İzah etmənin gücü

İnsan danışdığıyla, özünü ifadə edə bildiyi ilə var olur bir az da.Özümüzü, yaşadıqlarımızı və düşüncələrimizi ifadə etmək çox əhəmiyyətlidir.Bu izah etmənin nəticəsində qarşı tərəfdən aldığımız müsbət və hətta mənfi əks etdirmələr var olduğumuzu əks etdirir.

İzah edən və paylaşan insan rahatlayar, içindəkini boşaltdığı üçün yüngülləşər və artıq içinə yeni bir

şeylər ala bilər,bu da içində bir nəhəng yaradar.Bu enerji verici və rahatladıcı bir döngüdür.

Amma bəzi insanlar ifadə etməz,ifadə edə bilməzlər.İfadə edərsə ciddiyə alınmayacağını, zəif nöqtələrinin öyrəniləcəyini düşünür bəlkədə…Və sonrasında bir də görərsənki, çiyinlərində yükünün altında əzildiyi içində danışmaq istədiklərinin toplandığı böyük bir torba.Bu torba insanın hərəkət qabiliyyətinə məhdudiyyət qoyar, insanı tez yorar.İşin qəribə tərəfi, bunu yaşayan bir çox insan bu yükün fərqində belə deyildir.Həmişə özündən soruşar, mən niyə beləyəm deyə..

Anam danışırdı;qədimdən biri pis bir yuxu görəndə get axan suya danış yuxunu, suyla bərabər pisliklər də axar gedər deyirlərmiş.Əslində bir həqiqət var bu misalda, mənfi olan

şeylər danışıldıqca zərərli təsirləri azalır və təsiri yox olur.Danışmadıqca eləcə də qalır.

Bəzən danışmaq istəyərsiniz amma özünüz özünüzə sual verərsiniz, kimə danışmalıyam, necə danışmalıyam.Təmin edici bir cavab tapmadığınız zaman yenə ən başdakı ürkək vəziyyətinizə geri qayıdarsınız.Yenə içinizdə tək başına qalmışsınızdır.Danışmağın çox zaman ən təsirlisi qanlı canlı olanıdır.Amma bu olmazsa, bəzən

o qədim misaldakı kimi suya danışmaq, kağıza yazmaq hətta bir kompüterə belə yazmaq işimizə yarayabilər.

Yazaraq ifadə etmək, içini tökmək

kağızlara.Bir çox

pasiyentimə tövsiyyə etmişəm yazmasını, kağızlara danışmasını sıxıntısını.Yazabilənlər, əmək verəbilənlər

hər zaman qarşılığını müsbət olaraq almışlardır.Deyə bilirsiniz mən yazanda

nə olacaq, biri məni dinləmədikdən sonra, mənə tövsiyyələr vermədikdən sonra danışmışam, yazmışam nəyə yarar?Halbuki, rahatlamanın vacib olan bir hissəsi sadəcə

danışmaqla belə ortaya çıxa bilər.Siz danışın sadəcə, baxın

arxası necə də öz özünə gəlir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər