Qadın qadının həm ən yaxın dostu, həm də rəqibidir. Qadınların bir-birinə qarşı içdən içə kin bəsləməklə səbəbi hələ də müəmmənalıdır. Sosial əlaqələrimizdə qadınlardan çox kişiləri daha etibarlı tapırıq. Dövlət dairəsində, imtahanlarda həmişə “ümid edirəm qarşıma kişi çıxar” deyə dua edirik. Qadınlarla qarşı-qarşıya gəlməyi eynilə bir boks matçı kimi qəbul edirik…
Qadınlarla yaxşı dolanmaq lazımdır
Qadın təbiəti əslində bir-birinə güvənməyə meyllidir. Çünki qadını həyata gətirən, baxıb böyüdən də bir qadın. Zaman içində nə olursa olur və qadınlar arası rəqabət başlayır. Buna görə həmcinslərimizlə araya məsafə qoymaq məcburiyyətində qalırıq. Halbuki qadınların həm fiziki həm də ruhi sağlamlıq baxımından bir-birlərinə ehtiyacı var. Mütəxəssislərə görə, həmcinsləri tərəfindən qəbul edilib, təsdiqlənən qadınların stresləri azalır. Sağlam və etibarlı ictimai əlaqələr quran qadınların beyin funksiyaları daha inkişaf etmiş olur və yaddaş itkisi azalır.
Dostluq, ən yaxşı dərmandır
Qadınların bir-birinə qarşı səbəbsiz kompleksləri zamanla təsəllini kişilərdə axtarışa itələyir. Biz qadınlar, sözsüz olaraq öz aramızda bir dil istifadə edirik. Kişilərə bizlər kimi detalçı və planlı hərəkət etmədikləri üçün bizi anlamaları bir az çətin olsa da kişilərlə qadınlardan daha yaxşı razılaşırıq. Qadınlar bir-birləri ilə ya çox yaxşı razılaşır ya da bir-birinə düşmən kəsilir. Bunun bir ortası yoxdur. Qadınların bir-birlərinə verdikləri zərərin ölçüsünü ifadə etmək lazım olsa; eşq ağrısı belə qadınlara daha az ağrı çəkdirir deyə bilərik…