Qadınlar “mən kişiyəm” ilə başlayan bütün cümlələrə nifrət edirlər. Kişi olmağınız,qadın-kişi münasibətində daha azad və sərbəst olacağınız mənasına gəlmir. Bu həqiqəti bilə-bilə belə davranmağınız, qadınları bu münasibətdən-sizdən soyudacaq.
- Qadınların xoşuna gəlir ki, kişiləri onlara sahib çıxsın, ancaq həddindən artıq qısqanc rəftar olanda ona inanmadığınızı düşünürlər. Ən yaxşısı o incə xətti təyin edin və həm özünüzü, həm də qarşınızdakını yormayın.
- Qadınlar xarici gözəlliyə verdiyiniz əhəmiyyətin fərqindədirlər. Hər gün sizə daha gözəl görünmək üçün çalışırlar. Ancaq siz kişilər qadınların gözəlliklərini görüb bunu dilə gətirməsəniz, gözəl görünmək həvəslərini itirə bilərlər.
- Qadınlar köhnə sevgililəriylə qarşılaşarkən salamlaşmanın normal olduğunu düşünürlər. Bu, onsuz olmağa alışdıqlarını sübut edir. Salam vermirlərsə, bu,onu hələ də sevdikləri üçün deyil, yanlaıindakı sevgililərinin narahat olmaması üçündür.
- Qadınlar şəxsi baxımına çox əhəmiyyət verən kişilərin homoseksual olduğunu düşünmürlər. Əksinə, baxımlı, vasvası kişilər xoşlarına gəlir.
- Qadınların hər sözünü dinləməyiniz sizə fayda verər. Çünki qadınlar ən kiçik bir hadisədən bəhs edərkən araya özləriylə əlaqədar bir şeylər qatıb deyirlər.Dinləyib anlamadığınız təqdirdə isə həmin an tərk edilərsiniz.
- Qadınlar aşiq olduqlarında dünya o kişinin ətrafında dönməyə başlayır. Bundan sui-istifadə etmək yerinə bu anların dadını çıxarın.
- Qadınların yaşlarından başqa söylədikləri ən böyük yalan sinə ölçüləridir.
- Elə bilməyin ki, kariyera, pul qadınların maraq sahələridir. Belə düşünürsünüzsə, çox yanılırsınız. Şəfqət, maraq və fədakarlıq qadınların ən əhəmiyyət verdiyi mövzulardır.
- Kişilər qadının hüquqlarını, istək və ehtiyaclarını qəbul edib, prioritetləri tanıyan şəkildə davrananda qadınlar özünə hörmət edildiyini hiss edir.
- Kişilər qadının duyğu və istəklərini müzakirə etmək yerinə, onları qəbul edib haqq verəndə belə davranan kişi, heç şübhəsiz, qadının qəhrəmanı-cəngavəri olar.
- Qadınlar sizinlə danişarkən eyni vaxtda birdən çox işlə məşğul olsalar da bu, söylədiklərinizi dinləmədikləri mənasına gəlməz.
- Bir qadına nəzakətli davranmağınız ürəyində açdığınız hətta ən dərin yaranı belə təmir edə bilir.
- Kişilər qadınlardan daha çox danışmamaq mövzusunda çox diqqətli olmalıdırlar. Çünki qadınlar özlərindən çox danışan və hər mövzu haqqında danışan kişiləri heç xoşlamazlar.
- Qadınların əsəbləri gəlib keçicidir. Günün sonunda onları sakitləşdirə biləcək tək şey sevdikləri kişinin qollarıdır.
- Elmi araşdirmalar göstərir ki, sevdikləri kişinin təbii bədən qoxusu qadınları sakitləşdirsə də, heç bir qadın xarici görünüşünə fikir verməyən kişini sevməz və seçməz…
xoshbextqadin.az