- Mütəxəssislər şaxtalı havalarda üzün və əlin dərisini tərkibində spirt olan vasitələrlə silməyi məsləhət bilmirlər. Onlar müxtəlif losyonları qış aylarında süd və ya qliserin tərkibli üz təmizləyicilərlə əvəz etməyi məsləhət bilirlər.
- Şaxtalı havalarda vanna və buxar qəbul eləmək də məsləhət görülmür. Çünki qaynaq su vannasından sonra qış aylarında dəri məsamləriniz daha da dərinləşəcək. Üzünüzü isti su ilə yuyub krem çəkə bilərsiniz, amma bunu etdikdən sonra ən azı 2 saat evdən bayıra çıxmaq olmaz.
- Qış aylarında orqanizmin vitaminə olan tələbatı artır. Bu təlabat özünü dərinin quruluğunda da hiss etdirir. Mütəxəssislər dərinin vitamin azlığından əziyyət çəkməsinin qarşısını almaq üçün bol meyvə-tərəvəz yeməyi məsləhət görür. Qoz, dəniz məhsulları və yağsız ət dəriyə gözəl təsir edir.
- Qış aylarında insanların suya olan tələbatı azaldığına görə az su qəbul edilir. Bu da dəridə quruluğun artmasına səbəb olur. Həkimlər orqanizmin suya təlabatının az olduğu aylarda belə su içməyi məsləhət bilir. Çünki su içmək tər vəziləri daxil olmaqla əksər orqanların fəaliyyətini aktivləşdirərək orqanizmə müsbət təsir edir.
- Kosmetoloqlar şaxtalı və küləkli havalarda evdən çıxarkən dəriyə yumuşaldıcı kremlərdən sürtməyi məsləhət bilirlər. Bu dərini küləyin zədələrindən qorunmasına yardım edir.