Uşaqlara cinsi münasibətləri necə izah etməli?

Sevişən zaman uşaqlarına yaxalanan ana-atalar az deyil. Bəs övladınız sizi seks zamanı gördükdə nə etməlisiniz? Belə vəziyyətdə necə davranmaq lazımdır?
Sözsüz ki, uşaq gördüyü mənzərəni yaşına uyğun olaraq düzgün mühakimə edə bilməz. Psixoloqlar bunun normal olduğunu və valideynlər tərəfindən təlaşla qarşılanmamasını məsləhət görür. Lakin uşağın gördüyü mənzərə və cinsi əlaqənin nə qədərinə şahid olması çox əhəmiyyətlidir. Əgər uşaq yaş baxımından kiçikdirsə, ilk olaraq valideynlərinin arasında şiddət yaşandığını düşünəcək. Əlbəttə ki, bundan ciddi şəkildə təsirlənəcək.
Ən mühümü odur ki, panikaya düşüb ona sanki pis bir şey görürmüş kimi davranmayın. Bunu çox sadə və soyuqqanlı qəbul etməlisiniz (nə qədər özünüzü belə hiss etməsəniz də). Ona yaxınlaşıb, “Nə olub balama? Su istəyirsən? Yata bilmirsən? Darıxırsan?” kimi suallar verərək, təbii və qayğıkeş olmanız övladınızı gördüyündən daha çox yayındırar və marağının qarşısını alar. \Cinsəllik barədə suallar qarşısında “Get işinlə məşğul ol”, “Vaxtı gələndə biləcəksən”, “Leyləklər gətirib”, “Kələmdən çıxmısan” kimi uşağı alçaldan və qeyri-düzgün cavablar onda bu suala marağı daha da artırır. Nəticədə sualın cavabını qızlar və ya oğlanlar bir arada yığışaraq, bildikləri yarımçıq bilgiləri bir-biri ilə paylaşaraq axtarırlar.
Valideynlər bunu necə şərh etməlidirlər?

  • Kiçik yaşlı uşaqlar vəziyyətin çox fərqində olmaya bilərlər, amma nisbətən böyüklərə mütləq şərh vermək lazımdır.
  • Bu zaman uşağa aşağıdakı kimi izahat vermək olar:
  • Birlikdə yatırdıq
  • ir-birimizi qucaqlayıb yatırdıq
  • Bir-birimizi qucaqlayıb öpürdük
  • Soyunaraq yatmaq istədik və qucaqlaşdıq
  • Lakin bunların hamısını yalnız ana və atalar edə bilər

Övladınıza cinsi bilik aşılayarkən əməl etməli olduğunuz əsas qaydalar bunlardır:

  1. Uşağa mütləq cinsi həyatın sevginin bir parçası olduğunu başa salın. İzaha “biz atanla (ananla) bir-birimizi çox sevdik”, — deyərək başlayın.
  2. Dürüst olun və yalnız doğru bilgilər verin.
  3. Lazımından artıq bilik verməyin. Sualına uyğun qısa və dəqiq cavablar verin.
  4. Bu mövzuda sual verdiyi üçün onu utandırmayın.
  5. Uşaqların cinsəllik anlayışının sizinki ilə eyni olmadığını bilin, bu, onlar üçün sadəcə kəşfetmə istəyi, maraqdır.
  6. Verdiyiniz cavablardan əlavə, uşaqların cinsəlliyi sizin davranışlarınızdan da öyrəndiyini unutmayın.

Ölkəmizdə cinsi həyat təəssüf ki, hələ də günah, ayıb sayılır. Övladları ilə bütün mövzuları paylaşan valideynlər bu haqda söhbət etməkdən qəti çəkinirlər. Nəticədə də uşaqlar öz yoldaşlarından, internetdən və başqa müxtəlif mənbələrdən məlumat yığmağa çalışırlar. Bu zaman isə ya yanlış bilgilər əldə edirlər, ya da yaşının bilməyə, anlamağa gücü çatdığından daha artıq informasiya əldə edirlər. Bu da onların daha çox yanlış addım atma riskini artırır.
Uşaqlar çox kiçik olan zaman onlara bəzi qaydaları öyrətmək gələcəkdə yaranacaq problemlərin ortaya çıxmasına mane olar.

  • Ana-atanın otağına icazə almadan girməmək
  • Tualetdə, ya da hamamda biri olan zaman icazəsiz girməmək
  • Geyinərkən və ya soyunarkən insanları narahat etməmək, onlara baxmamaq
  • Öz bədəninə başqalarının toxunmasına icazə verməmək. Burada yalnız ana-atanın kömək məqsədli toxunuşları istisnadır. Bunu düzgün izah etmək vacibdir.

Bu tip qaydalar uşağın öz sərhədlərini çəkməsini təmin etdiyi kimi, başqalarının sərhədlərinə da hörmət göstərməsini öyrədər. Lakin yenə də ən yaxşı tədbir belə mənfi halların yaşanmamasına diqqət etməkdir. Ana-ata olmaq ciddi bir məsuliyyətdir və bu məsuliyyətə davranışlarınızda, şəxsi həyatınızda, uşaqlarınızla olan əlaqələrinizdə maksimum dərəcədə diqqət göstərmək məcburiyyətindəsiniz.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər