XOŞBƏXT AİLƏ, XOŞBƏXT CƏMİYYƏT

Cəmiyyətin nüvəsini ailə təşkil edir. Sağlam təməllər üzərində qurulan ailələrdə sağlam uşaqlar cəmiyyətimizin xoşbəxtlik və uğur qaynağı olacaqlar. Həbsxanalar, uşaq islahetmə mərkəzləri, spirtli içki və narkotik maddələrlə mübarizə aparan təşkilatların hamısı sağlam olmayan ailə fərdləri ilə doludur. Amerika, İngiltərə kimi inkişaf etmiş ölkələrin təhsilə milyardlarla dollar vəsait ayırmağının səbəbidə məhz budur. İnkişaf etmiş ölkələrdə artıq hər ailənin bir ailə məsləhətçisi, hər məktəbin rəhbər müəllimi, hər müəssisənin psixoloqu vardır. Ancaqhamısında eynidir: xoşbəxt fərdlər, xoşbəxt bir ailə, xoşbəxt bir cəmiyyət.

Hər fərdin ailəsi tərəfindən qarşılanmasına ehtiyacı olan psixoloji ehtiyacları vardır. Ailə övladlarının bu ehtiyaclarnı qarşılıya bilirsə,sağlam fərdlər cəmiyyəti yaranır. Əgər ailə övladlarının bu ehtiyaclarına qarşıdiqqətli olsa,dürüst,insaları sevən, risk edə bilən, yenilikləri qəbul edə bilən, məhsuldar və bacarıqlı fərdlər cəmiyyətimizdə çoxalacaqdır.

Ailələr uşaqları üçün onların sağlam və xoşbəxt gələcəkləri üçün normal bir şərait hazırlaya bilməlidirlər. Xoşbəxt və sevincli olmaq həyatı ciddiyə almamaq demək deyil,həyatı müsbət enerji ilə yaşaya bilməkdir. Texnologiyanın və buna paralel olaraq sürətlə həyatın insanlara verdiyi stres və sıxıntı ancaq pozitiv baxış nöqteyi-nəzəri ilə həll edilə bilər. Həyata gözəl baxa bilən,müsbət enerji ilə dolu insanlarla daha əvvəllər birlikdə olsanız,onların sizə ötürdüyü müsbət enerji və xoşbəxtliyi yanlarından ayrıldıqdan sonra fərq etmişsiniz.Və o zaman yaşamın ləzzətini duyub, heç nəyə baxmayaraq həyatdan zövq ala bilməyin bir yolunun olduğunu hiss etmişsiniz.

Bu gün sabahın yetkin gəncləri olacaq uşaqlarımızın uşaq məhkəmələrini bu qədər məşğul etmələrinə ən böyük səbəb də onların yaradılışdan gələn tərtəmiz ruhları deyildir. Boşanmış da olsalar,xoşbəxt olmayan ailələrin övladlarının hər hansı bir cinayəti törətmə göstəriciləri 48%,tək valideynli ailələrdə 36%-dir. Bu günün müasir dünyasında hələ 13-14 yaşlarındakı uşaqların pis yollara düşərək cinayət törətmələrindəki ən böyük amil, çox əfsuslar olsun ki, bu uşaqların tərbiyə aldıqları, böyüdükləri ailələrdir.

Bir cəmiyyətin səadəti, ya da səfaləti sağlam ailələrin əsas psixoloji ehtiyaclarını nəzərə alaraq yetişdirdikləri sağlam uşaqlarla təmin edilə bilər. Belə ailələr övladlarına dəyərli olma hissini aşılayan, öz dəyərlərini yüksəltməyə çalışan, güvən, yaxınlıq və dözüm,iradəli olmağı ailə daxilində aşılayan, mübarizə apara bilən və uğur qazanmağı ifadə edən,mənəvi həyatı əsl mənası ilə öyrədib nümunə göstərən öndər ailələrdir.Və bu ailələr xoşbəxt bir cəmiyyətin toxumu,rüşeymi, ya da başqa bir məna ilə ifadə etsək, mayasıdır.

Daxilimizdə xoşbəxt bir ailə qurmağın, yaxşı insanlar yetişdirməyin həvəsini duymalıyıq. Sonra səfalət içərisində olmayan, bədbəxtçiliyə məruz qalmayan insan cəmiyyətini də belə ailələr yetişdirəcəkdir.Və beləliklə,insanlar bu cəmiyyətdə xoşbəxtliyin təminatçısı olacaqlar.

SALAMZADƏ AFAQ –Narınc könüllü qrupunun üzvü

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər