UŞAQLARDA NİTQ NECƏ İNKİŞAF EDİR VƏ HANSI ÇƏTİNLİKLƏR YARANA BİLƏR

Uşaqlar dünyaya gəldiyi gündən etibarən ətrafdakı insanların səsini eşidir.Onları gülüşü,sevinci,kədəri uşağa təsir etməyə başlayır.Bəs necə olur ki, heç bir hazırlığa getmədən uşaq danışmağa başlayır? Hərfləri əlimizdən tutub kömək edərək bizi öyrədirlər. Bəs danışıq, onu necə öyrənirik?                          2 aylıqdan başlayaraq körpədə nitq səslərinin teleffüzü başlayır. 3aylıq körpə onu səsləyən adami gözləri ilə axtarmağa başlayır. 3-4 aylıqda isə körpənin  çıxardığı səslər çoxsaylı və aydın olur. 5 aylıq körpə yaşlıların ona münasibətini  mehribançılığını, kobudluğunu müəyyən edə bilir. Bir neçə dəqiqə ərzində nitqin ifadəsini dəyişməklə uşağı ağlatmaq yaxud güldürmək olar. 6 aylıq uşaq verilmiş suallara emosional “cavab verir”. 7 aylıq körpə sadə birhecalı, ikihecalı sözləri teleffüz edir. 8 aylıqda isə səsləri aydın qavrama-fenomenik eşitmə bacarığı müşahidə olunur. Bütün dillər arasındakı səsləri ayıra bilir. 9  aylıqda danışma imkanları genişlənir. 11 aylıq körpənin nitqində 5-12 söz olur.                    1 yaşında uşağın dik yeriməyə başlaması ətraf aləmlə tanışlıq imkanlarını artırır. Danışmağı öyrənməzdən evvəl beyinləri qavramağa başlayır. Lakin, beyində bu keçidin necə baş verdiyini hələ də müəyyən etmək mümkün olmamışdır.     Vaşinqton unuversitetində aparılmış tədqiqat nəticəsində 7-11 aylıq körpələrdə danışıq səslərini əlaqələndirən beyin sahələrinin reaksiya verdiyi görülmüşdü. Bu körpənin beyninin danışmağa başlamazdan əvvəl uzun söz emelegetirecek sekilde nece zemin hazirladigini gosterir.Korpeler dinleyerken bele hərəki sahələrdə aktivləşmə baş verir. 5,7 və 11 aylıq körpələri beyin cihazına qoşaraq müxtəlif dillərdə qısa hecalar səsləndirilir. Məlum olur ki, hansı dil olmasından asılı olmayaraq körpələrin Broko mərkəzində aktivlik baş verir. Körpələrin beyinləri onları danışmağa hazırlayır. Lakin,  qeyd etdiyim kimi bu prosesin necə baş verməsi hələki elmə melum deyil.                                 1 yaşında usaqlar ana, ata,  nənə,  tut  ve s. kimi sadə sözləri deməyi bacarmalıdır. Öz adını bilməlidir və onu çağıranda reaksiya verməlidir. Məsələn, —-Kukla hanı?  dedikdə əlini ona tərəf uzatmalıdır.  Əgər uşağınız 1 yaşında 10 deyil daha az söz bilirsə narahat olmağa deyməz.  Lakin, ləngimə uzun müddət davam edirsə mütəxxəsisə müraciət etmək lazımdır.      2 yaşında qısa cümlələr qurmağı bacarmalıdır. Əvəzlikdən (mən, sən , o), sifətdən (uzun, qısa, balaca, gözəl) istifadə etməlidir.                                                                                      2 yaş yarımında isə o “usaq dilində” danışa bilər. Məsələn, çim-çim,  bə-bə və  s. Tədricən nitqi böyüklərin nitqinə bənzəməlidir.                                                                                3 yaşında uşağın söz lüğətində 200-300 söz olmalıdır. O, sərbəst cümlələr qurmağı bacarmalıdır. Valideyinlərinin köməyi ilə öyrəndiyi  şeir və  mahnılları (Qoğal, Turpun nağılı) danışmalıdır. Artıq bu yaşında zərfdən istifadə etməyi bacarmalıdır. Çox, az, tez ve s. sözləri cümlələrində istifadə etməlidir.                                                                                  Əgər 3 yaşlı uşağın nitqinin necə inkişaf etdiyini bilmək istəsəniz onu yad adamın yanında danışdırın. Əgər yad insan uşağın danışığının 75% -ni başa düşərsə bu uşağın nitqinin normal olduğunu göstərir.                                                            Nitqin inkişafı uşağın cinsindən də asılıdır. Beləki, qizlar oğlanlara nisbətən daha tez və fəal danışmağa başlayırlar. Bu oğlanların bəzi fizioloji xüsusiyyətləri ilə də bağlıdır. Lakin, bu oğlan uşağı olan valideyinləri heç də arxayın etməməlidir. Təbii, bir az gecikmə ola bilər, lakin, bu uzun müddətdir davam edirsə artıq hərəkətə keçmək lazımdır. Kəkələyən uşaqların arasında oğlanlar qızlardan 2 defə çoxdur. Həmçinin, dizartriyasi (uşağın nitqi ətrafdakılar tərəfindən başa düşülmür) olan uşaqlar arasında oğlanların sayı qızlardan  3 defə çoxdur.                                                                              Qeyd edək ki, bəzi hallarda valideynlər mütexxəsisə gec müraciət edirlər və bunu irsiyyətlə əlaqələndirirlər. Məsələn, qohumlar arasında gec danışanlar çoxdur biz də tələsmirdik, fikirləşirdik ki, özü gec də olsa danışacaq. Lakin, bu səhv fikirdi,  əgər yaxın qohumlar arasında nitq ləngiməsi varsa, bu o deməkdir ki, sizin uşağınızda genetik meyillilik vardır və bu nəsildən-nəsilə daha ağır formada keçə bilər. Əgər 6 yaşında uşağın nitqi demək olar inkişaf etmiyibsə, onu danışmağa öyrətmə ehtimali 0.2% təskil edir.                                              Bəs valideynlər nə zaman övladlarında ləngimə olduğunu öyrənə bilərlər:                                                                               – 4 aylıq uşaq gülümsəmir, ona müraciət edəndə heç bir reaksiya vermir;                                                                             – 8-9 aylıq olanda “ba-ba, ma-ma” kimi hecaları təkrarlamır;      – 1 yaş yarımda olarkən ana, ata, baba kimi sözlərdən istifadə etmir;                                                                                           – 2 yaşlı uşaq yalnız bir neçə söz bilir və yeni sözlər öyrənməyə cəhd etmir;                                                               – 3 yaşında uşağın nitqini hətta valideynləri bele çətinliklə başa düşür. Sözləri çox uzadır, həddindən artıq ləng, yaxud, tez-tez danışır.                                                                      Uşaq dünyaya gəldiyi gündən valideyinləri onlarla danışmalıdır ve bütün əşyaların adını olduğu kimi tələffüz etməyə çalışmalıdır. Onları yumuşaldıcı şəkildə işlətmək məsləhət deyil. Bəzən sonradan sizin qisaldaraq öyrətdiyiniz  sözləri uşaqların tam qavraması çətin olur və  çox vaxt sərt olunur. Uşaqlara tez-tez nağıllar oxumağa çalışın. Onların verdiyi hər suala təmkinlə cavab verməyə çalışın hətta, bu tekrar suallar olsa da. Onlar yeni şeylər öyrənməklə bərabər verdikləri suallara sizdən cavab aldıqca onlarda sizə qarşı güvən yaranır və danışmağa motivasiya formalaşır. İki muxtəlif oyuncaq götürərək kiçik səhnəciklər qurun və oyuncaqların dilində danışmağa çalışın. Bu uşaqlarda  həm dialoq qurma qabiliyyətini, həm də təxəyyüllərini inkişaf etdirir. Övladlarınıza zaman ayırın. Unutmayin ki, onlar sizə verilmiş ən böyük xoşbəxtlikdir. Bu xoşbəxtliyi doya –doya yaşamaq üçün onların yanında olun.

 TURANE RZAYEVA

BAKI QIZLAR UNIVERSITETI.

TEHSILDE-SOSIAL PSIXOLOJI XIDEMET. IV KURS 

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər