RORŞAX TESTİ.

Daniel Kiz’ Elernon üçün güllər’ kitabinin baş qəhrəmani Çarli əqli cəhədən geri olan şəxsdi.Ailəsinin icazəsi ilə onun beynində əməliyyat keçirilir.Əməliyyatdan öncə,əməliyytdan sonra, eləcədə Çarli əqli cəhətdən inkişaf etdikcə onun müalicəsi ilə məşqul olan psixiatr ondan Rorşax testini etmesini istəyirdi.İlk başdan Çarli onun qarşisina qoyulmuş vərəqdə yalnız ləkə gördüyünü desədə hər ötən gün onun gördükləri dəyişirdi.Əqli inkişafinin ən yüksək zirvəsində olan Çarli bu testdən imtina edir. Bu test məndə maraq yaratdiqi üçün kiçik axtariş apardim. Şəxsiyyətin öyrənilməsi metodlarindan biri olan Rorşax testi 1921-ci ildə G.Rorşax tərəfindən yaradilib.İnsan şəxsiyyətinin öyrənilməsində ən çox istifadə olunan metodur.Tədqiq olunan şəxsdən tələb olunan yalniz qarşisindaki şəkildə nə gördüyünü deməsidi. Müəllifin ölümündən sonar test öz inkişafini ABŞ- da tapmişdir.30-cu illərin əvvəllərində bu testə maraq xüsusilə artmisdir.Bir neçə variantı yaradilmişdir.Lakin 70-ci illərdə ABŞ məktəblərində testdən istifadə dayandirilmişdir. Testin əsasi bundan ibarətdir; Verilmiş 10 fərqli şəkillərdə nəyi görürük.Əgər pasient şəkli bütünlükə nəyə isə bənzədirsə demək o fikrini bütünlüklə bir yerə toplaya bilir,əgər şəklin hər hansi detalina üstünlük verirsə ,deməli o xirdaliqlara varan şəxsdir.Əgər az adamin fikir verdiyi detallari qabardirsa demək o qeyri-adiliklərə meyillidir və dəqiq müşahidə qabiliyyətinə malikdir. Test sakit sessiz yerdə keçirilməlidir.Otaqda pasient ve eksperimentatordan başqa heç kim olmamalidir.Əgər üçüncü adamin olmasi vacibdirsə pasiendən icazə alinmalidir. Əvvəlcədən nəzarət etmək lazimdir ki, eksperimenti böləcək heç nə olmasin. Əgər pasient eynəkdən istifadə edirsə eynəyinin onun yaninda olmasina fikir vermək lazimdir. Eksperimentator pasientlə üzbə-üz yaxud onun yaninda oturur ki,özüdə vərəqi asandliqla görə bilsin.Vərəq pasientin sol tərəfdə qoyulur ,onun test haqqinda məlumati olub olmamasi öyrənilir.Həmçinin şəxsin psixi və fiziki sağlamliği haqqinda məlumatda olmalidir.Şəkillər haqqinda məlumat verilmir.Əgər pasient bu testi onun intellektini öyrənmək üçün keçirildiyini soruşursa etiraz etmək lazimdir.Lakin bildirmək olar ki,fantaziyalarini öyrənməyə çalişirlar. Testin keçirilməsində dörd mərhələ vardir; 1.Şəxs qarşidaki şəkildə gördüyünün nə olduğunu deməkdə çətinlik çəkirsə ona bildirmək lazimdir ki, konkret cavab yoxdur ona görə də istənilən cavab qəbul olunur.Bəzi mütəxxəsislər şəkili çevirəyə icazə vermir,lakin pasient vərəqi çevirmək istəyirsə ona mane olmaq duzgün deyil.Heç bir kömək edici söz deyilməməlidir.Yalniz ‘bəli ‘,’ əla’,’ görürsüz sizdə necə gözəl alinir’kimi cümlələrdən istifadə etmək olar.Əgər birinci şəkildə pasient heçnə görmürsə digərinə keçmək olar. Bütün cavablar protakola qeyd olunur. 2.Suallar harda? necə? niyə? şəklində olanlardir.Əgər şəxs’ gözəl kəpənək’ gördüyünü deyirsə eksperimentator niyə gözəl? o nə edir?kimi suallar verə bilər.Pasient gördüyünü söz ilə deməkdə çətinlik çəkirsə ona vərəq və qələm verərək gördüyünü çəkməsini istəyə bilərsiz. 3.Pasient rəng yaxud hərəkətləri dəyişmək isdəyirsə ona icazə verilir. 4.Bu mərhəhə aşağidakilari öyrənir; a)pasient detallari gördükdən sonra onlari bütov şəkil kimi görə bilirmi? b) o insan obrazlarini görə bilirmi yaxud onlara hərəkət verə bilirmi? c)reng yaxud məhşur obraz ayira bilirmi. Aparilmiş müşahidələr əsasinda müəyyən edilmişdir ki,birinci şəkil əsasinda ən çox verilən cavablar aşağidakilardir. Tülki və pişiyin üzü- 85% testdə iştirak edən insanlar məhz bu cavabi verirlər. Siz saglam insansiniz deməkdir. Kəpənək-Əsasən 20 yaşina qədər gənclər görür.Depressiyaya işarədi. Yarasa-Aqressiya ve qəzəbi daha üstün olan adamlar tərəfindən görülür. Ayi, pələng, canavar xəzi görmək-Bu adamlar güclü psixalogiyaya malikdir. Fontanin sağ və solunda iki ayi görmək-Çox az adamlar tərəfindən görünür.Şizofreniya əlamətləri olan adamlarda daha çox rast gəlinir. Qeyd edim ki,bu test dəqiq diaqnoz müəyyən etmir. Əgər siz fontanin sağ və solunda iki ayi görürsünüzsə bu sizin şizofren olduğunuz anlamina gəlmir. O ki,qaldi Çarliyə əsər boyu onun yüksək İQ-sunun qalmasini cox istərdim,lakin bilirdim ki, bu belə olmayacaq. Lakin Çarli çox inanirdi ki, onun üzərində aparilmiş bu əməliyyat əqli cəhətdən geri qalan hər bir şəxsə gələcəkdə kömək edecək.

Turanə Rzayeva. Bakı Qızlar Universiteti. Təhildə sosial-psixoloji xidmət. IV kurs

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər