İkinci hamiləlik nə zaman planlaşdırılmalıdır?

İkinci uşağın gəlişi bir çox ailədə problemlərə səbəb olur; qısqanclıqlar başlayır və ya böyük qardaş və bacıların davranışlarında dəyişikliklər olur, marağın yeni doğan körpəyə yönəlməsi ilə özlərini qıraqda qalmış hiss edərlər.

Psixoloqa görə heç bir ana-ata özlərini ikinci uşaq üçün əslində hazırlıqlı hiss etmir… İkinci uşaq doğulduğunda ilk uşağın onu qısqanmasıyla ya da böyüdüklərində bir-birləriylə dava-dalaşı ilə başa çıxa bilmirlər. Daxildə olan günahkarlıq duyğusu onlara birini digərindən qorumaları lazım olduğunu söyləyir. Çox zaman qardaş qısqanclığı ya da çəkişməsi ana ataların müdaxilə etməsi ya da tərəf tutmasıyla daha da alovlanır.

Məşhur uşaq həkimi Brazelton-a görə də əslində ana-atanın iki uşağı birdən eyni anda sevə biləcəyik mi?!, eyni anda diqqət göstərə biləcəyik mi?! narahatlığı, ananın ikinci uşağa hamiləliyi ilə başlayır. Ana hamiləykən birinci uşaq sorğulamağa və mənfi reaksiyalar verməyə başladığında isə ana-ata panikaya düşür. Təbii ki ilk uşaqla başlayan o həyəcan və sevgi macərası, ikinci uşağın gəlməsiylə pozulur. Sevgi artıq bərabər dərəcədə paylanmalı olduğu üçün biz bunu necə edəcəyik qayğısı başlayır.

Yaxşı idarə etmək lazımdır

İlk uşaq üçün yeni gələcək bir körpəni öz həyatına salmaq olduqca çətindir. İndiyə qədər onun varlığıyla xoşbəxt olan ana atası indi bir başqasının gəlişiylə xoşbəxt olacaq. Uşaqlar böyüdükcə də döyüşürlər, ad taxmalar, lağ etmələr, itələmələr və hətta vurmalar, çimdikləmələr başlayar. Bunu etmələrinin səbəbi də ümumiyyətlə ana atanın diqqətini çəkmək üçündür. Bunların olması olduqca normaldır, əhəmiyyətli olan ana atanın bu vəziyyəti yaxşı idarə edə bilməsidir. Uşaqlar etdiklərinin qısqanclıqdan olduğunu anlamazlar hətta çox vaxt qardaşlarını çox sevdiklərini söyləyib bunları etməyə davam edərlər hətta ana- ata da “qardaşını çox sevir amma yenə də belə davranır” deyə dilə gətirər. Bu davranışlar diqqət çəkmək adına pis davranma ya da yaş qrupundan daha kiçik davranma davranışı şəklində görünə bilər, məsələn əmzik istəyə bilərlər ya da tualet anlayışına malik olsa da altına qaçıra bilər.

Ana atalar ümumiyyətlə böyük uşaq bu şəkildə davrandığında dərhal əsəbiləşib “o sənin qardaşın, ona vurma” deyərək əsəbiləşər ancaq 6-7 yaşında bir uşaq qardaşını itələdiyində ya da çimdikləyəndə nə qədər ağrıtdığını fərq etməyib onun yerinə özünü qoymaya bilər, çünki onun məqsədi o anda yalnız diqqət çəkməkdir.

Ana atalar nələr edə bilər?

İlk uşağınıza təkrar hamilə olduğunuz andan etibarən söyləyin. Qarnınızda bir zamanlar onunda olduğu yerdə bir başqa körpə olduğunu ancaq bu an çox kiçik olduğunu və qarınınızın getdikcə böyüyəcəyini, körpənin də böyüyəcəyini və bir gün onu qucağınıza aldığınız kimi digər körpəni də qucağınıza götürəcəyinizi izah edin. Uşağınıza yeni bir qardaşın gəlməsiylə əlaqədar hekayələr də oxuya bilərsiniz, bu da olduqca faydalıdır.

Qarınınız böyüdükcə onun qarınınıza toxunmasına və təpikləri hiss etməsinə icazə verə bilərsiniz. Körpə doğulacağı zaman xəstəxanaya gedəcəyinizi, bəlkə bir neçə gün orada qalacağınızı, o müddətdə onunla kimin maraqlanacağını və hətta bəlkə xəstəxanadan buraxılacağı gün xəstəxanada onu ziyarətə gələ biləcəyini və birlikdə qardaşıyla evə dönə biləcəklərini izah edə bilərsiniz, çünki bir anda getməniz uşağınızın narahat olmasına səbəb ola bilər. Körpə doğulduğunda da onu nə qədər sevdiyinizi qardaşı olsa da onu sevmənizin heç bir zaman dəyişməyəcəyini davamlı xatırladın və körpənin baxımında ondan kömək istəyin. Əmziyi gətirmək, ədyalını sərmək, qucağınızda saxlayarkən onun da bir müddət tutmasına icazə verməklə qardaşının baxımında kömək istəmənizə görə xoşbəxt olacaq.

xanim.net

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər