Neqativ düşüncələrinizi zibil qutusuna atın

Amerikalı alimlərin İspan həmkarlarıyla birlikdə etdiyi araşdırma, mənfi və istənilməyən düşüncələri yazıb zibil qutusuna atanların, psixoloji olaraq rahatladığını göstərdi. Araşdırmanı aparanlardan Richard Petty, bu yanaşmanın insanlara “axmaqca” gələ biləcəyini, lakin, düşüncələri “atmağın” işə yaradığını gördüklərini ifadə etdi. Ohio Dövlət Universitetindən Petty, insanların düşüncələrini konkret obyektlər kimi qiymətləndirdiklərini ifadə edir: “Düşüncələrimizdən onları görər kimi bəhs edirik. Düşüncələrimizə tutunuruq. Onlara arxalanırıq. Bütün bunlar real olmayan düşüncələrimizi belə bizim üçün daha gerçək hala gətirir” ifadəsini istifadə etdi. Alimlər mövzunu araşdırmaq üçün 3 təcrübə həyata keçirdilər. Aparılan 3 təcrübədə, 78 İspan liseyi şagirdindən düşüncələrini yazmaları istənildi. Tələbələrin yarısından yazdıqlarını zibil qutusuna atmaları, digər yarısından isə düşüncələrini sadəcə yazmalarını istəyən alimlər, “düşüncələrini zibil qutusuna göndərənlərin neqativ fikirlərdən xilas olduğunu” gördü. Tədqiqatçılar hətta, müsbət düşüncələrini kağıza yazıb çantasında ya da pul kisəsində daşıyanlara da bunun müsbət təsir etdiyini ifadə etdilər. Düşüncələrin zibilə göndərildiyini xəyal etməyin isə təsirli olmadığı təyin olundu. Araşdırma, “Psychological Science” jurnalında dərc olundu.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər