Çay süfrəsi üçün asan peçenyenin hazırlanması

Tərkibi:

500 q şirin çöp
100 q kərə yağı
500 q “Korovka” konfeti
Şirin çöpləri perqamentin üzərinə yanaşı düzün.
Su hamamında kərə yağını və “Korovka” konfetlərini əridin (asan olsun deyə konfetləri iki bölün). Qarışdırın, eynicinsli kütlə alınmalıdır.
Çöplərin üzərinə tökün.
Qaşıqla kənarlarınadək yayın.
Kağızın köməyilə rulet kimi bükün.
Kağıza, sonra da qida plyonkasına büküb soyuducuya qoyun.
Donandan sonra fal-fal doğrayın.
Tünd olmasını və daha gözəl görünməsini istəyirsinizə, konfetləri əridərkən kakao əlavə edin.
Nuş olsun!

Leave a comment

Your email address will not be published. Required fields are marked *