Anna Freyd kimdir? – elmi araşdırma

Əgər 19-cu əsrin ortalarında Freyberq əhalisindən Freyd soyadı sizə kimi xatırladır deyə soruşsaydılar hamı dəri alış-verişi ilə məşqul şəxsin ailəsini göstərərdi.Cəmi yarım əsir sonra bu soyad demək olar ki,bütün dünyada psixiatr Freyd sayəsində məhşurlaşmışdır.Lakin az adama məlumdur ki,bu soyadın daha bir daşıyıcısı məşhur psixiatrın qizi Anna Freyddir.

Ziqmund və Marta Freydlərin altı uşağından sonuncusu olan Anna 3 dekabr 1895-ci ildə anadan olmuşdur. Freyd cox işləyirdi. O ailəsinə vaxtı yalnız tətil günlərində ayıra bilirdi.Uşaqları bu anları qaçırtmamağa çalışırdılar.Freyd də onların problemlərinə qulaq asar, anlara kömək etməyə çalışardı.

1901-ci ildə Anna xüsusi məktəbə daxıl oldu. 2 il orada oxuduqdan sonra adi məktəbə gedməyə başladi.Təhsilində növbəti addım xüsusi litseyə qəbul olmasi oldu.Bundan sonra o pedaqoji təhsil ala bilərdi.Lakin ali məktəbə qəbul olmaq üçün bu kifayət deyildi. O,gimnaziyanida bitirməli idi.

1911-ci ildə Annanin bacısı ailə qurur və evi tərk edir.16 yaşlı Anna iki seçim arasinda qalmışdı-Təhsilini davam etdirmək yoxsa bacısı kimi ailə qurmaq.Atasının məsləhəti ilə o hər şeyi dahada yaxşı fikirləşmək üçün səyahətə çıxır. 5 ay İtaliyada olduqdan sonra o öz təhsilini davam etdirmək qərarina gəlir.1914-cü ildə Anna imtahan verərək sonraki 5 ilini müəllimlik fəaliyyətinə həsr edir.

Freyd qızının karyerasının inkişafindan razi idi.Lakin vaxdının çoxunu toxuma işlərinə sərf etməsini heç sevmirdi. Onu da qeyd edək ki,psixoanaliz toxumani cinsi həyatla da əlaqələndirir.Psixoanaliz haqqinda Anna ilk dəfə 13 yaşi olarkən atasi ilə gəzintidə eşitmişdir.Qızının həddindən artiq marağini görən Freyd ona öz mühazirələrində, psixoanalitiklər cəmiyyətinin iclasinda, eləcədə pasient qəbulundada iştirak etməyə icazə verir.Bu 1918 ci ildən 1921 ci ilə qədər davam edir.Bu psixoanalitik etikanin kobud şəkildə pozulmasi olsada Freydin nüfuzu ona kiminsə açıq etiraz etməsinə mane olurdu.

1918-ci ildən Anna bütün Beynəlxalq psixoanalitik iclaslarda həmçinin Vyana psixoanalitiklər cəmiyyətinin iclasinda iştirak etməyə başlayir.Vyana psixoanalitiklər cəmiyyətinə üzv qəbul olunmaq üçün elmi iş lazim idi.Anna özünün ilk araşdirmalarına 1922-ci ildə başlamışdır.Onun pasienti 15 yaşlı qiz idi.Bu araşdırmalardan sonra o Vyana psixoanalitiklər cəmiyyətinə üzv qəbul olunur.1923-cü ildən o özü pasient qəbul etməyə başlamişdir. Eyni evin bir tərəfində atasi böyükləri, özü isə balaca pasientləri qəbul edirdi.

Profisional karyeraya başlamamışdan öncə onu bir çox çətinliklər gözləyirdi.Onu tibbi təhsili yox idi.Z.Freyd psixoanalizi tibbdən daha çox psixologiyaya bağlı elm kimi göstərirdi.Lakin əksər analitiklər həkim idi.Buna görədə onun tibbi təhsilinin olmamasını qüsur kimi görür və çox vaxt ona pasient göndərmirdilər.O öz araşdırmalarına tanışları və dostlarının uşaqları ilə başlamışdır.

Kiçik yaşlılarla işdə daha bir çətinlik yaranmışdı.Böyüklərdən fərqli olaraq onları öz problemləri maraqlandırmırdı.Onlari valıdeynləri çox vaxd məcbur gətirirdilər.Elə buradada Annanın pedaqoji təhsili köməyinə çatmişdir.O müxtəlif hekayələr danışır, onlara foks göstərir, hətta lazim gələrsə stulun altina girib oyun oynayırdi.

1923-cü ildə Anna təsadüfən atasının xərçəng xəstəliyinə tutulduğunu öyrənir.Öz vəziyyətini gizlədərək Z.Freyd əməliyyata girir,lakin tezliklə bu qanaxma ilə nəticələnir.Bundan sonra Anna atasının sağlamlığına nəzarət etməyə başlayır.Onu sayəsində Freyd daha 16 il yaşayır və 31 əməliyyat keçirir.Anna nəinki atasının sağlamlığı ilə məşqul olur həmçinin onun işlərinidə öz üstünə götürərək beynəlxalq konqreslədə iştirak edir, mühazirələr deyir.

Otuzuncu illər təkcə psixoanalitik istiqamətə deyil ,eləcədə Z.Freydin ailəsinədə bir çox probləmlər gətirdi.Psixoanalitik cəmiyyət böyük maliyyə problemi yaşasada A.Freydin səyi nəticəsində öz həllini tapır. Elə həmin il o bu cəmiyyətin katibi olur.

Atasinin 80 illik yubileyinə Anna xüsusi hədiyyə hazırlamışdır ki bu da onun tərəfindən çox xoş qarşılanmışdır.1936-ci ildə-Mən və müdafiə maxanizmi adlI kitabI çap olunur.

Bu illərdə AvropanIn üzərini nasizm buludlarI tutmuşdur.Almaniyada Hitlerin hakimiyyətə gəlməsindən sonra psixoanaliz qadağan edilmişdir.Freydin bir çox əlyazmaları yandırılmışdır.Yaxınlaşan təhlükəni hiss eden psixoanalitiklər Avstriyani tərk etməyə başlamışdılar.Yaşli və xəstə Freydə öz ölkəsini tərk etmək çətin idi.22 mart 1938-ci ildə Anna Freyd gestapaya çağrılmışdır.Hemin gün onun yaddaşinda ömrünün sonuna qədər qorxu yaradirdi.Bundan sonra o ölümün gözünə baxdığı torpaqlara bir də qayıtmaq istəmirdi.Yalnız 1971-ci ildə o çoxsayli xaişləri nəzərə alaraq Vyanaya gəlmiş və nə vaxtsa özünün yaşadığı ,o zaman isə muzey kimi istifadə olunan evlərinə də getmişdir.

Fransız şəhzadəsi Mariya Bonapartın, həmçinin Amerikanın Avstriya və Fransa səfirlərinin köməkliyi ilə Z.Freyd həyat yoldaşı və qızı böyük məbləğdə ödəniş edildikdən sonra Almanlardan alınır.4 iyun 1938-ci ildə ailə Parisə oradanda İngiltərəryə gedir.

İngiltərərdə işləmək üçün icazəni Anna asandliqla ala bilmir.Müharibə qurtardiqdan sonra o öz gücünü əziyyət çəkmiş uşaqlara yardım etmək üçün sərf edir.1939-cu ildə Anna uüaq bağçasi açır.1945-ci ilə qədər burada 80-dən artiq müxtəlif yaşlarda uşaqlar yaşayirdi.Anna özü uşaqlari yedizdirir, çimdirir, onlarla oynayırdı.

1945-ci ildə güclü agciyər soyuqlaması keçirdir və 10 ay xəstə yatir.Müharibənin sonunda o çoxlu sayda kimsəsiz uşaq qəbul edir.Anna uşaqları diqqətlə öyrənir və hər birinə fərqli metodla yanaşmağa çalişirdi.

1947-ci ildə Anna tərəfindən bu günə qədərdə öz fəaliyyətini davam etdirən və Avropanın ən yaxşı uşaq psixoanalitiklərini yetişdirən mərkəz yaradılmışdır.

1950-ci ildə Anna ilk dəfə ABŞ-a getmiş və Klark universitetində mühazirə demişdir.Bundan sonra o 12 dəfədə ABŞ-da olmuş və mühazirələrlə çıxış etmişdir.

1965-ci ildə o Uşaqlığın norma və patalogiyası adlı kitabı bitirir.

1982-ci ilə qədər o özü pasientlərlə psixoanaliz keçirirdi.Ona bir çox məhşurlar müraciət edirdilər.Bunlardan biri Merlin Manro idi ki, Anna ona –isterik depressiv şəxsiyyət ikiləşməsi diaqnozu qoymuşdur.

Anna Freyd uşağın normal inkişafı üçün dəyişən fazaları müəyyənləşdirmişdir.Uşaqlıqdakı adi çətinliklərdən ağır autistik pozuntuya qədər araşdırmış və onlarla işləmə metodlari təklif etmişdir.

1973-cü ildə A.Freyd Beynəlxalq psixoanalitiklər birliyinin prezidenti seçilir.Lakin o çox qocalmışdi və xəstəlik onu əldən salırdı.1976-cı ildə xəstəliklərinə anemiyada əlavə olunur.Əvvəlcə zaman-zaman sonra isə hər həftə ona qan köçürülməli idi ki, bir az hərəkət edə bilsin.Onun artiq 80-dən çox yaşı var idi ,lakin aktiv fəaliyyətıni davam etdirirdi.Onun devizi F.Nitşenin sözləri olmuşdur.-Nə ki məni sındırmır o məni güclü edir.

Anna Freyd 1982-ci il 8 oktyabrda vəfat etmişdir.

Onun əlyazmaları arasında belə bir cümləyə rast gəlinmişdi-Mən gənc olarkən öz xarici görünüşümdən narazı idim, lakin özümü bu sözlərlə sakitləşdirirdim Müəyyən yaşdan sonra hər bir qadin elə gərünüşə sahib olurki hansina ki, laiqdir.Bu isə o deməkdir ki, bu görünüşü o özü özü üçün yaradir.

Turanə Rzayeva

Bakı Qızlar Universitetinin Sosial Psixologiya fakultəsinin tələbəsi

Narınc Könüllü Qrupunun üzvü

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər