Ailədə ikinci uşaq – qısqanclığı necə aradan qaldırmaq olar

Ailənin ilk uşağı biraz böyüdükdən sonra valideynlərindən “qardaş və ya bacı”sının olmasını istəyər. Lakin ailəyə yeni körpə gələndə ilk uşaqda narahatçılıq hissləri xoşbəxt hisslərdən daha çox olur. Bu zaman yaranan qısqanclığı necə aradan qaldırmaq olar? İkinci uşaq dünyaya gələndən sonra böyük uşağın həmişə gördüyü, adət etdiyi o xəyal dünyası dağılır. Çünki hər zaman hər kəsin diqqətinin yalnız ona verməyinə alışıb. Əgər ikinci uşağın dünyaya gəlməsi ilk uşaq üçün gözlənilməzdisə, bu zaman ortaya bir çox problemlər çıxır. Buna görə də valideynlər hər zaman ilk uşaqlara onları necə sevdiklərini, ailəyə yeni biri gəlsə belə aralarında fərq qoymayacaqlarını başa salıb göstərməlidirlər ki, uşaqlar arasında yersiz qısqanclıqlar və paxıllıq hissi olmasın. Ailələrdə vəziyyət müxtəlif olur, lakin yaxşı olar ki, ikinci hamiləlik planlı şəkildə olsun. Əsasən uşaqlar arasında 3-4 yaş fərqi idealdır. Hər şeyin bir səbəbi vardır. Əgər uşaqlar arasında yaş fərqi azdırsa, bu sadəcə valideynlərə yox uşaqların inkişafına da təsir göstərəcəkdir. Uşağın 1 yaşına kimi ana hər zaman onun yanında olmalıdır, nə qədər çox vaxt keçirdirsə, bu uşağın həm fiziki, həm də psixi inkişafına müsbət təsir göstərəcəkdir. 1 neçə ildən sonra ( körpəlik dövründə) təkcə ana ilə emosional bağlılıq deyil, körpə valideynlərin hər ikisi ilə ünsiyyətdə olmalı, onlarla daha çox vaxt keçirtməlidir. Artıq bu dövrdə uşaq gəzir, danışır və bir çox şeyləri dərk etdiyi üçün valideynlərə tez-tez “Niyə? Nəyə görə?” kimi suallar ünvanlamağa başlayır. Ətrafda olan hər şeyə toxunmaq, kəşf etmək anlamaq istəyir. Artıq 4 yaşlı uşaq bir çox şeyləri tam şəkildə anlayır və ana ona bildirməlidir ki, onunla çox vaxt keçirməsə belə yenə də onu sevir və dəyər verir. Uşaqlar arasında yaş fərqi normal olanda böyük bacı və ya qardaş balacanın qayğısına qalır və onlar bir yerdə oyunlar oynaya bilər. Lakin aradakı yaş fərqi çox olanda (6-7 yaş) bir biri ilə az ünsiyyətdə olurlar, eyni oyunlar artıq onları maraqlandırmır. Psixoloqların fikrincə : belə olan hallarda əgər uşaqlar arasında yaş fərqi çoxdursa, bu zaman valideyn hər ikisi ilə ayrılıqda məşğul olmalıdır. Təbii ki, hər şeyi yaş faktoruna bağlamaq olmaz, böyük uşağın neçə yaşı olursa olsun ailəyə yeni bir üzvün qədəm qoyması ilə bir çox dəyişikliklər olacağını əvvəlcədən onunla danışmaq lazımdır.

Ailənin yeni üzvü ilə tanışlığa hazırlaşırıq – Uşaqlar arasında rəqabət hələ ikinci uşaq ana bətnində olarkən başlayır. Bu vəziyyətlə bir çox valideynlər qarşılaşır ancaq bunun haqqında düşünmürlər. Hamiləlik zamanı ana artıq uşaqla əvvəl ki kimi çox zaman keçirtmir, onu qucağına almaq, onunla oyunlar oynamaq – bütün bunları əvvəl ki sıxlıqda etmədiyi üçün uşaq “Nəyinsə yolunda getmədiyini görür” və bunda özünü günahlandırmağa başlayır. Ümumiyyətlə uşaqların əksəriyyəti ailələrində baş verən dəyişikliklərdə özlərini günahlandırırlar. Ona görə də valideynlər uşaqlarını əvvəlcədən hazırlamalıdırlar. Artıq hamiləlik zamanı ana uşaqla ünsiyyət qurmalı və başa salmalıdır ki, onun çoxdan istədiyi bacı və ya qardaşı olacaq. Bu vəziyyət uşağın gözləmədiyi kimi də ola bilər ona görə də o xəyal qırıqlığı yaşamasın deyə ana hər şeyi ətraflı ona izah etməlidir. Öz çağalıq dövründəki şəkil, video və s. nə varsa göstərmək məsləhətlidir. Daha sonra uşağa hamiləlik haqqında məlumat vermək olar. Çünki anada olan fiziki, mənəvi dəyişikliklərin “Nəyə görə?” olduğunu, onunla əvvəl ki kimi vaxt keçirtmədiyinin səbəbini başa düşməlidir. Hər şeyi daha yaxşı dəqiq anlaması yaxın dostların, qohumların yeni dünyaya gələn körpəsi varsa, bunu ona əyani şəkildə göstərmək olar. Artıq ana doğuma yaxınlaşdığından bir müddət xəstəxanada olmalıdır və bu müddət ərzində uşağa xüsusi qayğı göstərmək lazımdır, çünki ananın gedişi ilə o düşünə bilər ki, kimsə anasını ondan alır və bu vəziyyət hər uşaqda özünü müxtəlif şəkildə göstərir. Bütün bunlara onu əvvəlcədən mütləq şəkildə hazırlamaq lazımdır. Bu mövzuda valideynlər uşaqlarını nə qədər hazırlasalar da, ilk vaxtlar uşağın yeni ailə üzvünə alışması elə də asan olmur. Təsəvvür edin ki, adət etdiyi hər bir şey dağılır. Əvvəl ki kimi olsa da artıq vəziyyət başqadır. Məsələn, o artıq evin kiçiyi deyil, hər kəs ona əvvəl ki sıxlıqda diqqət göstərmir. Hətta körpə bacı (qardaşı) ağladıqda və ya hər hansı bir problem olanda vaideynləri onu ordan uzaqlaşdırıb, başqa otağa göndərirlər və nəticədə uşaq unudulduğunu düşünür. Bu vəziyyətlə bağlı uşağın reaksiyası müxtəlif ola bilər. O yenidən çağalıq dövrünə qayıda bilər (çoxdan imtina etsə belə əmzikistəyə bilər, ona yenidən bez geyindirilməsini istəyər və s.). Valideynlər bütün bunlara təəccüblənməməli, normal qarşılamalıdırlar və uşağa onunla kiçik arasında bəzi fərqləri başa salmalıdır. Bu günə kimi onun etdiklərini ona göstərməli, inkişafı, qazandığı uğurları üçün onu təbrik etməlidir. Pis halda əgər uşaq adət etdiyi istiliyi, sevgini, diqqəti, qayğını valideyndən görmürsə, bunları başqa yerdə axtarmağa başlayacaqdır. Məsələn, dostların yanında. Dostlar yaxşıdır. Ancaq yadda saxlamaq lazımdır ailə ilə ünsiyyəti əvəz etmir. Artıq zaman keçdikcə ana və ata əvvəl ki kimi uşaqla vaxt keçirdə bilmir. Ancaq burda kəmiyyət deyil, keyfiyyət əsas götürülür. Yəni valideyn uşaqla az vaxt keçirdə bilər, amma bunu keyfiyyətli şəkildə etməsi uşaq üçün əvəz olunmazdır. Valideynin vaxtının olmaması uşağın günahı deyil. Amma yenə də uşağa vaxt ayırmaq mütləqdir (1 saat belə olsa). Və bu vaxt ərzində ana ilə uşağın arasına heçnə girməməlidir : nə körpənin ağlamağı, nə telefon zəngləri, nə də başqa kənar işlər. Ana uşağına nə qədər vaxt ayırıbsa, sona kimi o zamanı onunla keçirtməlidir. Bu çox vacibdir. Daha sonra yatmadan öncə uşaqla ünsiyyətdə ola bilər. Danışmaq, ona nağıllar oxumaq, gün ərzində nələr etdiyi haqda müzakirələr etmək və s. Bəzən bunların əksidə ola bilər : ana uşaqla həddən artıq maraqlanır, bir növ onu ərköyün kimi böyüdür. Buda əsasən anada günahkarlıq hissinin aşırı dərəcədə olmasıdır. Səbəbi nədir? Kökü ananın uşaqlığından gəlir. Ola bilər ki, vaxtilə o da evin böyük qızı olub və lazımi diqqət-qayğını valideynlərindən görməyib, kənarda qalıb. Bu gün o uşağına aşırı diqqət göstərməklə öz yaşadıqlarını ondan uzaqlaşdırmağa çalışır. Ən son halda valideyn uşağın danışıq və davranışında mənfi hallar görürsə, bu zaman mütləq peşəkara müraciət olunmalıdır. Peşəkar psixoloqlar bu problemin kökünün hardan gəldiyini və həlli yollarını yaxşı bilirlər. Problem nə qədər tez həll olunsa bir o qədər yaxşıdır. Davamlı olaraq psixoloq yanına getməyə ehtiyac yoxdur, bir neçə seansla problemi aradan qaldırmaq olar. Valideyn həm öz davranışına, həm də uşağın davranışlarına xüsusi diqqət yetirməlidir. Əgər qeyri-adi vəziyyətlər baş verirsə, bu zaman valideyn uşağın bu davranışlarını qeyd etməli və psixoloqa bildirməlidir. Psixoloq və valideynin birgə işi zamanı uğurlu nəticə alınacaqdır və yenidən problem yaranarsa, bunun həlli daha asan olacaqdır.

Tərcümə edən : Afaq Məmmədova , ADPU – Təhsildə sosial-psixoloji xidmət

Mənbə : сайт – Мама.ru

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər