AQORAFOBİYALI PANİK POZUNTU

Aqorafobiyalı panik pozuntu nədir?

Hər insanın qorxuları var. Qorxu bizi təhlükəli situasiyalara qarşı xəbərdar edən vacib və əhəmiyyətli reaksiyadır. Panik pozuntu isə, insanın şəxsi və iş həyatına mənfi təsir göstərən ciddi xəstəlikdir.

Məsələn, panik pozuntusu olan insanlarda ataklar zamanı sinə ağrıları, titrəmə, nəfəs ala bilməmək, baş gicəllənməsi ürək bulantısı, tərləmə və ya istilənmə müşahidə edilir. Onlarda özünənəzarəti itirmək, dəli olmaq, ölüm qorxuları yaranır. Fiziki narahatçılıqlara görə bir çoxu həkimə və ya təcili yardıma müraciət edirlər. Lakin, ataklara səbəb olan fiziki səbəb aşkarlanmır.

Bir ay müddətində birdən çox panik atak müşahidə olunarsa, panik pozuntudan danışmaq olar.

“Aqorafobiya” (yunanca) termini “məkan qorxusu” kimi tərcümə olunur. Xəstə evdən çıxmaq, ictimai yerlərdə olmaqdan, alışveriş mərkəzlərinə, mağazalara getməkdən, cəmiyyət içərisində, kinoda və ya dar və qapalı otaqlarda olmaqdan, qatarla, avtobusla, təyyarə ilə səyahət etməkdən qorxur. Buna görə də, belə yerlərə getməkdən qaçır ya da belə yerlərdə olarkən böyük qorxular keçirir. Panik atak və aqorafobiya çox vaxt eyni anda baş verir. Bunun diaqnozu “Aqorafobiyalı panik pozuntu”dur.

Panik pozuntu və aqorafobiya hansı tezlikdə müşahidə olunur?

Panik pozuntu və aqorafobiya ən çox rastlanılan psixi xəstəliklərdəndir. Hər 100 nəfərdən beşi bu pozuntulardan birini həyatında ən az bir dəfə yaşayır.

Almaniyada təxminən 1,5 milyon nəfərdə aqorafobiya və panik pozuntu var ki, bu, kişilərə nisbətən qadınlarda iki qat daha çox müşahidə olunur. Bu xəstəliklər, əsasən, yetkinlik dövrünün ilk illərində meydana çıxır.

Fərqli formaları və irəliləyişləri varmı?

Çox vaxt ilk olaraq panik pozuntu baş verir. İnsanlar panik atak zamanı avtobus, dolu ticarət mərkəzi, hərəkətdə olan maşın kimi yerləri tərk edə bilməyəcəklərini düşünərək qorxurlar. Bu “qorxmaqdan qorxmaq” halı sonradan aqorafobiyaya çevrilir.

Aqorafobiyalı panik pozuntuları terapiya yardımı almadan çətinliklə aradan qaldırmaq olar. Lakin, xəstələr professional yardım alarsa, müvəffəqiyyət əldə etmək ehtimalı daha çox olur. Çox vaxt xəstələrin başqa problemləri də vardır. Bu xəstəliklə birlikdə ən çox depressiya ilə spirtli içki və narkotik maddə istifadəsi müşahidə edilir.

Tərcümə etdi: Fatimə Qəhrəmanova (BDU – Təhsildə sosial psixoloji xidmət)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər