Yorğun ayaqları necə rahatlaşdırmaq olar?

Vücudun bütün ağırlığı ayaqlara düşür. Təəssüflər olsun ki, ən az baxım edilən də elə ayaqlardır. Üzümüzə makiyaj edib gözəlləşdiyimizi düşünürük lakin ayaqları sonuncu plana atırıq. Halbuki, yorğun ayaqlarla sağlam və gümrah görünmək olmur. Ayaqlara qulluq edilmədiyi halda şişlər yaranır, topuqlarda çatlar və müxtəlif infeksiyalar əmələ gəlir. Nəticədə isə dəri problemi ilə qarşı-qarşıya gələ bilərsiniz. Hər gecə ayaqlara masaj edin. Bu ayaqları dincəldir və yumşaq olmasını da təmin edir. Qışda ilıq yağla birlikdə küncüt yağı ya da xardal yağından istifadə etmək olar. İsti aylarda isə hind və zeytun yağı ilə rahatlaşdırıcı təsir yarada bilərsiniz. Ayaqqabılar çox dar olduğu, ya da tam oturmadığı zaman yaralar əmələ gəlir. Sümük hissə basılır və qan dövranının dayanmasına gətirib çıxarır. Onları sağaltmaq mümkündür. Çobanyastığı suyunu və ya əncir yarpaqlarının südünü yaralar olan hissəyə çəkin. Gecə boyu yaranın üstündə qalması üçün corab geyinin.
Sərt, tozlu və ya düz yerdə ayaqyalın gəzməkdən topuqlarda çatlar əmələ gəlir. Bu problemi də təbii yolla aradan qaldırmaq olar. Küncüt yağını və ya zeytun yağı ilə limonu qarışdırın və topuqlara çəkin. Ayaqlarınız dincəlib rahatlaşacaq. Küncüt yağı bu problemin həlli üçün olduqca faydalıdır.
1 litr suda 4 xörək qaşığı çobanyastığı və 1 ədəd limonun suyunu qarışdırın. Bu qarışığı qaynatdıqdan sonra soyumasını gözləyin. Ayaqlarınıza sürdtüyünüz zaman ayaqlarınızın rahatladığınızı hiss edəcək və şişlər keçəçək.
5 yemək qaşığı qədər küncüt yağı ilə 4 damcı qərənfil yağını qarışdırın. Ayaqlarınızı masaj edərək sürtün. Bu qarışığı bir qab içərisində saxlayaraq davamlı olaraq istifadə edə bilərsiniz.
Başqa bir alternativ də var. 1 çay qaşığı mango suyu və 1 yemək qaşığı suyu qarışdırın və çatlamış dəriyə çəkin. Bunu da gecə yatmazdan əvvəl çəkmək məsləhət görülür. Əgər ayaqlardakı şişlər və dırnaq batması kimi problemlər varsa, həkimə gedin.

azad.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər