Özgüvəni Artırmağın 12 Yolu

Hamımız zaman – zaman özümüzə inamımızı itirərik. Içimizdən bir səs “edə bilməyəcəksən” deyə fısıldayar. Məhz həmin vaxt anlayırıq ki, bununla baş etmə zamanı gəlmişdir. Hadisələri gözdən keçirməli və özgüvəni yenidən qazanmalıyıq. Necə?

  1. Özünə inan! Hər nə qədər çətin olsa da çalışın ki, daxili səsiniz sizi zəiflətməsin. Özünüzü pozitivə kökləyin və yaxşı şeylər olacağına inanın. Unutmayın, inam müvəffəqiyyətin yarısı deməkdir. Inanc gücü ilə nələrə sahib ola biləcəyinizi kaş bilsəniz…

2. Idmanla məşğul olun, aktiv olun! Bildiyimiz kimi, sağlam bədəndə sağlam ruh olar. Sağlamlığınızı qoruyun ki, həyata sağlam düşüncə və sağlam nəzərlərlə baxa biləsiniz. Fürsət tapdıqca qaçın, idman edin, fitnesə gedin. Mütləq aktiv həyat tərzi keçirin. Passivlikdən və süstlükdən qaçın. Bu sizin fəaliyyətinizi məhdudlaşdırar.

3. Uzun müddət xoşbəxt hiss etmək üçün pozitiv olun! Insanoğlu üçün məqsədsiz bir şəkildə zamanın neqativ axışında itməkdən daha asan bir iş yoxdur. Siz bu axına doğru getməyin, zərcirləri qırın və yalnız öz yolunuzla irəliləyin. “Edə bilmərəm” yox, “edə bilirəm və edəcəyəm” deyin! Gülümsəyin!
4. Özünüzə qulluq edin! Saçlarınıza, geyiminizə, ümumiyyətlə xarici görkəminizə xüsusi fikir verin. Ətrafdakılar tərəfdən necə də gözəl, sağlam, gənc və təravətli göründüyünüzü eşitdikcə özgüvəniniz artacaq. Gün boyu pozitiv əhval – ruhiyyə sizinlə olacaq.
5. Mükəmməlliyətçilik deyə bir şey yoxdur!
Hamı hər şeyi mükəmməl edə bilməz. Hər kəs fərqli bacarıq və qabiliyyətlərə sahibdi. Kimisi yaxşı mahnı oxuyur, kimisi gözəl rəqs edər və ya şəkil çəkər. Buna görə də hər an, hər şeydə və xüsusən də özünüzdə mükəmməllik axtarmayın. Bu həqiqətən yorucu və sıxıcıdır.
6. Sağlam qidalanın!
Yemək rejiminə, nə yeyib – içdiyinizə fikir verin. Çox yağlı, ədviyyatlı qidalardan qaçın. Günün hansı saatlarında nə deyinizə önəm verin. Axşam saatlarında kalorili yeməklər yeməyin. Sağlamlıq və gözəlliyiniz üçün bunlar şərtdir.
7. Neqativlikdən uzaq durun!
Neqativ və pessimist əhval gülüş kimi, bir insandan digərinə çox tez yayılar. ətrafınızda belə neqativ insanlar varsa, onlarla mümkün qədər ünsiyyətdə olmamağa çalışın. Çünki, onlarla münasibət istər – istəməz sizin özgüvəninizin aşağı düşməsinə səbəb olur.
8. Inandığınız şeyləri sonuna qədər müdafiə edin!
Siz xüsusisiniz. Düşüncələriniz də elədir. Reallaşacağına inandığınız arzularınızın ardınca gedin! Əgər səssiz və sakit bir xarakterə sahibsinizsə, onu bir kənara atın və yeni “sən” ilə yola çıxın. Düşüncələrinizə hörmət edin və onları qoruyun…
9. Ümidinizi itirməyin!
Heç bir şey birdən – birə məhv olmaz. Geriyə mütləq bir ümid işığı həmişə qalır. Ümidinizi itirməyin və bacaracağınıza inanın. Tunelin sonundakı işığı görün.
10. Qeyd edin!
Sizin üçün önəm daşıyan hadisələri, yerinə yetirdiyiniz vacib tapşırıqları bir yerə qeyd edin. Zamanla nə qədər çox şey bacardığınızı həmin qeydlərə baxdıqda daha yaxşı anlayacaqsınız. Bu sizi motivə edəcək stimul olacaqdır.
11. Hazırlıqlı olun!
Insan həmişə xoşbəxt və sevincli anlar yaşamır. Bəzən xoşagəlməz və canımızı sıxacaq hadisələrlə üzləşirik. Problemlər qaçılmaz deyildir, buna görə də pisliklərə və üzüntülərə həmişə hazırlıqlı olun. Amma unutmayın ki, onların mütləq sonu vardır!
12. Özünüzü həsr edin!
Bir iş görəcəksinizsə bütün var qüvvənizi ona verin və tamamən əla, möhtəşəm bir şey ortaya çıxarmaq üçün çalışın. Çətin də olsa mübarizə aparın, etdiyiniz hər şey ola bilər ki, yaxşı nəticə verməyəcək. Ancaq, bunlar müvəffəqiyyət yolunda olan əngəllərdir. Sonda mükafat vardır…

motivasiya.com

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər