Stress insanın özünü hüzursuz, narahat və gərgin hiss etməsi ilə fizioloji ve psixoloji göstərdiyi reaksiyadır! Gündəlik həyatda biz stresslə qarşı-qarşıya qalırıq. Məsələn: iş və ya ev həyatında, ayrılmalarda, övlad və ya valideyn arasındakı münaqişələrdə, hamiləlik zamanı, boşanmalarda, işsizlik, ailə ile iş zamanın düzgün bölünə bilməməsində və bir çox bu kimi hadisələrdə stress yaşaya bilərik !
Stressdə olduğumuzu necə hiss edə bilərik ?
- səhər yorğun oyandıqda
- yuxu problemi yaşadıqda
- tez əsəbləşmək
- diqqətsizlik
- baş ağrıları
- əvvəl həzz aldığınız işdə artıq heç bir həzz almama
- ürək döyüntülərinin artması, nəfəs darlığı
- siqaret və ya narkotik tərkibli maddələrə meyillilik və s.
Stress zamanı vücud özünü muüdafiəsi üçün stress hormonu ifraz etməyə başlayır, bu zaman enerji bərpa olunması üçün yağ yandırması qanda xolesterinin və yağın artması səbəbindən ürək – damar xəstəliklərinə yol aça bilər!
Özünüzü stressdə hiss etdiyiniz zaman nə etməliyik ?
əlinizdəki işi buraxın və gərginliyin fərqinə varın
gərgin olduğunuz məkandan mümkünsə uzaqlaşmağa çalışın
gözlərinizi yumun və rahat hiss etdiyiniz yerdə özünüzü xəyal edin
yüngül idman hərəkətləri və az da olsa yerimək müsbət nəticə verə bilər, yavaş və ağır nəfəs almağa çalışın!
Daha uzun müddətli stressdən uzaq olmağın yolları:
akvariumda balıq saxlamaq
havanın dəyişməsi və dəniz suyu ilə təmas
massaj
toxuma və ya hörmə
yoqa ilə məşğul olmaq
səyahət etmək
gündəlik yerimək
idmanla məşğul olmaq
yatmazdan əvvəl kitab oxumaq ( kortizol səviyyəsinin stress hormonunun düşməsinə və yeni günə daha gümrah oyanmanızı təmin edər )
Stessiz günlər diləyirəm !!!
Aytən Əlizadə
Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu
pcc.az