Zoluşka” sindromu
1“ Zoluşka”sindromunun psixologiyada tarixindən:
Konkret bir şəxsin hər hansı mif və ya nağıl qəhrəmanları ilə müqayisəsi hələ yüz il əvvəl də mövcud idi. Miflər və əfsanələr hələ qədim dövrlərdə insan təxəyyülündən xəbər vermişdir. Müasir psixologiyada isə bununla birbaşa məşğul olan məktəblər vardır. Sehrli nağılların analizi nağıl terapiyası faciə simvolları və s.
“ Zoluşka”olmaq qazanların hisini təmizləyərkən xəyallarda balo gecesindəki “prinçessa”olmaqdır.
İlk dəfə bu mövzuya Ziqmund Freyd münasibət bildirmişdir. O qədim yunan mifologiyasının qəhrəmanlarından istifadə edərək bu mövzuya öz töhfəsini vermişdir.Sonrakı dövrlərdə Karl Yunq müxtəlif xalqların nağıl və əfsanələrindən ümumi qanunauyğunluqları seçmişdir. Bunun əsasında arxeotipləri ümumiləşdirmişdir.50-ci illərdə isə Bern “qırmızıpapaq”ın nümunəsində bu mövzunu analiz etmişdir. Qırmızıpapaq obrazını real həyatla müqayisədə araşdırmışdır. Bütün bu yanaşmalar nağılların psixoloji işində öz əksini tapmışdır.
2.Sindromun məişət və dərin versiyası:
Tanınmışədəbiyyatlarda Ziqmund Freyd bu sindromun əlamətlərini belə şərh edirdi. Hər bir şeyi ideal etmək istəyi, hər kəsə xoş gəlmək arzusu, etiraz etməmək və əsilzadə olduğunu düşünmək. Hərdən “ Zoluşka”ları əyalət insanı adlandırırlar, hansı ki, varli ər axtarışındadırlar. Lakin bu yanaşma mövzuya çox səthi yanaşmadır. Ona görə ki, əslində“ Zoluşka”sujeti şəxsiyyətin çevrilməsi, dəyişməsi haqqındadır.
Qadın qəhrəman“ Zoluşka”hər zaman baloya getmək arzusundadır.O baloya gedə bilmək üçün müxtəlif cətinlikləri keçir mübarizə aparır və finalda onu mütləq xoşbəxt hadisələr gözləyir. “ Zoluşka”finalda iki yarının birləşməsi ilə daxili bütünlük və stabillik tapır.Şəxsiyyətin bütövləşməsinə, müstəqilləşməsinə bu cür can atmasına“ Zoluşka”sindromu deyilir. Belə qadınlar hər zaman bayram və hədiyyələri cox sevir.Onlar daima yüksək cəmiyyətlərə qatılmaq arzusunda olurlar. Belə cəmiyyətlərin gecələrində bütün nəzərləri öz üzərlərinə çəkmək istəyirlər.“ Zoluşka”sindromlu qadınları səyahətlər və karnavallarla bağlı hər şey cəlb edir. Onlar heç də həmişə bu arzularını düzgün ifadə edə bilmirlər, lakin bu arzular yuxularında fantaziyalarında üzə çıxır.
3.Asılılıq və psixoloq köməyi:
Çox vaxt “ Zoluşka” münasibətdə olduğu insandan qadın və ya kişidən asılı vəziyyətdə olur. Asılı olduğu insanın həyatı ona həmişə parlaq, cəlbedici, dolğun, bayram kimi görünür. Bunun əksinə öz həyatı boz, heç nəyə yaramayan və mənasız gəlir.“ Zoluşka” bu situasiyada həsəd hissi keçirir və özünə verdiyi dəyər gün-gündən aşağı düşür.Yeri gəlmişkən qeyd edək ki ,“ Zoluşka”nı həvəsə gətirən həyat formatı əslində yalan və boşdur. O sadəcə “ Zoluşka”nın gözündə beledir.
Bu sindromla nəsə etməyə dəyər mi? Sindrom uzun müddət davam edir. Yaxşı psixoloq “ Zoluşka”nın gizli fikir və arzularınıüzə çıxarır və bunlardan mozaika düzəldir. Amma dərindən dəyişiklik etmək üçün bunlar azdır. Daha çox əsl səyahətlər və Braziliya karnavalları xeyirlidir.Ona görə ki “ Zoluşka” reallıqla üzləşməlidir.
Mənbə: psychologyofchildren.wordpress.com
Детскаяпсихология
АвторскийсайтОлгиИсаенко
Tərcümə etdi: Ülfət Abbaszadə