Yuxuda ölüm riski- xoruldamaq…

Xoruldamanın əsas səbəbi nəfəs yollarında olan darlıqdır. Bu xəstənin nəfəsalmasının çətinləşməsinə və xüsusən, yuxu zamanı meydana çıxan xoruldamaya səbəb olur. Xoruldama insanın yuxuda kifayət qədər istirahət etməsinə mane olur. Bu səbəbdən də xoruldayan insanlar gündüz yorgun olurlar. Bəzən yuxu zamanı qisa müddətdə nəfəsin dayanması da baş verə bilər. Belə xəstələr mütləq həkimə müraciət etməlidirlər. Xoruldama həm də sosial bir problemdir. O ailənin digər üzvlərin həyatına və istirahətinə müdaxilə edir. Xoruldama insanın ailədə və digər mühitlərdə nüfuzuna və psixologiyasına ciddi təsir edən bir problemdir. Lakin bütün hallarda xoruldama ən çox xoruldayan insanın özünə zərər vurur. Xoruldayan insanlar aşağıdakı məsləhətlərdən isfadə edə bilərlər:

  • Yatağınızın baş tərəfini digərlərinə nisbətən daha hündür edin
  • Yatmazdan 4-5 saat əvvəl spritli içki qəbul etməyin
  • İdmanla daha çox məşğul olun
  • Yatmazdan bir neçə saat əvvəl ağır qida qəbul etməyin
  • Evdə xoruldamayan insanların sizdən daha əvvəl yuxuya getməklərini gözləyin

Bu məsləhətlərin kömək etmədiyi hallarda mütəxəssisə müraciət etmək lazımdır. Xoruldama müalicə edilə bilən xəstəlikdir! Xoruldama ölümə də səbəb olur… Həkim Tomrida Əhmədlinin sözlərinə görə, xoruldayan insanların özləri də bundan əziyyət çəkirlər. Ümumiyyətlə, xoruldayan insanlar hər zaman yüksək təzyiqin olmasından şikayətlənirlər. Xoruldama nəfəs kəsilməsi xəstəliyi ilə nəticələnə bilər. Həkim bildirir ki, xoruldamanın bir çox tipləri müalicə edilə bilər. Belə ki, xorultu çox zaman çəkisi artıq olan insanlarda müşahidə edildiyi üçün ilk növbədə çəkini azaltmaq məsləhət görülür. “Normal nəfəs almaq üçün ilk növbədə idmanla məşğul olmaq lazımdır. Yuxu dərmanı, sakitləşdirici dərmanlar yatmamışdan öncə qəbul edilməməlidir. Yatmamışdan 4 saat əvvəl spirtli içki, 3 saat əvvəl isə ağır yeməklər yeyilməməlidir. Həddindən artıq yorğunluq da xoruldamağa səbəb olur”. Xoruldamağın müvəqqəti olaraq qarşısını almaq üçün yan böyrü üstə yatmaq məsləhət görülür. Xoruldayan insanların yatağının baş hissəsi 10 sm yuxarı olarsa, xoruldama az olar. Amma elə insanlar var ki, sadalananlar onlara heç bir təsir göstərmir. Belə insanların həkimə müraciət etmələri vacibdir. Çünki xoruldama önəmli xəstəliklərin xəbərçisi ola bilər. Uşaqlardakı xoruldama əsasən badamcıq və boğaz əti əlaməti ola bilər. Bütün xoruldamalar hava yolundakı daralmanın göstəricisidir. “Əgər daralma çox ciddidirsə, hava yolu tamamilə bağlana bilər. Bu da yuxuda tənəffüsün dayanması ilə nəticələnər”. Həmsöhbətimin dediyinə görə, hava yolu daralması müxtəlif səbəblərdən baş verir. Belə ki, kilo artımı bütün toxumalarda yağ yığılmasına səbəb olur. Buna ağız və boğazdakı toxumalar da daxildir. Nəfəs borusu və ətrafındakı yumşaq toxumalarda da daralma olacağı üçün xoruldama meydana gəlməsi qaçılmazdır. Spirtli içkilərin istifadəsi də xoruldamaya səbəb olur. Belə ki, gecə spirtli içki içilirsə, boğaz arxasındakı yumşaq toxumalarda boşalma yaranır və bu da xorultunun daha da güclənməsinə gətirib çıxarır. Xoruldama yaşlılıq səbəbi ilə də yarana bilər. Belə ki, yaşlı kişilərdə boğaz toxuması yumşalır və bu da xoruldamaya səbəb olur. Həkimin sözlərinə görə, xoruldama bir çox xəstəliklərdən sonra da meydana gələ bilər. “Şiddətli angina, dil böyüməsi, alt çənə problemləri, xroniki bronxit, allergiyalar, xroniki sinusit və xroniki rinit kimi xəstəliklər davamlı xoruldamaya səbəb olur. Xoruldama insanları ictimai həyatda narahat etməklə yanaşı, ölümə də səbəb ola bilər”. Xoruldama bədənin istirahət etmə müddətini azaldır. Çünki xorultu insanları dərin yuxu fazasına keçməyə imkan vermir. Dərin yuxu fazasına keçmədən istirahət etmək mümkün deyil. Xoruldamaq ailə həyatını da təhlükə qarşısında qoyur. Yaş artdıqca qadınlar daha çox xoruldayır Türk Yuxu Tibbi Dərnəyinin 5 min adam üzərində etdiyi araşdırma, türk qadınının 55 yaşından etibarən kişilərdən daha çox xoruldadığı nəticəsini ortaya çıxarıb. Araşdırmanın ”Türkiyənin yuxusuna işıq tutduğunu” ifadə edən mütəxəssislər ümumi qanunun əksinə son illərdə qadınlarda daha çox yuxu pozuqluğunun görüldüyünü qeyd edirlər. Qadınlarda, xüsusilə menopauza sonrası diqqəti çəkən ölçülərə çatan kilo artımı yuxu mövzusunda əhəmiyyətli bir faktordur. Türkiyədə qadınlarda menopauza sonrası kilo artımıyla xoruldama, yuxu apne sindromu və narahat qıç sindromu kimi yuxu pozuqluqları daha sıx görülür. Qadınlarda şişmanlığın artmasıyla yuxu pozuqluqları artır. Şişmanlıqla birlikdə yuxuya getmə, yuxunu davam etdirmə problemləri yaşanır. Depressiya nisbətləri artır.

gencaile.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər