Düşüncə,coşğu,iradə,insanlıq və davranış pozuntuları ilə ortaya çıxan bir ruhi xəstəlikdir. Xəstə xarici aləmin gerçəklərindən ayrılır,demək olarki özünün qurduğu bir dünyada yaşayır.Xəstəlik çox vaxt yeniyetməlik dövründə ortaya çıxır. Qadın və kişilərdə demək olar ki,eyni dərəcədə rast gəlinir.
Xəstəliyin səbəbi isə hələ dəqiq bilinmir.Dəqiqlik qazanan tək səbəb olaraq isə atasının yaxud da anasının bu xəstəliyə yoluxmuş bir uşağın gələcək illərdə şizofreniyaya yoluxması riski yüksəkdir. Bu da xəstəlikdə irsiyyətin önəmli bir rol oynadığını sübut edir.Şizofreniyanın səbəbləri fərqli qruplara ayrılır:
Düşüncə pozğunluğu-Xəstənin düşüncələri arasında əlaqələr qopuqdu. Bunun nəticəsi olaraq,xəstənin danışığı qarışıqdı. Mövzudan mövzuya keçir, əlaqəsiz bir fikir irəli sürür. Soruşulan suallara əlaqəsi olmayan cavablar verir. Xəstə danışığında uydurduğu yeni və mənasız sözlərdən istifadə edir. Buna neologizm deyilir. Bəzi xəstələr birdən susar və cavab verməzlər. Səbəb olaraq da özünün duyğularının təzyiq altında olduğunu deyər. Bu cür xəstələrdə mistik, metafizik və fəlsəfi söhbətlər üstündə möhkəmləndiyi görülür.
İradə pozğunluğu-Hər hansı bir mövzuda qərar verməzlər, daxili dünyasına qapanıb həftələrcə düşünərlər. Bu vəziyyətə otiz adı verilir.Bu xəstəlikdə digər bir əlamətdə ölümsüzlükdü. Xəstə yemək yeməz, bəziləri soruşulan sualları təkrar edər, mimikaları təkrarlayar. Bəzi xəstələr isə bir-birinin əksini düşünərlər. Həm ölməyi düşünər, həm də yaşamağı.
izofreniyanin növləri vardır. Bu da xəstəliyin hansı mərhələdə olduğunu göstərir. Sadə şizofreniya 18-25 yaşlarında meydana çıxır. Bu şizofreniyada həyacan pozğunluqları ön plandadır. İntellektual çöküntü müşahidə edilə bilir. Hiperfrenik şizofreniya 15-25yaş arası insanlarda muşahidə edilir. Onlarda düşüncə pozğunluqları hər zaman ön plandadır. Katononin şizofreniya isə 18-25 yaş arasında görülür. Xəstə hərəkətsiz və dönükdür. Tüpürcəyini udmaz və sidik, nəcis ehtiyacını hiss etməz. Paranoniel şizofreniya 25-30 yaş arasında müşahidə edilir. Sayıqlamalar və hallüsinasiyalar ön plandadır. Xəstələr hər zaman düşmənləri olduğunu, izlənildiklərinivə özünün peyğəmbər ya da tanrı olduqlarını düşünürlər və ətrafa bu cür söyləyib onları da buna inandırmağa çalışırlar.
Müalicəsi-müalicə olunmayan xəstəlikdir. Sadəcə yaxşılaşma vaxtına remissiya deyirlər və hər remissiyadan sonra yenədə simptomlar təkrarlanır. Bu xəstələr xəstəxanada həkim tərəfindən xüsusi müşahidə altında tutulmalıdırlar. Xəstəliyin əlamətləri görünən kimi müalicəyə başlanılmalıdır. Belə olarsa müalicədən istənilən nəticə alına bilər. Əks halda yəni ağırlaşmış vəziyyətdə xəstənin müalicəsində istənilən nəticə alınması imkansız olur.Şizofreniyada reabilitasiyadan yararlanıldığı kimi son zamanlarda dərman müalicəsi ilə də istənilən nəticələr alınmaqdadır.