Susmaq insanın xəstə olmasına səbəb ola bilərmi?

İnsanlar var ki, dinib-danışmağı məğlubiyyət , susmağısa qələbə sayıblar… Sizcə, hər susqunluq qələb ola bilərmi və yaxud əksinə, danışmamaq yerinə dil-dil ötmək caizmi? Bəlkə eyni şeyi qarşı tərəf də sizə etdi, onda qalib kim sayılacaq? Əlbəttə, suala birbaşa cavab vermək çətindir. Çünki baxır nə məsələdir: susub da qalib olmaq olar, danışıb da. Susub da məğlub olmaq olar, dillənib də. Hər iki tərəf sususrsa, məsuliyyəti də, uğuru da bölüşürlər. Məsələn, 1 qız bir oğlan bir-birini gizli sevirlər. Özlərindən başqa kimsə bilmir. İndi bu qızı başqası da istəsə, elçi gəlsə, valideynlər dağdan ağır elçini hörmətsiz yola salmazsa ( ailə də yaxşıdır, oğul da yaxşıdır, qız vermək olar), onda belə susqunluq ikisinə də peşmaçılıq gətirməyəcəkmi? Mən bir ailə tanıyırdım. Sevən qızla oğlan ailəsi arasında ədavət vardı, qəribədir, uşaqları isə sevişirdilər. Qız bunu bir yol tapıb anasına deyir, anası da atasına. Qohum-qardaş məşvərət edib tələm-tələsik elə öz qohumlarından digər bir oğlan üçün elçi göndərib qızı nişanlayırlar. Ona görə də müdriklər “məclisdə qızıldan da artıq söz söyləməsən sus” deyirlər. Çünki “yaman dil sahibinə bəla gətirər”. Həyati müşahidələrə istinad edib fikirlərimizi bir qədər də genişləndirək. Həyatı acınaqlı, göz yaşları ilə keçən birisi dərd-xiffət çəkməkdən daim geri gedir. Belə insan haqqında deyirlər ki, dərdləri çoxdur, susur, hamısını işəri salır, ürəyinə yük edir. Ona görə bu haldadır. Bəs bir insanın qarşılaşdığı ağrıları içinə atma səbəbləri nədir? Başına gələnləri qəlbinin dərinliklərində basdırmaqla , yəni susmaqla o, nə qazanacaq? Lap ola bilir ki, kimsə heç nə deməyib, sadəcə, adam özü duyğularını dilə gətirmir, susmağı üstün tutur. Niyə ? Bəs belədə qəlbinin dərinliklərində basdırdığı hiss və duyğular davam etdikcə dəyişikliyə məruz qalmır ki, xarab olmur ki? Bəzi adamlar hislərini ifadə edə bilir. Bəzən qışqırıb, hay-küy salıb, göz yaşlarını axıdıb sakitləşə bilir. Amma bəziləri də var ki, bunu heç bacarmır. Onlar ancaq hər zaman susmaq yolunu tuturlar.
Qarşılaşdığımız mənfi hadisələr, yaşadığımız problemlər və ya haqsızlıqlar beləcə içimizə yol tapır və gün gəlir bunlar fiziki xəstəliyin ortaya çıxmaslna səbəb olur. Belə adamlar ya adamlardan qaçır, ya da əsəbi olurlar. Susmaq insanın xəstə olmasına səbəb ola bilərmi? İnsanın ürəyinə saldığı hər şeyi dözərək saxlaması getdikcə onun laybalay olmasına gətirib çıxarır . Beləliklə də, dərdi içinə yığan, susan adam irəlidə daha ağır ziyanlarla qarşılaşır. İnsan ürəyini, başını məcbur edir ki, bir azca da döz… Sonra da bu olur ki, psixologiyası, daha bir çox keyfiyyətləri atrofiyaya uğrayır. Ata-babalarımız əbəs yerə “divarı nəm, insanı qəm yuyar” deməmişlər ki. Belələri daha çox duyğu, düşüncə və istəklərini rahatlıqla qarşı tərəfə söyləyə bilmir, həmişə nədənsə, kimdənsə çəkinir, qorxur. Bəziləri də var ki, heç ağlamağı da bacarmır ki, bu vəziyyədə ağlayıb sakitləşsin, dərdi, problemi içəri atmasın. Bəli, ” hər dərdi içinizə atmayın” demək asan, fəqət, bunu hərəkətə keçirə bilmək özü asan deyil. Belə vəziyyətlərdə güman Allahın verdiyi duyğu və ağıldır , səbirdir. Onlardan balanslı istifadə edə bilsək, problem, sıxıntı, açı labirint və dolanbaclardan baş aça bilərik: onları içimizə atıb gizlətməkdənsə, çölə çıxardıb çözüm yollarını tapa bilərik, başqalarının köməyini ala bilərik. Qaçmaq yerinə qovmaq, arxa çevirmək yerinə üz çevirmək, almaq yerinə vermək, gözləmək yerinə getmək, sevilmək yerinə sevmək, qırmaq yerinə təmir etmək, üzmək yerinə sevindirmək, mürəkkəbləşdirmək yerinə asanlaşdırmaq bax, bunlar susmaqdan xilas edə bilər bizi… Elə sabahdan başladıqmı?

anaveusaq.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər