Hər bir insanın uğur qazanması üçün mütləq cəsarətə, cəsarətləndirilməyə ehtiyacı var. Uşaqlar daha çox ruhlandırılmağa ehtiyac duyur. Uşaqlarınızın uğur qazanması üçün onları cəsarətləndirən cümlələr qurun.
- Çox yaxşı iş bacarmısan, təşəkkür edirəm.
- Doğru yoldasan, səninlə fəxr edirəm.
- Anlayışlı olduğun üçün təşəkkür edirəm
- İlk dediyimdə dinlədiyin və yerinə yetirdiyin üçün təşəkkür edirəm.
- Mükəmməl bir uşaqsan.
- Etdiyini təqdir edirəm.
- Bir bax nələri bacarmısan.
- Nə qədər vacib bir qərar aldın.
- Mən istəmədən sən bunu etdiyin üçün təşəkkür edirəm.
- Anlatmaq istədiklərini mütləq dinləmək istəyirəm.
- Tək başına həll etdin, mükəmməl!
- Addım –addım irəliləyirsən demək olar ki, bacardın.
- Çox diqqətli dinlədin təşəkkür edirəm.
- Bu etdiyin sənin üçün yeni bir şeydi çox mətanətlisən.
- Yaradıcılığını çox bəyənirəm.
- Ruhdan düşmədin bir neçə dəfə sınadın və bacardın.
- Bir dəfə daha sına, vacib olan əlindən gələni etməkdir.
- Bölüşdüyün üçün təşəkkür edirəm.
- Davam et, bacara biləcəksən.
- Səni sevirəm.