Hipokrat və qədim yunanlar emosional pozuntuların abdominal (qarın bölgəsi) orqanlarından qaynaqlandığına inanırdılar.”İpoxandrium “sözü döş qəfəsinin altını təmsil edirdi və bu dövrlərdən bəri istifadə olunurdu. İpoxondriya insanın bədənlə əlaqəli simptomlarının səhv başa düşülməsinə dayanan, ən az 6 ay davam edən , ciddi bir xəstəliyi olduğu ya da inancını daşıması olaraq qiymətləndirilir.İpoxondriyanı “xəstəlik qorxusu” anlayışından çox “xəstəlik olacağı inancı” daha yaxşı açıqlayır.İpoxondriyalı insan vaxtının çox hissəsini xəstəlik və sağlamlıq mövzuları ilə məşğul olaraq keçirir. Fizioloji bir xəstəliyi olmadığı halda, çox zəif bir ağrı və xəstəlik əlamətini böyük və ölümcül xəstəliklərin əlaməti olaraq qəbul etmə şəklində və ya qayğılarla özünü göstərən bir pozuntudur. Bununla əlaqədar olaraq xalq arasında adına “xəstəlik xəstəliyi” deyilir. Uzun illər fizioloji narahatlıqları olan və sonda sağalmış insanlarda ipoxondriyaya rast gəlmək mümkündür. Araşdırmalar ipoxondriyanın həyat boyu yayılmasının 1-5% olduğunu göstərir. Qastroenterologiya,qulaq, burun, bogaz ,nevrologiya və endokriologiya kimi tibbi sahələrdə ipoxondriya faizi daha yüksəkdir.
İPOXONDRİYA ƏLAMƏTLƏRİ HANSILARDIR?
İnsanın bədən simptomlarının səhv başa düşməsi ilə əlaqədar olaraq ciddi bir xəstəlik olacağı qorxusunu, ya da ciddi bir xəstəliyi olduğu düşüncəsini daşıması, kifayət qədər tibbi müayinə aparılmasına və zəmanət verilməsinə baxmayaraq, bu düşüncələr davam edir bu düşüncələr kliniki baxımından hər hansı bir sıxıntıya, fəaliyyət sahələrində pozulmalara səbəb olur. Bu pozuntu 6 aya qədər davam edir, pozuntuya bağlı olaraq narahatlıq halları tez-tez müşahidə olunur. Bundan əlavə yorğunluq,nefes darlığı, döyüntü, üşütmə, tərləmə, yuxusuzluq kimi əlamətlər müşahidə olunur. Insan özünü davamlı olaraq xəstə hiss etdiyi üçün özünü kifayət qədər işinə verə bilmir və iş qabiliyyəti aşağı düşür.Tək qaldıqda və başqa işlərlə məşğul olmadıqda şikayətləri artır və vəziyyəti daha da pisləşir. Həkim-həkim gəzmə,həkimlərə hirslənmə, onları əsəbiləşdirmə hərəkətləri mövcuddur. İpoxondriya müalicə oluna bilər,amma xəstənin klinik psixoloqa müraciət etməsi vacibdir. İpoxondriyalı xəstələr problemlərinin psixoloji əsaslı olduğunu qəbul etmirlər. Xəstənin psixiatr və ya klinik psixoloq ilə çox yaxşı münasibət qurması vacibdir. Xəstəyə bir xəstəliyinin olduğu vəziyyətinin ifadə olunması terapiyanın ən önəmli mövzusudur. Bihevioral istiqamətdən də müdaxilələr edilə bilər. Məsələn, təkrar-təkrar həkimə getmək və müayinə etdirmə davranışının kəsilməsi,diqqətini günlük işlərinə və ya həyati problemlərinə yönəltməsi mövzusunda fikir birliyinə gəlmək lazımdır. Bu xəstəlik daha çox 20-40 və 50-70 yaş arasında olan insanlarda müşahidə olunur. Belə adamlar vaxtaşırı tibbi jurnalla, qəzetlər və kitablarla maraqlanırlar.Televiziyada yayımlanan sağlamlıq verlişlərinin daimi izləyicilərinə çevrilirlər. Bu xəstələr həkimlərin daimi pasientləri olurlar. Onları sağlam olmaqlarına inandırma isə çox çətindir. Bu səbəbdən onlar həkimlərini tez-tez dəyişirlər. Onlar düşünür ki,”yox”ətrafdakılar düz demir hansısa bir xəstəliyə yoluxmaq çox asandır. İpoxondriya zamanı insanın keçirdiyi xəstələnmək qorxusu müxtəlif fiziki əlamətlərlə müşayiət olunur. Bu fiziki əlamətlər hansısa bir xəstəliyin əlamələrinə bənzəyir və real olmur. Bu xəstəliyin qurbanlarının əksinə olaraq daim özünü sağlam hesab edən insanlarda olur Misal üçün , belə adamlar qışın soyuğunda,qar yağanda da dənizdə çimir, nazik geyimdə qaçır, idman edir və s. Belə adamlar hədsiz dərəcədə fiziki məşğələlər ilə yükləyərək özlərinə zərər də yetirə bilərlər. Bəzən bu xəstəlik zamanı insanlar hansısa yüngül xəstəliyi şişirdərək yaxınlarını qorxudurlar. Onlar bədənlərində baş verən bütün dəyişiklikləri müşahidə edir,hər bir ağrıya qarşı qorxu ilə yanaşırlar. Belə adamlar həkimlərə etibar etmir və dərmanların qəbulu haqda olan bütün göstərişləri özləri diqqətli oxuyurlar. Ipoxondriyalı xəstələr müxtəlif həkimlərin yanına gedir, müayinə və müalicə üçün son qəpiklərini belə xərcləməkdən qorxmurlar. İpoxondriyanın bəzi növləri zamanı adam müayinədən keçən zaman hesab edir ki, onda xərçəng xəstəliyi var, lakin həkimlər bunu gizlədirlər. Bəziləri hesab edir ki,onda elmə məlum olmayan hər hansı bir xəstəlik mövcuddur. Buda insanın zəifləməsinə səbəb olur. İpoxondriyanın müalicəsi uzun və çətin prosedurdur. Nadir hallarda bu insanların psixikasını tez bir zamanda qaydaya salmaq olur.Bu xəstəlikdən əziyyət çəkən insanlara ilk növbədə xəstəlik və tibb barədə olan qəzet, jurnal,kitablar oxumaq,sağlamlıqla bağlı verlişlərə baxmaq qadağan olunur. Belə adamların yaxınları xəstəliyin inkişafının qarşısını almaq üçün xüsusi davranış qaydasını bilməlidirlər. İpoxondriyadan əziyyət çəkən insana onun tam sağlam olmasını şübhələndiyi xəstəlikdən əziyyət çəkməməsini izah etmək lazım deyil. Onsuzda o sizə inanmayacaq. Belə adamlara diqqətlə qulaq asmaq, dediklərini sakit qəbul etmək lazımdır. Onu başa salmağa çalışın ki,hər şeyi başa düşürsünüz.İpoxondriyadan əziyyət çəkən insan onun xəstəlik barədə fikirlərinin ətrafdakılar tərəfindən təsdiqini görməyəndə,onun dediklərinin əksinə çıxmayanda daha tez sakitləşir. Heç bir reaksiya görməyəndə uydurduğu xəstəlik barədə fikirlərindən əl çəkir. Belə adamlara çox ünsiyyətdə olmaq,təbiət qoynunda gəzmək,idman etmək( fiziki cəhətdən çox yüklənməmək şərtilə) xəstəliyə yoluxma barədə fikirlərin yayınması üçün maraqlı məşğuliyyət tapmaq və əylənmək məsləhət olunur.
ƏDƏBİYYAT :UZMAN PSİXOLOQ. NUR METİN KORKMAZ www.baharkosekaraca.com
TƏRCÜMƏ ETDİ :ƏHMƏDOVA SAMİRƏ