“Ölüm ya olum”

Əlbəttə ki, həyatda uzun illər çətinliklərlə qarşılaşmaq da olar, uzun illər bu çətinliklərin ağrısı ilə yaşamaq da. Ancaq həyatımızın müəyyən mərhələsində bir qərara gəlməli və gələcəyə «yolumuzu açmaq» üçün hər şeyi unutmalıyıq. Hətta, lazım gəlsə, bu yolda dəyişməyə də hazır olmalıyıq. Lap qartallar kimi…
Qartal quşlar arasında ən uzunömürlü olanlardandır. Hətta, 70 ilə qədər yaşayan qartallar da yox deyil. Ancaq bu yaşa çatmaq üçün qartal 40 yaşında çox ciddi və çətin bir qərar qəbul etməlidir. Çünki bu yaşa çatanda qartalın pəncələri sərtləşir. Və buna görə də, o, ovunu tuta bilmir. Təbii ki, məsələ bununla da bitmir. 40 yaşına çatanda qartalın dimdiyi uzanır və əyilir, qanadları yaşlanır və ağırlaşır, tükləri pırtlaşır və qalınlaşır. Bu yaşdan sonra qartal artıq uça bilmir. İndi o iki yoldan birini seçməlidir. Yəni, ya ölməli ya da «yenidən doğuş»un acı və çətin sınağına dözməlidir…
Bu «yenidən doğuş» təqribən 150 gün davam edir. Əgər qartal yaşamağı seçirsə, bir dağın təpəsinə qalxır və orada artıq uçmasına ehtiyac olmayan bir yerdə yuvaqurur. Bu yeri tapdıqdan sonra qartal dimdiyini sərt bir qayaya vurmağa başlayır. Nəticədə, qartalın dimdiyi düşür. Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra yeni dimdiklə dırnaqlarını çıxarır. Yeni dırnaqlar çıxanda isə qartal bu dəfə tüklərini yolmağa başlayır. 5 ay sonra isə qartal ona 20 il, bəlkə də daha uzun bir həyatın yolunu açan məşhur uçuşuna hazır olur…
Əgər siz də dəyişməyi qərara alırsınızsa, bütün gücünüzü toplayın və keçmişinizi «həyatınızdan çıxarın». Deməli, artıq dəyişməyə başlamısınız…

Ailəm jurnalı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər