Əgər siz də özündən tez-tez şübhə edənlərdənsinizsə, bu məqalə məhz elə sizin üçündür. Məsələn, siz işlədiyiniz yerə layiq olmadığınızı düşünə, kimsə sizi tərifləyəndə özünüzü xeyli narahat hiss edə bilərsiniz. Əslində bu təriflərə layiq olmadığınızı, heç kəs bundan xəbərdar olmasa da, özünüzün təcrübəsiz, istedadsız, uğursuz və ya savadsız biri olduğunuzu hesab edə bilərsiniz. Əgər bu suallara təsdiq cavabı verirsinizsə, deməli psixologiyada şəxsiyyət oğurluğu sindromu adlandırılan bir problemə yaxınsınız. Lakin siz tək deyilsiniz, insanların 70 faizi karyeralarının müəyyən nöqtələrində bu sindroma yoluxurlar.
Şəxsiyyət oğurluğu sindromuna yoluxan insanlar özlərini daima natamam hiss edir və bunun əksini göstərən hər hansı bir şey ilə qarşılaşdıqda özlərindən şübhə etməyə başlayırlar. Bu sindrom insanların özlərini sanki intellektual oğru kimi hiss etmələrinə səbəb olur. Onlar heç vaxt əldə etdikləri uğurları dərk etmir, hər bir bacarıqlarını gözardı edirlər.
Əgər belə bir problemlə siz də üz-üzəsinizsə, unutmayın ki, əldə etdiyiniz bütün uğurlar sizin bəxtinizin yaxşı olmasına görə deyil, sərf etdiyiniz əməyə görə sizin olub. Onların hər birinə layiqsiniz.
Bu sindroma yoluxan insanlar adətən uğurlu insanlar olur. Öz çevrələrində və ya yaş qrupunda olan digər insanlar onları kifayət qədər peşəkar və savadlı hesab edirlər. Şəxsiyyət oğurluğu sindromu yaşayan insanlar karyeralarında yüksək pillələrə qalxdıqca, ətrafda baş verən hadisələrlə maraqlanmağı tərgidir və bir nöqtədən sonra olduqları yerdə panikaya düşməyə başlayırlar. Özlərini saxtakar kimi hiss edir və çevrələrindəki insanların əslində bu uğura layiq olduğuna inandırma cəhdlərinə başlayır.
Bəs bu sindrom nədən qaynaqlanır?
Psixoloqlar digər bütün vərdişlərlə bağlı qəlibləşmiş düşüncələrdə olduğu kimi, şəxsiyyət oğurluğu sindromunun da ailə quruluşundan və uşaqlıqdan bəri yaşadıqlarımızla bağlı olduğunu iddia edir. Şəxsiyyət oğurluğu sindromuna gətirəcək səbəblər müxtəlifdir. Onlardan bir neçəsini sizə təqdim edirik:
- Layiq olmadığınız təriflər: Əgər valideynləriniz və digər ailə böyükləriniz sizə edilən təriflərə layiq olmadığınızı aşılayıbsa, problem məhz buradan qaynaqlana bilər. Daima başqa uşaqlarla müqayisə edilirək, onları sizi nümunə göstərmələri bir müddət sonra təriflər qarşısında özünüzü saxtakar kimi hiss etməyə gətirib çıxarır.
- Heç təriflənməmək: Etdiyiniz çox gözəl işlərin sonundan da ailənizdən heç bir tərif və təqdirə layiq görülməmisinizsə, tədricən bu sizin travmanıza çevrilə bilər. Özünüzü daima natamam hiss edəcək, şəxsinizə qarşı hörmət və sevginiz azalacaqdır. Əgər uşaq yaşlarında sizin bu ehtiyaclarınız ödənilməyibsə, özünüzə qarşı baxışınızda da natamamlıq olacaq.
- Daima arxa planda saxlanılmaq: Sizin liderliyinizi nümayiş etdirməyiniz üçün heç bir şərait yaradılmayıbsa, bu da vəziyyətin tədricən gərginləşməsinə səbəb ola bilir. Daima arxa planda tutulmaq, məsuliyyət altına girməyə qoyulmaması sizin özünüzə olan etibarınızı da sarsısa bilir.
Bununla necə mübarizə aparmalıyıq?
Şəxsiyyət oğurluğu sindromundan yaxa qurtarmağın yeganə yolu kökləri uşaqlığınıza qədər gedib çıxan bəzi inanclarınızı aradan qaldırmaqdadır. İllərdir sizinlə birgə olan bu inanclarınızdan xilas olmaq asan iş deyil. Bunun üçün növbəti tövsiyələrə nəzər salaq:
- Düzgün dəyərləndirmə aparın. Özünüz üçün çox böyük hədəflər qoyub, sonra natamamlıq hissinə qapılmaq vərdişinizdən xilas olun. Əldə etdiklərinizə fokuslanın və həmin şeyləri daha da böyütməyə çalışın.
- Tərifləri obyektiv şəkildə dəyərləndirməyi öyrənin. Deyilən hər hansı bir sözü mühakimə və ya təhlil etməyin, sadəcə qəbul edin.
- Özünüzü sübut etməyə çalışmayın. Uğurunuzu sübut etmək üçün sözlərə çox güc verməyin. Bu heç də yaxşı görünmür. Belə etdiyinizdə layiq olmadığınız bir uğurun qarşısında hiss etdiyiniz narahatçılığı gizətməyə çalışırsınız. Lakin tam əksini etmiş olursunuz. Bütün bunların əvəzinə, “Təşəkkür edirəm, sizin üçün yararlı olduğuna çox sevindim,” deyərək, qarşılıq verə bilərsiniz.
- Bəxtinizin gətirdiyini düşünməkdən əl çəkin. Belə edərək, çəkdiyiniz zəhmətləri heçə endirir, özünüzə qarşı böyük haqsızlıq edirsiniz. Ən çətin şərtlər altında da ağır bir iş və texniki yanaşma nəticəsində uğur qazanmaq mümklündür. Sizin əldə etdiyiniz bütün uğurlar da ağır zəhmətin nəticəsidir.
pahoo.az