İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, BU YAZINI OXUYUN

Yenidən evlənmək istəyən valideynləri düşündürən ilk sual budur – “ögey ata, ya ögey ana övladıma necə baxacaq?”. Cəmiyyətdə artıq belə bir şablon formalaşıb: “Ögey ata, ana doğma ata-ananın yerini verməz, uşağı döyəcək”.

İkinci dəfə evləndikdə düşünülməsi gərəkən digər vacib məsələ isə evləndiyiniz şəxsin uşağı ilə sizin övladınızın bir damın altında necə yaşayacağıdır. Ögey bacı-qardaşın sağlam ünsiyyət qurması xoşbəxt evliliyin təməlidir. Bu sağlam ünsiyyət qurulmasa, bütün ailə üzvləri əziyyət çəkə bilər. Bəs ögey uşaqlar arasında sağlam ünsiyyət necə qurulmalıdır?

Ögey uşaqların sağlam ünsiyyət qurması üçün ilk əvvəl valideynlərin yaxşı münasibətdə olması vacibdir. Bunun üçün yenidən evlənəcək şəxs…

İlk əvvəl maddi baxımdan hazır olmalı

  • Keçmiş evliliklə bağlı bütün duyğu, problemlərinə bir dəfəlik son qoymalı
  • Valideyn hüquqlarını tanımalı və baş verəcək dəyişikliklərə hazır olmalıdır.

Nələr etmək lazımdır?

Keçmiş evlilik, ikinci ailə həyatı və gerçəkləşəcək yeniliklərlə bağlı həqiqəti nə qədər acı da olsa, uşağınıza söyləyin. Bu, uşağınızı üzə bilər, lakin onun güvənini itirməkdən daha yaxşıdır.

Uşaqlar bioloji anasına (atasına) xəyanət etdiyinizi düşündüyü üçün ögey anasına (atasına) qarşı qəzəbli olacaq. Bu, normaldır və 5 il belə davam edə bilər. Valideynlər bu məsələdə səbrli və düşüncəli davranmalıdırlar. Sonra bu qəzəb yerini güvənməyə, bağlanmaya verəcək.

Ögey uşaqları mütləq ayrı otaqlarda saxlayın.

Nizam-intizam məsələsində hər ikisinə də eyni cür davranın.

Uşağın yeni həyat yoldaşınıza “ana” (“ata”) deməsi üçün təkid etməyin. Vacib olan onlar arasında hörmət və inama söykənən münasibətin olmasıdır.

Valideynlər arasında sevgi, hörmətin olması çox vacibdir. Ər-arvad arasındakı problemlər uşaqların münasibətində dərin çatlar buraxa bilər.

Ögey bacı-qardaşlar arasında şərtlər nə olur-olsun, hər zaman ədalətli qərar verin.

Toy olacaqsa, bəzi təşkilati işlərlə bağlı qərarların uşağınızın verməsinə icazə verin.

Ögey valideynlərin ögey uşaqlarıyla xüsusi günlər qeyd etməsi vacibdir. Xəstələnən uşağı ögey ananın (atanın) xəstəxanaya tək aparması onların münasibətində buzları əridə bilər.

Problemləri həll etməkdə çətinlik çəkirsinizsə, mütəxəssisə müraciət edin.

bizimyol.biz

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər