İnsan psixologiyası bilinməzlərlə doludur. Bəzi psixoloji gərçəklərə nəzər salaq…
İnsanın özü özünü qıdıqlaya bilməsi mümkün deyildir. Sadəcə bəzi şizofren xəstələri, özü özlərini qıdıqlaya bilirlər!
Dünyada psixoloqlar tərəfindən bilinən 400-dən artıq fobiya növü vardır.
Beyin, sıxıcı insanlardan dinlədiyiniz sıxıcı danışıqları olduğu kimi qeyd etmir. Onları daha maraqlı hala gətirərək yenidən yazır.
Aparılan araşdırmalara görə, profil səhfələrində çox sayda “selfie” yükləyən kişi istifadəçilərin, psixopat və narsistik şəxsiyyət pozuntusuna sahib olma ehtimalı çox yüksəkdir.
Dinlədiyiniz musiqi növü dünyanı qavrama formanıza da təsir edir.
“Aşiq olmaq” ilə “Obsessiv – kompulsiv şəxsiyyət pozuntusuna sahib olmaq” vücudda eyni bioloji təsiri yaradır.
Araşdırmalara görə, pulu fiziki olaraq bir şeylərə “sahib olmaq” üçün deyil, “təcrübə qazanmaq” üçün xərcləmək insanı daha çox xoşbəxt edir.
“Yeriyən cəsəd sindromu” adlanan xəstəliyə sahib olan insanlar ölü olduqlarını, ətlərinin çürüdüyünü, orqan və qanlarının olmadığını düşünür!
Televizorların və populyar mədəniyyətin həyatımıza girməsiylə ortaya çıxan bir digər ruhi pozuntu da “Truman sindromu” adlanır. Bu xəstəliyə tutulanlar həyatlarının hər anının filmdəki kimi gizlicə kameraya çəkilib televizorda göstərildiyini zənn edir.
Bir musiqinin “ən sevdiyiniz musiqi” olmasının səbəbi, onu həyatınızdakı “duyğusal bir an” ilə əlaqələndirmənizdən irəli gəlir.
Aparılan araşdırmalara görə, cahil insanların özlərini mükəmməl görməyə, ağıllı insanların isə istedadlarını dəyərsizləşdirməyə meyilli olduğu bilinir.
Paris sindromu, xüsusilə Yaponların tutulduğu qəribə bir psixoloji problemdir. Parisə gəlmədən əvvəl şəhərlə əlaqəli böyük gözləntiləri olan şəxslər, şəhərin gərçək üzü ilə qarşılaşınca depresyona girirlər.
Anadangəlmə görmə qüsurlu olan şəxslər şizofren xəstəliyinə tutulmurlar.
Mobil telefonunu itirmək artıq bir fobiya olaraq ədəbiyyatlarda yer almışdır. Nomofobi, mobil telefonu və bağlantısını itirmə qorxusu deməkdir.
Tərcümə etdi; Ülfət Abbaszadə
Narınc Könüllü qrupunun üzvü.