İtirmək qorxusu

İtirmək qorxusu yəqin ki, qorxuların arasında ən birinci yer tutan və ən çox incidən qorxulardandır. Söhbət məhz kimisə itirməkdən yox, nəyisə itirməkdən də gedir. Amma bir münasibətiniz var və sevdiyiniz insanı itirməkdən qorxursunuzsa, daha çox kədərlənmənizə ehtiyac yoxdur. Çünki, hiss etdiyiniz bu qorxunu, ona da yaşatmanız və əlaqənizi qurtarmanız üçün lazımlı olan taktikaları sizin üçün tək-tək sıraladıq.Əlaqənizdə sevgilinizi əldə tutmaq üçün, ona yaşatmanız lazım olan itirmə qorxusunun əhəmiyyətli maddələri:

Sevgilinizə hər saniyə eşqinizi bildirməyin!

Sevdiyinizə davamlı “Səni Sevirəm” deyərək, onu əlinizdə tutacağınızı düşünürsünüzsə olduqca yanılırsınız. Sevginizi ona heç bildirməyin demirik ,amma bu cümləni tez-tez istifadə etməyin. Özünə bu qədər şüursuzca aşiq olduğunuzu bilməsi onu sizə daha çox aşiq etməz. Tam tərsi olar,bu vəziyyət ona həddindən artıq bir özünə inam verər və sonunda bu özünə inam, təhlükəli ölçülərə çata bilər. Buraxın bir gün əlaqəniz bitsə, onsuz da yaşaya biləcəyinizi düşünsün.

Cib telefonunuzun içərisinə baxmağa icazə verməyin!

Cib telefonu adamın xüsusi əşyasıdır. Sevgilinizin telefonunuzu ya da mesajlarınızı qarışdırmasına icazə verməyin. Ayrıca ictimai saytlardakı şifrələrinizi də əsla onunla paylaşmayın. Sizə gələn mesajları göndərən adamı maraqlanması ya da keçən gün gülərək danışdığınız yoldaşınızın kim olduğunu soruşması əmin olun çox xoşunuza gedəcək.

Həmişə baxımlı olun!

“Necə olsa məni sevir” deyə düşünüb özünüzü və fərdi baxımınıza laqeyd yanaşmayın.Pozulmuş dırnaq boyaları, yağlı saçlar ya da geyindiyiniz cırıq paltar sizə əlaqənizdə çox şey itirdər. Unutmayın, kişilər həmişə baxımlı qadınlardan xoşlanar. Siz özünüzü laqeyd yanaşdıqca zamanla sizdən soyuya bilər, üstəlik başqa kişilərlə rəqabət etmə həyəcanından məhrum qalar. Halbuki özünüzə diqqət göstərsəniz, diqqət çəkici bu halınızla, sizi itirmə qorxusunu daha çox hiss edəcək.
cazibe.info

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər