Yeməkdən sonra gələn yuxu…

Yemək sonrasında bəzi insanlar özünü yorğun hiss edir və yatmaq istəyir. Yuxunun yaranma səbəblərindən biri çoxlu qidalanmadır.
Türkiyəli mütəxəssisin sözlərinə görə bu proses həzm prosesi ilə əlaqəlidir. Belə ki, həzm metobalizmi yemək yedikdən sonra həzm üçün bol miqdarda enerjiyə ehtiyac duyur. Başqa sözlə nə qədər çoxlu qida qəbul edilərsə bir o qədər enerjiyə ehtiyac yaranır. Xərclənən enerji sonrasında yaranan yorğunluq yuxulamalara səbəb olur.Bu baxımdan qida qəbulunda böyük boşqabları kiçiltmək, başqa sözlə düzgün qidalanmaq lazımdır. Çünki, yemək sonrası qan şəkərində görülən artımın sürəti və miqdarı yeyilən qidalara görə dəyişik olur. Az qidalanmaq həmin prosesə kömək edərək yemək sonrası yorğunluğu və yuxu gəlməsini azaldır.
Karbohidratlı qidalar da yuxu yaradır. Bu cür qidalanmadan sonra qanda şəkər artır. Qanda olan şəkərin bütün hüceyrələrə girməsi «pankreas» adlı vəzidən ifraz olunur. İnsulin daha sonra triptofan aminoazidi çıxarmağa kömək edir. Triptofan, serotonin hormonunun istehsalında aktivdir. Serotonin hormonu da yuxudan məsul olan hormondur. Çox karbohidratlı qidalar istifadə etdikdə serotonin istehsalı artır və buda yuxulamalara səbəb olur.

İnsulin miqdarını artırmaq da bu prosesə yaxşı təsir edir. Çünki, insulinin təsiri ilə triptofan salınır. Nə qədər karbonhidrat ağırlıqlı qidalansanız qan şəkəri o qədər sürətli olaraq yüksələr. Ani insulin yüksəlməsi eyni zamanda daha tez acımağımızı təmin edir. Bu da heç istəmədiyimiz başqa təsirlərə səbəb olur. Bu baxımdan qidalanmaya diqqət göstərmək vacibdir.

Yemək yedikdən sonra yuxunuzun gəlməsini istəmirsinizsə bol karbohidratlı qidaların yerinə tərəvəz, çərəz, balıq və toyuq kimi qan şəkərinə təsir etməyən qidalar qəbul edə bilərsiniz. Çünki, düzgün qidalanmaq insanı həm ac olmaqdan, həm də yemək sonrası yaranan yuxulamalardan qoruyur.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər