21 – ci əsrə daxil olduqdan bir müddət sonra özünün şizoid şəxsiyyət qüsuru psixopatologiyanın bu və ya digər bölməsində bir məsələ kimi öyrənilməyə başlanılmışdır. Bu məsələ zaman içində müxtəlif mənalarda öyrənilmişdir. Diaqnoz qoyulduğu zaman digər şəxsiyyət qüsurlarında olduğu kimi kliniki əlamətlər psixoloqun diqqətini cəlb edən bir işarət kimi görünə bilər. Bununla yanaşı şizoid qüsurDSM-III-Rdiaqnoz kriteyalarına qəti bir şəkildə bağlı olaraq öyrənilərsə, bu qüsura malik bir çox xəstəyə səhv diaqnoz qoyulmasına səbəb olar.DSM-III-R –in məlumat verdiyi şizoid şəxsiyyət qüsuru əsasən ən çox aşağı səviyyədə şəxsiyyət əlamətlərinə sahib olan kobud kliniki şizoid xəstə prototiplərinə malik olan soyuq, ehtiyatlı, özünə qapanan, qeyri normal və ağır xəstələr aid edilmişdir.
Ayrıca diaqnoz üçün xeyirli olan Guntrip – in şizoid xəstələr üçün verdiyi spesifik əlamətləri daha əhəmiyyətlidir. Bunlara aşağıdakılar aiddir:
Saf şizoid qrup: geri çəkilmə, özünə qapanma, duyğu azlığı.
Narsistlik qrup: narsisizm, eqoistlik, özünə həddən artıq güvənmək.
Borderline qrup: depressiya, yalnızlıq, reqressiya.
Şizoid qrup; şəxsiyyətin güvənli, stabil şəxsiyyətlərarası uzaqlıq saxlama ehtiyacının ən dolayısız ifadəsidir. Bu qrupda olan əlamətlər öyrənilən tərəfindən asan tanına bilən bir fenomen olaraq görülə bilər. Şizoid qrup tanınmaq üçün yararlı olsada xəstə bəzən qarşımıza narsislik və borderline simptomları ilə çıxa bilər. Bu vəziyyətlərə reqressiya, tez inanma, maskalanma aiddir. Şizoid insanın bir əlaqə ünsiyyətin olmasına aid inancı yoxdur. Belə bir ehtimalı olsa belə çox riskli və təhlükəlidir. Şizoid insan üçün əsas əlamət “ primitiv iztirab” və “ təsəvvür edilməz stressdir”.
Şizoid şəxsiyyət qüsuru olan xəstələr özünə güvənən, özünə yetən, özünü tanıyan və fantaziyalar yaradan insanlar olurlar.
Narsist şəxsiyyət qüsuruna malik olan insanlar isə başqasının düşüncələrinə və istəklərinə laqeyd qalan insanlardır. Özünü bəyənmiş başqalarının yaşadıqlarına və yaşatdıqlarına laqeyd qalan, hər zaman özlərini ön plana çəkməyi xoşlayan insanlardır. Bu insanlar özlərini başqalarının yerinə qoymaz, başqalarını anlamazlar. Özlərinin çox önəmli olduğunu düşünən insanlar, hər zaman bəyənilmək istəyən insanlar, özünün həyatda bənzəri olmadığını düşünən insanlar, başqalarını öz mənfəətləri üçün istifadə edən insanlardır.
Boderline şəxsiyyət pozulmasına malik olan insanlar isə özünü gözəl, müvəffəqiyyətli bir insan kimi hiss edərkən, birdən dəyişiklik göstərib özünə inamını itirən insanlardır. Güvən hissləri çox azdır, həm özlərinə həmdə başqalarına qarşı. Rəddedilməyə qarşı həddindən çox həssasdılar. Bu qüsura malik olan insanlarda depressiya həddindən artıq çox görülməkdədir.
Mənbə; www.hipnoz.com/masterson-yaklasiminda-sizoid-kisilik-bozuklugu.html
Abbaslı Vəzifə Səfər qızı. ADPU – nun II kurs tələbəsi.
Mətn:J. F. Masterson – nun “Emerging Self” kitabından tərcümə edilmişdir.