Pozitiv olmaq öz əlinizdədir

Pozitiv psixoterapiyanın önəmli bir xüsusəyyəti budur ki, məşqlərlə özün-özünə daha müsbət yönümdə düşünməyi adət etdirə bilərsən. “Öz-özünə kömək et” prinsipi xəstəyə paylaşımcıl, dərdini başqası ilə bölüşməyi öyrədir. O məcbur deyil ki, dərdi ilə təkbaşına mübarizə aparsın. Bu bir növ psixoloji dəstək üsuludur və müsbət psixoterapiyanın bir növüdür.

Tibbin xəstələrə verdiyi arıqlama məşqləri, qidalanma cədvəli, pəhriz proqramı və bunlara əməl etmək bir növ özü-özünə kömək növüdür. Necə ki, bir xəstə həkimin yönləndirməsi ilə təsirli bir şəkildə düzəldəcək şeyləri etməyi öyrənirsə, eyni şəkildə təhsildə, işdə evdə, ailədə yaranan problemlərə “Öz-özünə kömək et”-lə mübarizə apara bilər.

Biz valideyinlər və tərbiyəçilər, öyrətmək üsullarımızın nəticəsinə baxanda görürük ki, “Öz-özünə kömək et” prinsipi uşaq yaşından tətbiq olunmağa başlayanda daha yaxşı təsir edir. Uşaqda narahatlığa yol açan şeylər adətən böyük hadisələr deyil. Bunlar daha çox fərdi mübahisələrdə nəzərə çarpan, xüsusilə də xarakter cizgilərini təkminləşdirən kiçik hissi yaralanmalardır. Bir ananın uşağını elə hey sən çox səliqəsizsən- deyə danlaması nə özünə, nə də uşağına bir xeyir verməz. Bunun əvəzinə ana uşağın səliqə-səhman anlayışını inkişaf etdirməlidir. Ana başa düşməlidir ki, təmizlik vərdişləri haqqında hər kəsin fərqli düşüncələri var.

Başqa bir misal: sadəcə və sadəcə bir işi həll edib əhəmiyyətli olduğunu fikirləşən bir adam, özünə yerinə yetirə bilməyəcəyi bir iş tapşırılanda ani olaraq ağır bir məğlubiyyətin içində olduğunu düşünəcəkdir. Bu birbaşa tərbiyələndirmə mərhələsində yol verdiyimiz səhvlərlə əlaqədərdi. Maşın serməklə uşaq tərbiyə etməyi müqaisə edək:

Mütləq hər biriniz uşaq böyütməyin maşın sürməyi öyrənməkdən daha çətin olduğunu deyəcəksiniz. Maşın sürmək üçün bir sürücülük kursuna yazılmaq, qaydaları öyrənmək, və əlbəttə bir imtahandan keçmək lazımdır.

Fəqət uşaq böyütmək üçün sadəcə uşaq sahibi olmaq kifayyətdir. Sanki sonrası öz-özlüyündən gəlir. Müxtəlif vaxtlar bəzi ata və anaların uşaq tərbiyə etmələri sürücülük vəsiqəsi olmadan gözüyumlu şəkildə tıxaca girməsinə bənzəyir.

Psixoloqlar qeyd edirlər ki, bəzi valideynlərdə belə bir səhv yanaşma var, əgər bir uşağın hərarəti, qarın ağrısı, baş ağrısı, ürək rahatsızlığı varsa, onu diqqətlə müalicə edə bilərik. Lakin uşaq bizim fikrimizcə tərbiyəsiz, yaxud da “qəribə” davranırsa, qısa zamanda səbrimiz daşar və neqativ bir hərəkət büruzə vermiş olarıq. Çox zaman o uşağın hərəkətlərinin bir xəstəliyin əlaməti olduğunu başa düşmürük.

Bütün xəstəliklərin 70-80%-i psixoloji problemlərdən yaranır. Bunlardan çox az hissə psixoloq dəstəyi alır. Öz-özünə kömək etmək bacarığı öyrətmək xəstələrə hələ xəstələnməmişdən qabaq mübarizə aparmağın yolların öyrədir. Yaxşı bəs nə üçün müalicədən istədiyimiz nəticəni ala bilmirik

Çünki adamlar yox, əlamətlər müalicə olunur.

Çünki çatışmazlıqların daxili ilə yox, xarici ilə maraqlanılır.

Çünki müalicə olunanlar öz aralarında fərqli “dillə” danışırlar.

Çünki müalicə olunan və həkim fərqli “dillərdə” danışırlar.

Bu problemləri həll etmək üçün nə etmək olar?

Psixoterapiya genişlənməlidir və sirli bir elm imiş kimi münasibət tərgidilməlidir.

“Öz-özünə kömək et” prinsipi təkminləşməli və həyata keçməlidir.

Bütün bu yazılanları qısa formada ifadə etsək, pozitiv terapiya insanın “öz-özünə kömək et” prinsipinə inanır. Bunun uşaq tərbiyəsi və böyüdüb başa çatdırılması zamanı lazımlı olduğunu düşünür. Sadəcə psixoloji narahatlıqların deyil, digər xəstəliklərin müalicəsində də istifadə oluna bilər. Çünki sağlam insan problemsiz insan yox, problemi ortaya çıxanda onunla mübarizə aparmağı bilən bir insandır.

noteaz.com

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər