- Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək.
- Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz.
- Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox qısadır.
- Bu günün işini sabaha saxlamaq kimi vərdişi özünüzdən uzaq edin.
- Tənbəlliyin daşını atın. Təbiət öz hərəkətində dayanmaq və ləngimək bilmir, tənbəllik edib ləngiyənləri isə sərt cəzalandırır.
- Kiçik yaşlarından uşaqları zəhmətə alışdırın. Əgər siz özünüz zəhmət çəkməyi sevmirsinizsə, bununla uşaqlarınıza pis nümunə göstərirsiniz.
- Heç vaxt unutmayın, Allah kimə daha çox imkan və qabiliyyət verirsə ondan da daha çox cavabdehlik tələb edir.
- Bəziləri elə düşünür ki, pulla məhəbbəti almaq mümkündür. Bu yanlış fikirdir. Pulla məhəbbəti almaq olmaz.
- Asudə olmaq istəyirsinizsə hədər və boş yerə vaxt itirməyin.
- Tələsin, amma həmişə ağılla tələsin.
- Tez-tez ürəyinizin səsinə qulaq asın, görün o sizə nə deyir.
- Nə isə deməzdən əvvəl yaxşı-yaxşı düşünün. Dediyiniz söz sizə xoşbəxtlik gətirməklə yanaşı, həyatınıza bədbəxtlik və bəlalar da gətirə bilər.
- İnsanları mühakimə etməyə tələsməyin. Hər bir insanın özünəməxsus heç də asan olmayan həyatı var.
- Qarşınıza gücünüz çatmayan, həlli mümkün olmayan vəzifə qoymayın. Çünki o vəzifənin öhdəsindən gələ bilməyəndə özünüzdən gileylənməyə başlayacaqsınız.
- Xətrinizə kimsə dəyəndə, sizi kimsə incidəndə cavab verməyin. Vaxtınıza və əsəblərinizə qənaət edin.
- Heç vaxt aldatmayın. Kiçik yalanlar belə böyük bədbəxtliyə səbəb ola bilər.
- Axmaq adamlarla mübarizə aparmayın, mübahisə etməyin, onları düzəltməyə, dəyişməyə calışmayın. Çünki onlar xəstə yox, sadəcə səfehdirlər.
- Sevdiyiniz insanlara diqqət və hörmətlə yanaşın, onları dinləməyi bacarın.
- Keçmişinizdə baş vermiş hadisələrə görə peşimançılıq hissi keçirməyin, baş vermiş dəyişikliklərdən şikayətlənməyin.
- Həyatınızda baş verən kədərli hadisələri sakit ürəklə qarşılayın. Heç nə və heç kim əbədi deyil. Bu kədər də ötüb geçəcək.