BƏDƏN DİSMORFİK POZUNTUSU

Bədən dismorfik pozuntusu DSM-5 də Obsesiv kompulsiv pozuntu və əlaqəli pozuntular qrupuna daxil edilmişdir. BDP sərgiləyən insanlar formasız ya da çirkin olduqlarına qətiyyətlə inanaraq, görünüşlərində qəbul etdikləri ya da xəyal etdikləri bir qüsuru və qüsurları vəsvəsə halına gətirirlər. Bu narahatlıq o dərəcə şiddətli olurki, sosial və peşə sahələrində klinik cəhətdən ciddi şəkildə narahatçılıq və əksiklik yaradır.

Diaqnoz üçün əlamətlər:

A.Xarici görünüşündə başqaları tərəfindən müşahidə edilə bilməyən ya da başqaları tərəfindən önəmsənilməyəcək, bir və ya birdən çox qüsurun olması ilə bağlı düşüncələr ilə məşğul olmaq.

B.Şəxs bu pozuqluğun inkişafı sırasında bir müddət xarici görünüşündəki narahatlığı ilə əlaqədar təkrarlanan davranışlar göstərir.

C. Bu fikri məşğuliyyət klinik cəhətdən diqqətə çarpan bir sıxıntıya ya da sosial, işlə əlaqədar , həmçinin önəmli digər funksionallıqla bağlı sahələrdə fəalliyyətin zəifləməsinə səbəb olur.

D.Xarici görünüşü ilə bağlı bu fikri məşğuliyyətlər yemə pozuqluğu üçün diaqnoz meyarlarını ödəyən əlamətləri olan bir şəxsdə,bədən yağı ya da ağırlığı ilə bağlı narahatlıqlarla daha yaxşı açıqlana bilməz.

Əgər bu əlamətlər varsa, bədən qavraması pozuqluğu inancları ilə bağlı fikri dərəcəni müəyyənləşdirmək lazımdır.

Dərindüşüncə yaxşı ya da olduqca yaxşı: Şəxs bədən qavraması pozuqluğu inanclarının tamamilə və ya ehtimalən gerçək olmadığını ya da gerçək ola biləcəyi ilə ola bilməyəcəyini ayıra bilməkdədir.

Dərindüşüncə pis: Şəxs bədən qavraması pozuqluğu inanclarının bir ehtimalla gerçək olduğunu düşünür.

Dərindüşüncə yox dərəcəsində: Şəxs bədən qavraması pozuqluğu inanclarının tamamilə gerçək olduğuna inanır.

BDP pozuntusu olan şəxslər bu düşüncələrini bədənlərinin bütün hissələrinə aid edə bilər: üzləri ləkəlidir, döşləri kiçikdir, üzləri çox zəifdir(və ya çox kökdür) ya da başqalarına iyrənc kimi görünən damarlar üzündən çox formasız görünməkdədir.

Araşdırmaya görə qüsurların daha çox görüldüyü yerlər bunlardır: Üz dərisi(73%), saç(56%), burun(37%), gözlər (20%), üz böyüklüyü(12%).

Bir çoxumuz görünüşümüzlə bağlı narahatlıqlar yaşaya bilərik. Lakin, BDP’li şəxslərdə bu narahatlıqlar daha çoxdur, onlar zehni bütünlüklə məşğul edir və önəmli bir duyğusal acıya səbəb olur. Onların çoxunda narahatlıq hallüsinasiya səviyyəsindədir.

BDP də yayğın olaraq görülən digər bir xüsusiyyət də bu şəxslərin qüsurları haqqda davamlı olaraq dostlarının və ailələrinin verdiyi güvənə ehtiyac duymalarıdır. Ancaq bu güvən onlarda keçici bir rahatlama yaradır. Daha sonra yenə gün ərzində dəfələrlə güzgünün qarşısında görünüşlərini kontrol edərək özlərini rahatlatmağa çalışırlar. Bununla yanaşı bəziləri güzgüdən tamamilə qaçınırlar.

Epidemiologiya

Tam olaraq yayılma faizi qeyd olunmasa da, ümumi əhalinin 1%-2% nə, depressiv insanların isə 8%nə təsir etməkdədir.

Qadın və kişilərdə yayılma dərəcəsi bərabər görünsədə, kişilərin cinsi orqanları, bədən forması və keçəl olma, qadınların da dəriləri, mədələri, döşləri və ayaqları haqqda daha obsesiv olduğu görülür.

Başlanğıc yaş bir çox insanın xarici görünüşüylə bağlı narahat olmağa başladığı yeniyetməlik çağı götürülür.

BDP li şəxslərdə depressiv diaqnoza çox rast gəlinir. Bu isə sıxlıqla intihar cəhdinə və tamamlanmamış intihara yol açar. 200 BDP xəstəsi arasında 80%nin intiharı düşündüyü və 28%nin də keçmişdə intihar cəhdi olduğu görülmüşdür. Depresiya qədər güclü olmasa da paralel şəkildə fobiya və obsesiv-kompulsiv pozuntusu da sıx görülməkdədir.

“Fil adam”

Chris, utancaq, narahat görünümlü , 31 yaşında bir dülgərdir. İntihar cəhdindən sonra xəstəxanaya qaldırılmışdır. Psixiatrla qaranlıq bir otaqda görüşmək istədiyini bildirir və gözünün önünü tutan bir papaq taxır. Daima yerə baxan Chris heç bir dostunun olmadığını, qısa müddət əvvəl işindən və sevgilisindən ayrıldığını qeyd edir.

“Bütün bunların səbəbi burnumdur.Burnumun üstündə böyük ləkələr var. İyrəncdirlər! Canavara bənzəyirəm. Fil adam qədər çirkinəm! Tək düşünə bildiyim şey burnumdakı izlərdir. Son 15ildir onları düşünürəm. Bu papağı da daimi olaraq ona görə taxıram. Sizinlə qaranlıq bir otaqda görüşməyinin səbəbi də bu idi. Nə qədər çirkin olduğumu görməyinizi istəmədim.”

Daha sonra psixiatr işıqlı bir otaqda onunla görüşür və Chrisin bəhs etdiyi ləkələri görə bilmir. Chris üz dərisində normal görünən məsamələrdən başqa bir şeyi olmayan yaraşıqlı bir adam idi.

Chris həmçinin dərisi ilə bağlı problemə görə bir dermatoloqa müraciət etmişdi, ancaq “burnunuz üzərində heç bir şey yoxdur” səbəbi ilə rəddedilmişdi. Ən sonunda başqa bir dermatoloqu müəyyən proseslər aparması üçün razı salmış, ancaq yenə də razı qalmamışdı. O qədər çarəsiz idiki, iki dəfə intihar etməyə çalışmışdı. (Spitzer and others,p.7-9)

Chris kimi BDP xəstələri adətən bir dermatoloq ya da plastik cərraha müraciət edirlər. Bir araşdırmada estetik cərrahiyəyə müraciət edənlərin 8%nin BDP diaqnozu əlamətlərini ödədikləri görülmüşdür. (Cerrand, Sarwer and others,2004)Başqa bir araşdırmada bu faizin 20-yə qədər arta biləcəyi aşkar edilmişdir.(Phillips 2005)

Ağlı başında bir həkim ondan istənilən prosedurları həyata keçirməməli və xəstəyə bir psixiatr ya da psixoloq məsləhət görməlidir. Yox əgər həkim istənilən prosedurları tətbiq edərsə, bu sıxlıqla davam edəcək və nəticə heç vaxt xəstə tərəfindən bəyənilməyəcəkdir. Nəticədən razı qaldıqlarında belə BDP diaqnozu varlığını davam etdirəcəkdir.

Qədəmli İsmayılova

Klinik Psixoloq

Mənbə: American Psychiatric Association DSM-5

Anormal Psikoloji. (James N. Butcher , Susan Mineka , Jill M. Hooley)

pcc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər