Qadın pula çatanda

Indiki cəmiyyətimizdə əsrlər boyu mövcud olan vəziyyətdən tamamilə fərqli bir konsepsiya formalaşıb. Qadınlar bir çox sahələrdə çalışır, yaxşı pul qazanırlar. Bəzi ailələrdə ailə büdcəsinin əsasını qadınların gəliri təşkil edir. Belə vəziyyət əksər kişilərdə bir sıra psixoloji xarakterli problemlərin yaranmasına səbəb olur. Onu da qeyd edək ki, qadınlar da heç də ürək açan vəziyyətdə olmur. Çünki onun öhdəsində olan ev işlərinin üstünə digər məsuliyyətli iş gəlir. Maraqlı bir tendesiya müşahidə olunur. Qadın nisbətən çox qazandıqca, həyat yoldaşı yüksək maaşlı iş axtarışında əvvəlki həvəsi göstərmir. Bütün bunlarda təbii ki, ailə münasibətlərinə heç də yaxşı təsir etmir. Qadının qazancı üstünlük təşkil edən ailələrdə kişilərin əksəriyyətində özünüqiymətləndirmə səviyyəsi enir. Eyni zamanda kişilər bu vəziyyəti psixoloji cəhətdən qəbul edə bilmirlər. Və bu da kişilərin davranış tərzinə müəyyən təsir göstərir. Onlar belə situasiyada özlərini narahat hiss edirlər. Müxtəlif komplekslər yaranır. Və bu da ailədə normal münasibətlərə mənfi təsir göstərir. Qadın da ikili vəziyyətə düşür. Çünki ailə başçısı rolu qadına xas deyil, lakin yaranmış səbəblər üzündən onun üzərinə düşür. 35 yaş və daha yuxarı yaşda olan qadınlar artıq buna köklənirlər. Amma bir qədər gənc yaşda olan qadınlar bu yükü üzərilərinə götürsələr də uzun müddətli olmur. Ailə stereotiplərinin dəyişməsi cütlüyün intim münasibətlərinə də təsir göstərir. Kişi özünü sıxılmış hiss edərək cinsi əlaqələrdən də çəkinir. Qadında isə həyat yoldaşı ilə münasibətdə psixoloji çətinliklər yaranır. Əgər qadın ailədə bütün maliyyə məsələlərinə rəhbərlik edirsə, onda o özünü sevgili yox ailənin anası hiss edir. Çox yaxşı olardı ki, ərlərindən daha çox qazanan qadınlar, heç bir şəraitdə öz üstünlüklərini üzə vurmasınlar (Kişiyə minnət qoymaq, bunu hər gün vurğulamaq). Belə davranış təbii ki, mənfi reaksiya doğuracaq və ailədə problemi dərinləşdirəcək.

Həyat yoldaşınızın sizin üçün nə qədər önəmli olduğunu vurğulayın.Onun köməyinə, dəstəyinə hər zaman ehtiyac olduğunu bildirin. Qazancınızı ümumi ailə gəliri kimi yığın. Ailə üçün ev üçün nə isə əldə etmək qərarı verəndə mütləq məsləhətləşmək lazımdır. Ailədə münasibətləri daha etibarlı etmək üçün maaşınızın məbləğini gizlətmək lazım deyil. Yoldaşınızı günahlandırmayın, təziq göstəməyin. Bu yalnız mübahisələrə gətirib çıxaracaq. Amma həyat yoldaşınız bütün bunlara baxmayaraq yenə kobud diqqətsiz olursa – artıq düşünmək zamanı gəlir….. Hər halda qadın özü qərar verir.Bəzi işləyən yaxşı qazanan qadınları belə yaranmış vəziyyət qane edir.

Amma unutmayaq ailə müqəddəsdir.”Evlilik zənciri elə ağırdır ki, onun yükünü ikilikdə daşımaq lazım gəlir”. Ancaq qarşılıqlı məhəbbət və qarşılıqlı hörmət ailə həyatındakı anlaşılmazlıqları aradan qaldıra bilər.

Aygün Ağabalayeva

Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər