Atasız böyümək iki fərqli şəkildə təyin oluna bilər; bunlardan birincisi fiziki olaraq atasız böyüməkdir, yəni atası vəfat edən uşağın yaşadığı vəziyyətdir, digər vəziyyət isə ana ata ayrılığı nəticəsində uşağın atasız böyüməsidir. Atasız böyüyən uşaq psixologiyası deyildikdə ağla ilk gələn fiziki olaraq atasız böyümənin uşaq psixologiyası üzərindəki təsirlərindən bəhs edəcəyik; Ata itkisi çətindir. Həyatda bir çox şeyin öhdəsindən gələrkən uşaqlar köməyə ehtiyac duyurlar. Nazlanma, öyünmək, sevinmək, kədərlənmək kimi bir çox duyğunu uşaq yaşamaq vəziyyətindədir. Bu duyğuları yaşayarkən şübhəsiz birilərindən bu duyğuları bəsləməsi üçün kömək almaları lazımdır. Bu vəziyyətdə atanın rolu olduqca böyükdür. Atasını itirən uşaqlarda çox fərqli davranışlar müşahidə olunur. Əvvəlcə uşağın yaşı, ananın yanaşması və ananın yenidən edəcəyi evlilik uşağın fiziki və ruhi həyatına təsir edəcək. Uşaqların yaşlarına görə bir yekunlaşdırma etmək lazım olsa;
0-3 Yaş Atasız Böyüyən Uşaq Psixologiyası.
Bu yaşdakı uşaq ata anlayışını hələ yeni təyin edən uşaqlardır. Əgər uşaq bu yaş aralığındadırsa onlara ataları tanıdılmalı və itirilən atanın sonsuz bir yuxuda olduğu qeyd edilməlidir. Bu yaşdakı uşaqlar həddindən artıq reaksiya verməzlər,lakin davamlı olaraq atalarını soruşa bilərlər. Ətrafında gördüyü ata fiquru onlara yad gələ bilər, bu da uşağın psixologiyasına təsir edə bilər. Uşaqla maraqlanan insan bu mövzuda uşaqla davamlı danışmalı və ona şifahi olaraq ata anlayışını tanıtmalıdır.
4-8 Yaş Atasız Böyüyən Uşaq Psixologiyası
Bu yaşdakı uşaqlar ataları ilə tanış olan uşaqlardır. Ata itkisi onlar üçün olduqca çətin olacaq. Əgər uşaq bu yaş aralığında atasını itirdisə onunla maraqlanan insan çox həssas davranmalıdır. Uşaq psixologiyası olduqca enişli çıxışlıdır. Bu yaş aralığında uşaq israrcı ola bilər, onlarda bəzi davranış pozğunluğu və ya diqqət əskikliyi kimi simptomlar gözlənilə bilər. Atasını itirən uşaq üçün dünya artıq daha fərqli olacaq. Onunla davamlı danışmaq və onu müşahidə etmək ən doğru davranış olacaqdır. Tələb gördüyünüz vəziyyətdə isə mütləq bir mütəxəssisdən kömək almalısınız.
9-14 Yaş Atasız Böyüyən Uşaq Psixologiyası.
Yetkinlik dövrü olaraq xarakterizə edilə biləcək bu yaş aralığı uşaq psixologiyası baxımından olduqca həssas bir dövrdür. Uşaq sağlam bir yetkinlik keçirdiyi müddətcə yetkin olmağa hazırdır. Bu dövrdə atasını itirən uşaq psixologiyası çox böyük fərqliliklər göstərəcək. Maddə asılılığı, səhv yoldaş seçimi, akademik müvəffəqiyyətdə eniş kimi bəzi pis nəticələr ata itkisi ilə əlaqədar yaşana bilir. Tam əksinə atasını itirən uşaq; ailəyə çox böyük bir bağlılıq, akademik müvəffəqiyyətdə artım kimi müsbət xüsusiyyətlər də qazana bilməkdədir. Uşağın ana tərəfindən doğru istiqamətləndirilməsi və atasının yerinin doldurulmayacağı, atasının hər zaman mücərrəd mənada onlarla birlikdə olduğu izah edilməlidir
MƏNBƏ: cocukpsikolojisi.com
TƏRCÜMƏ ETDİ: BƏYİMXANIM OSMANLI
NARINC Könüllü Qrupunun üzvü