Qorxu nədir? Fobiya nədir? Fobik kimdir?

Qorxu hissi hər birimizə yaxşı tanışdır. Yenicə doğulmuş körpənin təhlükəylə bağlı keçirdiyi ilk hiss qorxudur. Hər bir canlı varlığını təhdid edən və ya təhdid riski daşıyan varlıq və ya hadisə qarşısında bu hissi keçirir. Qorxu başqa hisslər kimi idarəedici və siqnalverici funksiya daşıyır. Sevinc hissi kimi qorxu hissi də insana lazımdır. Qorxu bəzən insanı ağılsız və məsuliyyətsiz hərəkətlərdən saxlayır. Ancaq qorxu müəyyən bir dozada olmalıdır. Qorxu hissinin davamlı olması və kəskinləşməsi işlərin yolunda getmədiyini göstərir. Qorxu bir təhlükə və ya təhdid anında hiss edilən bir gərilim, bu vəziyyətdən qaçma, yaxud da mübarizə aparma ilə əlaqəli, ürək döyüntüsü, əzələlərdə gərginlik və s. hisslərlə özünü biruzə verən bir həyəcan halıdır. Qorxu insanın gündəlik həyatında rahatlığını əlindən alırsa, bir özəllik qazanır. Qorxunun dayanıqlı şəkildə yaranması artıq Fobiyadır.
Fobiya sözünün kök anlamı “phobos”-latınca “dəhşət” deməkdir. Yunan mifalogiyasında “phobos” “dəhşət tanrısı” anlamındadır.
Fobiya müxtəlif vegetativ hallarla müşayiət olunan, geniş yayılmış əsəb pozuntusudur. Uzun müddət davam edərsə nevrozlara səbəb ola bilər. Fobiyası olan insanlara fobik deyilir. Fobiyalar müxtəlif yaş dövrlərində özünü göstərə bilər. Hələ körpə uşaqların qəfil səslərdən diksinməsi, kiçik yaşlı uşaqlarda ən çox görülən qaranlıq qorxusu buna misaldır. Kiçik yaşlı uşaqların qaranlıqla qorxudulması, qaranlıqda qorxulu varlıqların olmasına inandırılması onlarda dayanıqlı qorxuların yaranmasına səbəb olur. Ümumiyyətlə mütəxəssislərin fikrincə, fobiyaların yaranmasına əsas səbəb insanların uşaqlıqda keçirdikləri qorxu, sarsıntı kimi hisslər ola bilər.
Hər insana fobik demək olarmı?

Sosial fobiyanı ortaya çıxaran səbəblər:Fobik insan özündə qorxu yaradan obyektlə qarşılaşdığında ürək döyüntüsü, gücsüzlük, nəfəs darlığı, ağız boşluğunda quruma, titrəmə, əl-ayaq keyiməsi hiss edir. Bu bəzən ürəkkeçmə ilə müşahidə olunur. Fobiyalar qadınlarda kişilərə nisbətən üstünlük təşkil edir. Çox zaman fobiyaların bir pozuntu yox, sadəcə insanın xarakterik xüsusiyyəti kimi anlaşılması fobiklərin mütəxəssisə müraciət etməsinin qarşısını alir. Elə bu səbəbdəndir ki, fobiklərin sayı tam müəyyən deyil. Ancaq elmi araşdırmalar 20-30% -dən aşağı olduğunu göstərir. Psixoloqlar fobiyaları bəsit və qarışıq olmaqla iki yerə ayirirlar.
BƏSİT FOBİYALAR -tam bəlli olan obyektdən qorxmadır.İlandan qorxma,yüksəklikdən qorxma və s.
QARIŞIQ FOBİYALAR-çox tərəflidir. İnsanlar arasında,yad adamlarla ünsiyyət zamanı və s. Qarışıq fobiyalardan ən geniş yayılanı sosial fobiyadır.
SOSİAL FOBİYA
Sosial fobiya insanın başqaları ilə münasibətlər zamanı alçalacağı, utanacağı ilə bağlı davranış qorxusudur. Bu tip insan başqaları ilə münasibətləri zamanı etməli olduqları hərəkətlərdən çəkinirlər və bacardıqca bu vəziyyətə düşməkdən qaçırlar. Ümumi yerlərdə yemək yeməkdən, telefonla danışmaqdan, fikirlərini bildirməkdən qorxurlar. Ən böyük çətinliklər başqalarının qarşısında danışmaq, görüşlərdə iştirak etməkdir. Bu insanlar qarşı tərəfin onların keçirdiyi hissi anlayacağından qorxurlar. Sosial fobiya insanın həm şəxsi,həm də iş həyatında böyük çətinliklər yaradır. Sosial fobiyanın təməlində “Başqası nə deyər?” sualı durur. Başqaları tərəfindən günahlandırılmaq qorxusu həyatı iflic halına salır. Hər on nəfərdən birində həyatın müxtəlif dövrlərində sosial fobiyaya rast gəlmək mümkündür. Bu vəziyyət şəxsiyyət xüsusiyyəti kimi qiymətləndirilir. Amma şəxsə böyük narahatlıq gətirirsə mütəxəssisə müraciət etmək lazımdır.
Sosial fobiyanın əlamətləri:

  • Üz qızarması
  • Ürək döyünməsi
  • Əzələlərdə gərginlik
  • Əl titrəməsi
  • Sinədə sıxıntı hissi
  • Həddən artıq tərləmə
  • Mədədə rahatsızlıq hissi
  • Baş ağrısı
  • Əks cinslə dialoqda olmaq;
  • Bir an üçün diqqət mərkəzində olmaq;
  • Bir iş görərkən başqaları tərəfindən izlənmək;
  • Qonaq qarşılamaq;
  • Kiməsə zəng etmək;
  • Tanımadığı insanla tanış olmaq;
  • Çoxluq içində yemək yemək;
  • İnsanlar qarşısında çıxış etmək;

Beləliklə, gerçəkdə qorxu yaratmayacaq obyektə qarşı qorxunun yaranması insanın yaşamında böyük çətinliklər yaradır. Əsas çətinlik insanın qorxunudan qaçmasıdır. Vacıb olan qorxunun üzərinə getməkdir. Vaxtında mütəxəssisə müraciət etmək lazımdır. Fobiyanın müalicəsində dərman və psixoterapiyadan istifadə olunur. Dərmanlar sakitləşdirici və antidepressant təsirli dərmanlar ola bilər. Müalicə zamanı psixoterapevt həmin şəxsin qorxu ilə üzləşməsinə şərait yaratmalıdır. Şəxsin qorxu yaradan obyekt üzərinə getməsi, həmin an nələr yaşadığı, onunla necə başa çıxa biləcəyi istənilir.

Hazırladı: Psixoloq Rübabə

fitret.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər