Hamını başına diqqətsizlik və tələskənlik səbəbindən səhvə yol vermək və buna görə də danlanmaq kimi hadisələr gəlir. Bəzən bizim qeyri-iradi diqqətsizliyimiz digərləri tərəfindən səhlənkarlıq və məsuliyyətsizlik kimi qiymətləndirilir. Halbuki, hamıdan daha tez və düzgün yerinə yetirmək istəyirik və buna görə də tələsirik. Amma başımıza gələn əsas bəlaları tələskənlik üzündən olur.
Əslində tələskənlik və diqqətsizlik hissləri müəyyən simptomlar, əlamətlərdir. Onlar daha dərin bir problemin təzahürləridir. Bu ya işdə, ya da sizin daxilinizdə olan bir nüansla bağlıdır, ya da hər ikisinin kombinasiyasıdır. Elə ki, siz problemin mənbəyini anlayırsınız, çıxış yolu istiqamətində addım atmaq sizə daha asan olur.
Amma tələskənlik və diqqətsizliyin səbəbini anlamaq üçün özünüzdə aşağıdakı suallar cavab tapmalısınız.
• Məsələ iş yerinin özündə ola bilərmi?
• Sizin iş mühitiniz çox hərəkətli və xaotikdirmi?
• Sizin işlərin son icra və təhvil müddəti qeyri realdırmı, yəni həmin vaxtda işləri çatdırmaq mümkünsüzdür, bəlkə sizin menecerlər çox tələbkar və səhvləri cəzalandırmağa meyllidir və daima işi təzyiqdə saxlamağa çalışırlar?
• İşdəki digər yoldaşlar da eyni əlamətlərdən əziyyət çəkir və narahatlığı yaşayırmı?
• Siz düşünürsünüz ki, tələskənlik və diqqətsizlik hissi təkcə sizdə baş qaldırıb və yalnız sizə xasdır?
Əgər siz iş yerinin həmin simptomların əlaməti kimi istisna edirsiniz və bu səbəbi kənara qoyursunuzsa, onda məsələnin mənbəyini üzə çıxarmaq üçün bir neçə başqa sual da vermək olar. Yeniyetməlik və uşaqlıq dövründə siz başqa oxşar simptomlarla mübarizə aparmısınız?
Məsələn: daima hər yerə gecikmək, qeyri mütəşəkkillik, plansızlıq, unutqanlıq, öhdəliklərin öhdəsindən gələ bilməmək hissi və s. Sizin diqqətiniz asanlıqla yayılırmı, bəzən balaca bir tapşırığın üzərində saatlarla vaxt keçirirsiniz, baxmayaraq ki, daha vacib və təcili işləriniz var. Sizdə belə hisslər olurmu ki, vaxtında çatdırmaq və digərlərindən geri qalmamaq üçün əksər yoldaşlarınızdan daha çox və daha gərgin işləməlisiniz.
Bu simptomlar sizin şəxsi həyatınıza da sirayət edirmi? Tələskənlik, səhvlərə yol vermək və diqqətin asanlıqla yayılması əksər hallarda, amma heç də həmişə deyil, daha böyük bir əlamətlər yığınının bir hissəsi olur və bu əlamətlər birlikdə formal olaraq, diqqət defisiti adlanan sindromu təşkil edir.
Xroniki tələskənlik və diqqət defisiti
Xroniki tələskənlik və diqqətsizlik ilə mübarizə üçün birinci strategiya – dəyişə biləcəyinizlə bağlı ümid yaratmaqdır. Hələ ki, sizin özünü tələsməyəcəyiniz və diqqətli olacağınız barədə verdiyiniz vədlər bir işə yaramayıb – bu fakt olduqca təəssüf doğurur. Davamlı diqqət defisiti sindromundan əziyyət çəkən insanların çoxu həyatında böyük ağrılar yaşayıb. Onlar hər şeyi öz həmyaşıdları ilə müqayisədə daha çox çətinliklə əldə etdiklərini düşünürlər. Onların davranışı bəzən nəinki kənar şəxslər, hətta onların özləri tərəfindən belə düzgün anlanılmır, bəzən diqqətsiz, məsuliyyətsiz, nizamsız, hətta tənbəllik kimi xüsusiyyətlərə yozulur. Həqiqət isə odur ki, diqqət çatışmazlığı genetika ilə ötürülür və neyrobioloji şərtlərlə əsaslanır.
Diqqətsizlik sindromu iradə və ya xarakter zəifliyi deyil, sadəcə bioloji xüsusiyyətdir. Güclü iradə gücünə sahib olmaq problemin həll etmir. Problemin həlli özünü dərk etmək və sizin müvəffəqiyyət əldə etməyiniz üzün müvafiq strategiyalar tətbiq etməkdir. Tələskənlik və diqqətsizlik ilə mübarizə aparmaq üçün bəzi effektiv strategiyalar isə bunlardır:
Proyekti vaxtından əvvəl başa vurmağa çalışmayın, hətta işi bitirmək üçün daxilinizdə olduqca güclü bir tələbat hiss etsəniz də.
Böyük layihələri – xırda hissələrə parçalayın ki, onları idarə etmək daha asan olsun.
Saatdan istifadə edin. Fikri asanlıqla yayınan insanlar zamanın necə keçməsini fərqli cür qavrayırlar. Hər tapşırığa başlamaq üçün vaxt müəyyən edin və tapşırığın həlli üçün özünüzə vaxt limiti təyin edin. Taymerdən istifadə edin ki, bir tapşırığı və ya işi sizə bir dəfəyə başa vurmağa kömək etsin. Özünü bu işin icrası üçün lazım olduğunu düşündüyünüzdən daha çox vaxt verin (çünki arada fikir yayınmasına yol verəcəksiniz). Hər 30 dəqiqədən bir isə özünüzə 10 dəqiqəlik istirahət verin.
Mümkün olduğu qədər çalışın ki, öz iş mühitinizi özünüz qurasınız. Stolunuzu üzü divara çevirin ki, əlavə fikir yayındırıcı amillər sizi narahat etməsin. Hansı vəziyyətdə daha yaxşı çalışdığınızı və işlərin daha yaxşı getdiyini müəyyən edin. Əksər insanlar sakit, kənar səs-küysüz və çaxnaşma olmayan mühitdə daha yaxşı fəaliyyət göstərə bilir. Qoy, sizin iş yoldaşlarınız bilsin ki, nə vaxt sizi narahat etmək olmaz.
Görmə dairəsinin xüsusiyyətləri. Masa üzərində və ya görmə dairənizdə yalnız üzərində çalışdığınız əşyaları saxlayın.
Kənar fikirlərin sizin konsentrasiyanızı dağıtmağa başladığı məqamları tanımağı öyrənin. Diqqətsiz olduğunuz məqamlarda buna görə özünüzü həddin artıq danlamağı və üzməməyi də öyrənin. Yenidən özünüzü tapşırıq üzərinə kökləyin. Sözün əsl mənasında diqqətinizi konsentrasiyada saxlamaq üçün özünüzə məlumat yollayın. Məsələn “diqqətini yayındırma” adlı bir qeyd yaza və onu göz önündə yerləşdirə bilərsiniz. Sizi fikrinizdən yayındıra biləcək, diqqətinizi narahat edəcək ideya və fikirləri bir yerə yazın ki, sonra onları nəzərdən keçirə biləsiniz.
Sağlam həyat tərzi sürün, yaxşı pəhriz və yuxu vərdişlərinə əməl edin. Energetik idman hərəkətləri edin, mütəmadi olaraq məşq edin. İdman hərəkətləri, beynin fəaliyyətini optimallaşdırır və beynin müəyyən hormon və fermentlərini stimullaşdırır, bununla da diqqətliliyə və konsentrasiya olunmağa öz təsirini göstərir. Əksər günlərdə, xoşaldığınız hərəkətlərlə məşq etməyə çalışın, yəni sevdiyiniz üslubda məşq edin. Təmiz havada dolaşın. Dəyişikliklər bir gündə və bir saatda baş verməyəcək, amma təmkinlik, praktika və müsbət münasibətin ahəngi sizə tələskənlik və diqqətsizlik hissinin öhdəsindən gəlməyə köməklik edəcək.
banker.az