Ailədaxili konfliktləri necə həll etməli

Ailənin möhkəmliyini şərtləndirən tələblərdən biri ondan ibarətdir ki, ər və arvadın şəxsi keyfiyyətləri bir-birini tamamlamalıdır. Bu qanunauyğunluğun pozulması ər-arvad konfliktlərinə səbəb olur.

Ailədə həm qadın həm də kişi öz rolunu düzgün dərk etməlidir. Məsələnfiziki baxımdan zəif cinsin nümayəndəsi olan qadına güclü cinsin nümayəndəsi olan kişi arxa-dayaq olmalı,kişiməişət işlərində qadına kömək göstərməli və övlad tərbiyəsində aktiv iştirak etməlidir. Əgərbir tərəf digərindən asılı olarsa gec-tez asılı tərəf digərinin “hökm”lərinə tabe olmaq zərurəti ilə qarşıllaşacaq və buna edilən etiraz nəticəsində konfliktlər, qalmaqallar, boşanmalar,neqativ hallar baş verəcək. Tərəfmüqabilinin dözülməz xasiyyəti, birinin digərini fiziki və psixoloji zorakılığa məruz qalması şəraitində yaşayan insanlar psixoloqlar tərəfindən qınaq edilir. Psixololji araşdırmalar sayəsində sübut olunub ki, belə ailələr cəmiyyətə heç bir fayda vermir. Əksinə bəla və faciə mənbəyinə çevrilir. Təbiimüşahidələrdən bəlliidirki, zorakılıq halları ilə ən çox qadınlar üzləşir. Və ailədə qadınların hüquqlarının pozulmasına, şiddətlərin artmasına, ailələrindağılmasına və digər fəsadlara səbəb olur.Ər-arvad konfliktlərinin əsas səbəbləri kimi bunları göstərmək istərdim.

  • Ailədə əmək fəaliyyətinin düzgün paylaşdırılmaması;
  • Maddi və mənəvi tələblərin ödənilməməsi;
  • Psixi və fiziki uygunsuzluq.

Qaynana-gəlin konfiliktləri də aktual problemdi. Maraqlı məqam ondan ibarətdir ki,təzə qohum olmağa hazırlaşan qaynana və gəlin bir-birini nə qədər bəyənsələr də, istər-istəməz şüuraltıtəbəqələrinə yüklənmiş bu neqativ məlumatların qurbanına çevrilirlər. Məsələn,ailə həyatı qurmağa hazırlaşan gənc qızın və qaynananın şüuraltı təbəqəsini qaynana-gəlin problemləri ilə bağlı neqativ xarakterli məlumatlarla qonşu-qadın, bibi-xala,rəfiqəvəs. tərəfindən proqram yüklənir. Beləliklə də həm qaynana, həm gəlin hələ münasibətlərdərinləşmədən öncə təxəyyüllərində öz münasibətlərinin modelini qurmağa başlayır.Və müəyyən mənada hakimiyyət bölgüsü də aparırlar. Bir-birilərinin qüsurlarını axtarırlar. Təbii ki, həddindən çox diqqət yetirilən münasibətdə hər hansı qüsur aşkarlanacaq və aşkarlanır da. Bu zaman şüuraltındakı qorxu vadar edir ki, məsələ aydınlaşdırılsın, nəticədə konfliktlər yaranır. Bumünadibətlərə sivil yanaşmaqla və bir-birinə komprimisə getməklə vaxtında problemin qarşısını almaq olar.

Valideyn tələbkarlığı, övladın ailənin tərbiyəvi tədbirləri ilə hesablaşmaq istəməməsi, yaş krizləri və digər səbəblərdən valideyn və övladlar arasında müxtəlif xarakterli konfilktlər baş verir.İstənilən halda belə konfliktlərin baş verməsi ailə üzvlərinin bir-birini daha yaxından tanımasına köməklik göstərir. Cəmiyyətdəkonfliktlərin çoxluğunu nəzərə alsaq ailədə baş verən konfliktlərin sayəsində övladlar cəmiyyətə hazırlanır. Lakin bu prosesə valideynlər tərəfindən düzgün yanaşma tələb olunur. Əks təqdirdə övlad yetkinlik yaşına çatar-çatmaz ailədən uzaqlaşa bilər, hətta övladlar valideynlərdən imtina da edərlər və ya əksinə. Valideyn -övlad konfliktlərinin qarşısını almaq üçün konfliktə səbəb olan problemi təhlil etmək və tərbiyəvi təsir xarakterli həll yolu seçmək və övladın fikirlərini söyləməsinə şərait yaratmaq lazımdır.

Valideynlər övladları dünyaya gətirərkən onların bir-birinə arxa-dayaq olacaqları ilə bağlı xəyallar qurur və bu prosesin reallaşacağınaşübhə də etmirlər. Lakin,təəssüflərolsun ki, bu proses həmişə arzuların reallaşması ilə bitmir. Ona görə də hələ uşaqlıqdan övladlar arasındakı konfliktlərin əsas motivlərini müəyyənləşdirmək və onun aradan qaldırılması istiqamətində tərbiyəvi tədbirlərin görülməsi tələb olunur. Valideyn məhəbbətinin düzgün paylaşdırılmaması,övladlar arasında vəzifələrin düzgün bölüşdürülməməsi onları liderlik uğrunda konfliktlərə təhrik edir.

Aliədaxili konfliktlərin, ailə mədəniyyətinin formalaşma səviyyəsindən birbaşa asılıdır. Konfliktləröz həlli yolunu tapmadıqca daha da kəskinləşir və ağır fəsadlara səbəb olur. Konfliklərolan yerdə həm fiziki həm psixoloji zorakılıq hallarının yaşanması da adi hallara çevrilir.Zorakılıqhallarındancan qurtarmaq məqsədi ilə suisidhallarda baş verə bilər.

Ailədə konflikt və zorakılıq hallarına qarşı profilaktik tədbirlər:

  • Ailəüzvlərindənheç kəsin şəxsiyyətini təhqir etməmək;
  • Hər kəsin hüququna hörmətlə yanaşmaq;
  • Hər kəsin söz azadlığına şərait yaratmaq;
  • Komprimisə getməyi böyüklük kimi qəbul etmək;
  • Şəxsi münasibətləri dərinləşdirmək məqsədilə ailəliklə müxtəlif mərasimlərdə, əyləncələrdə, oyunlarda aktiv iştirak eləmək.

Əkbərzadə Təhminə

ADPU IV kurs

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər