlarınız üçün təhsil ili bitərkən müəyyən etdiyiniz problemləri hələ də aradan qaldıra bilməmisinizsə, uşaqlarınızı məktəb açılmadan iki və ya üç həftə əvvəl məktəbə və təlim-tərbiyə prosesinə hazırlamağa başlayın.

Əziz valideynlər,

Unutmayın ki, sağlam uşaqlar ancaq sağlam bir ailənin məhsuludur. Uşaqlarınızla maraqlanın.

http://pdrgunlugu.net/tatile-girerken-cocuklarinizin-psikoloji-bozulmasin/

Tərcümə etdi: Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər